Antroposofiya [yun. Anthoropos – insan, sophia – müdriklik] – mistikdekadentçilik təlimi,teosofiyanın formalarından biri.İnsanruhunun vədünyanın dərk edilməsi metodları haqqındaalmanfilosofu R. Ştayner tərəfindən yaradılmış təlim. Antroposofiyatermini 17–19-cuəsrlərin bir sıraalim və filosofların (o cümlədən R. Fladd, K. Ekharhauzen, İ. Troksler, F. V. Y. Şellinq, İ. German, Fixte və s.-nin) əsərlərində rast gəlinir və Ştayner bu terminiAvstriyafilosofu R. Simmermanın "Antroposofiya oçerki" (1882) əsərindən götürmüşdür. Antroposofiya müstəqil hərəkat kimi 20-ci əsrin əvvəllərində tam formalaşmış və 1913-cü ildə Beynəlxalq Antroposofçular Cəmiyyəti yaradılmışdır. YeniAvropaelm vəfəlsəfəsinin rasional metodologiyasından bəhrələnən Antroposofiya elmi tədqiqatın müəyyən etdiyifaktı vəfenomenlərimaterialist yozumundan ayıraraq onları "fövqəl hissi"idrakın nəticələri ilə tamamlayır. Fövqəl hissi idrakda aparıcı rolintellektual intuisiyaya ("xalisideyaların qavranılmasına") və yeniağıla tabeçi olan bəsirətə verilir ki, bu da arxaik keçmişin "instinktiv" bəsirətinə qarşı qoyulur. Bu idraki yüksəlişin ilkin şərtişəxsiyyətin mənəvi yüksəlişidir. Antroposofiya "Ruh haqqında elm" kimi bunu nəzərdə tutur ki, onun tədqiqatlarının nəticələri hamı üçün anlaşılan formada şərh edilir və yoxlanılmalıhipotezlər kimiqavranılır. İnsanın quruluşunda fiziki, efir və astralcisimlər (qeyri-üzvi,bitki və heyvanat aləminə uyğun),ruhunnüvəsi (təkrar olunmaz Mən), daha sonra indi onuntəbiətində gizli formada mövcud olan və gələcəkdə inkişaf etməli üç yüksək ruhi prinsip fərqlənir. Artıq insanın morfoloji quruluşunda onun ruhu iləbədəni arasında "hissi-fövqəlhissi forma" aşkar edilir; xarici qavramanın əsasınıəsəb vəsensor sistemləri, hissetmənin əsasınıtənəffüs vəqan dövranı, iradənin əsasınımetobolizm vəəl-ayaqhərəkəti təşkil edir. Ç. Darvinin və E. Hekkelin təkamülideyaları Antroposofiyada Q. E. Lessinqin irəli sürdüyüreinkarnasiya hipotezi ilə uyğunlaşır. Bədənirs qanununa məxsusdur; nəfs özünün yaratdığıtaleyə aiddir. İnsanın özünün yaratdığı tale onunkarması adlandırılır. Ruh isə yenidən təcəssüm, yaxud reinkarnasiya qanununa məxsusdur.Tarixin gedişində insanın təcəssümdən təcəssümə fərdiləşməsi artır. Antroposofya ideyaları öz praktik təcəssümünü şəxsiyyətin inkişafının yeddiillik mərhələsi konsepsiyasına əsaslananpedaqogikada,təbiətdə, müalicəvi pedaqogikada və sosial terapiyada,incəsənətdə, kənd təsərrüfatında tapmışdır. 1962-ci ildəəkinçi-antroposoflar M. Spok, M. Riçards vəbioloq R. Karson ətraf mühitin mühafizəsi hərəkatını başlamışlar. R. Ştaynerin və onun ardıcıllarının işləyib hazırladıqları evritmiya –nitqin vəmusiqinin səslənməsini plastik formada təcəssüm etdirən hərəkətsənəti pedaqoji və terapevtik praktikada, həmçininsəhnə quruluşlarında tətbiqini tapmışdır. A. Belıy, M. A. Voloşin, V. V. Kandinski, M. A. Çexov, B. Volter, A. Şönberq, Ş. E. le Karbüz ye, S. Bellou və b.ziyalılar Antroposofiyanın təsirini duymuşlar. R. Ştaynerin iştirakı ilə 1922-ci ildəprotestant pastoru F. Rittelmayer tərəfindənAvropada,İkinci dünya müharibəsindən sonraABŞ-da vədünyanın digərölkələrində geniş yayılmışxristian icması – dini yeniləşmə hərəkatı (mərkəzləriŞtutqartda vəBerlində) yaranmışdır.[1][2]
Lüğətlər və ensiklopediyalar | |
---|
|