Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Anton Denikin

Vikipediya, azad ensiklopediya
Anton Denikin
Şəxsi məlumatlar
Doğum tarixi16 dekabr1872(1872-12-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi8 avqust1947(1947-08-08)[3][4][…](74 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
MənsubiyyətiRusiya imperiyası
Qoşun növüpiyada
Xidmət illəri1895-ci ildən
Rütbəsi
Komandanlıq edib
Döyüşlər
TəltifləriIII dərəcəli Müqəddəs Georgi ordeni — 1915 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni — 1915 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1914 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1909 qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni — 1905 qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni — 1904 qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni — 1904 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni — 1902 1914–1918 hərbi xaçı — 1917 Cəsur Mixay ordeni — 1917 Knight Commander of the Order of the Bath — 1919 Medal 100 year 1812 — 1912 Medal "In memory of the 300th anniversary of Romanov dynasty" — 1913 "İgidliyə görə" qızıl qılıncı — 1915 Q3332355 — 1918
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Denikin Anton İvanoviç (16 dekabr1872[1][2][…],Şpetal[d],Polşa çarlığı,Rusiya imperiyası[5]8 avqust1947[3][4][…],Ann-Arbor,Miçiqan[3]) — rus hərbçisi,Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916).

Həyatı

[redaktə |vikimətni redaktə et]

Birinci Dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə DondaKönüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı.

Denikin Birinci Dünya müharibəsində

"Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Bu məqsədlə də, dövlət büdcəsindən 50 milyon rubl (2.5 milyon funt sterlinq) ayrılmışdır, bu da AXC nin büdcəsinin 1/8-ni təşkil edirdi. Hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920-ci il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920-ci ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma qaçmış, komandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Anton Iwanowitsch Denikin //Brockhauz Ensiklopediyası (alm.).
  2. 12Anton Ivanovič Denikin //Gran Enciclopèdia Catalana (kat.).Grup Enciclopèdia, 1968.
  3. 1234Деникин Антон Иванович //Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд.Москва:Советская энциклопедия, 1969.
  4. 12Anton Ivanovich Denikin //Encyclopædia Britannica (ing.).
  5. 12Deutsche Nationalbibliothek Record #119112361 //Gemeinsame Normdatei (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Anton_Denikin&oldid=7905437"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp