Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Antimonit

Vikipediya, azad ensiklopediya
Antimonit
Ümumi məlumatlar
KateqoriyaMineral
Formul
(təkrarlanan vahid)
Sb₂S₃[1]
Strunz təsnifatıII/C.02[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniyarombik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antimonit (son lat. antimonium – sürmə) — stibnit – sulfidlər sinfindənmineral.

Xüsusiyyətləri

[redaktə |vikimətni redaktə et]

Kimyəvi tərkibi – Sb2S3. Sinqoniyası rombikdir. Kristalları iynəvarı, prizmatik, aqreqatları radial şüalı və iynəvarıdır. Rəngi qurğuşunu-boz. Metal parıltılıdır. Sərtliyi – 2, sıxlığı – 4630 kq/m³-dir. Hidrotermal damarlarda qalenit,sfalerit, sinnabarit,xalkopirit və s. minerallarla birlikdə tapılır. Tərkibində 71,4%stibium və 28,6%kükürd var. Stibium filizlərinin əsas komponentidir.[3]

Xassələri

[redaktə |vikimətni redaktə et]

Rəng – göyümtül çalarlı oksidləşmə rəngli qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – qurğuşunu-boz; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,61-4,65; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl, {110} üzrə qeyri - mükəmməl; Sınıqlar – yarımqabıqvari, pilləli; Başqa xassələr – yarımkeçiricidir; Morfologiya – kristallar: uzunprizmatik, sütun - və iynəvarı, c oxuna paralel cizgil;. Uzunluğu 0,6 m-ə, qalınlığı 5 sm-ə çatan çox vaxt əyilmiş və burulmuş nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {110} və ya {010} üzrə polisintetik; Mineral aqreqatları: radial-şüalı, kol şəkilli, iynə - və yelpikvarı, bəzən sıx dənəvər kütlələr, sferolitlər, druzalar, püruzlar.

Mənşəyi və yayılması

[redaktə |vikimətni redaktə et]

Tipik orta - və aşağı temperaturlu hidrotermal mineraldır. Sürmə - civə, az hallarda qurğuşun-sink, bəzən qızıl filizi yataqlarında rast gəlir. Habelə isti bulaq çöküntülərində və vulkanik sublimatlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar:kinovar,kvars,flüorit,sfalerit,qalenit,realqar,auripiqment,barit,kalsit. Mineralın tapıldığı yerlər: Hsi-Kuanq-Şan (Çin); İşinokava (Yaponiya); Saravak (Malayziya); Razdol (Rusiya); Nikitovka (Ukrayna); Luxumi (Gürcüstan) və b. Azərbaycanda Levçay sürmə-civə, Əylis sürmə və Darrıdağ (Culfa) mərgümüş yataqlarında yayılmışdır. Qızılitən və Ağzıbir (Kəlbəcər rayonu) qızıl təzahürlərində, Dəvəboynu (Laçın rayonu) mərğümüş təzahüründə və göstərilən rayonların bəzi başqa məntəqələrində də qeyd olunur.

Tətbiqi

[redaktə |vikimətni redaktə et]

Birləşmələri rezin, toxuculuq, şüşə sənayesində və b. geniş tətbiq olunan demək olar ki, yeganə sürmə filizidir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. International Mineralogical Association - Commission on new minerals, nomenclature and classificationThe IMA List of Minerals (February 2013) (ing.). 2013.
  2. Strunz K. H.,Tennyson C.Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8Leypsiq:Akademische Verlagsgesellschaft, 1982.
  3. Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 546.ISBN 978-9952-441-02-4.

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

Şəkil qalereyası

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Antimonit&oldid=7162083"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp