Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) —Cənubi Afrikada,Atlantik okeanı sahilindədövlət.Anqolanın torpaqları qırmızı, qırmızı-qəhvəyi, qara və qırmızı-qonurdur; ucqar c.-u səhralardır. Anqola ərazisinin demək olar ki, 40%-i meşələr və seyrək meşələrlə örtülüdür. Şimal-şərqindəki tropik meşələrdə ebonit və s. qiymətli ağac növləri vardır. Şimalı və sahilyanı yaylanın mərkəzi hissəsinin bitkisi hündür otlu savannalardan, cənub hissəsi seyrək savanna meşələrindən, şimal hissəsinin qərb yamacları həmişəyaşıl tropik meşələrdən ibarətdir. Anqolada fil, şir, leopard, zebr, müxtəlif antilop növləri, meymunlar, çoxlu sayda sürünənlər, həşəratlar və s. yaşayır. Sahil suları balıqlarla zəngindir. Anqolada 13 qorunan təbiət ərazisi (ümumi sahəsi 8,2 mln ha), o cümlədən Kameya, İona, Mupa, Kisama, Kanqandala milli parkları var.Anqolanın şimal-şərqində çaylar Konqo hövzəsinə (Kasai çayı və onun sol qolu Kvanqo), qərbində isə Atlantika okeanı hövzəsinə (Kvanza, Kunene) aiddir. Ölkənin şərqində və cənub-qərbində Kvando qolu ilə Zambezi (yuxarı axını) və Kubanqo çayları axır. Quraq mövsümlərdə çayların suyu xeyli azalır və ya onlar quruyurlar (xüsusilə cənubda və cənub-qərbində). Onların demək olar ki, hamısı astanalıdır və gəmiçiliyə yaramır, lakin böyük hidroenerji ehtiyatına malikdirlər.
Anqolanın qədimtarixi çox az öyrənilmişdir. Avropalılar Anqolaya gələrkən (1482-ci ildə portuqal dənizçisi Dioqu Kanınekspedisiyası) burada erkəndövlətlər –Konqo, Ndonqo, Lunda və Bengela mövcud idi (17-ci əsrdə Matamba və Kasanje dövlətləri yarandı). Ndonqodahakimiyyətdə olan Nqolasülaləsinin adı sonradan bütün ölkəyə şamil edildi. 16-cı əsrdə portuqallar Anqola sahillərində möhkəmləndirilmiş məntəqələrin, o cümlədən San-Paulu-di-Luanda məntəqəsinin əsasını qoydular. Elə bu vaxtdan Anqolanınişğalına başlanıldı. Anqolalılar 17-ci əsrə qədər işğalçılaramüqavimət göstərdilər.Portuqallar Anqolanın işğal olunmuş ərazilərindənzənciləriBraziliyaya və s. ölkələrə zorla köçürürdülər. Anqola qul alverinin ən mühüm bazalarından birinə çevrildi. Üç əsr ərzində ölkədən 5 mln. nəfər çıxarıldı. Qulların daşınması 1836-cı ildə qadağan olundu. Lakin Anqolada köləlik 1878-ci ilədək qalmaqda idi. 1885–94-cü illərdəPortuqaliya,Belçika,Almaniya vəB. Britaniya arasındamüqavilə bağlandı. Bu müqavilə ilə Anqolanın müasir sərhədləri müəyyən edildi. Anqolanın bütün ərazisinin Portuqaliya tərəfindən işğalı 20-ci əsrin 20-ci illərinin əvvəlində başa çatdırıldı. 1951-ci ildə Anqola Portuqaliyanın "dənizaşırı əyaləti" elan edildi. Anqolada fasiləsiz davam edən milli-azadlıq hərəkatıİkinci dünya müharibəsindən sonra yeni vüsət aldı. 1961-ci ildəmüstəmləkəçilik əleyhinə anqolalılarınsilahlı mübarizəsi başladı. Mübarizə Anqolanın qələbəsi ilə nəticələndi. 1975-ci il yanvarın 15-də Portuqaliya ilə Alvor razılaşmaları (Anqolanın müstəqil elan edilməsini nəzərdə tutan razılaşmalar) imzalandı. 1975-ci il noyabrın 11-də müstəqil Anqola Xalq Respublikası elan edildi. Anqola Netto ölkəninprezidenti seçildi. 1975–1996-cı illər ölkə tarixinəVətəndaş müharibəsi kimi düşmüşdür. 1976-cı ilin sonlarında AnqolanınordusuKubanınhərbi yardımı iləZair vəCAR-ınişğalçı ordusunu ölkədən qovdu. 1977-ci ildə Milli Birlik Hökuməti formalaşmışdır. 70-ci illərin sonu–80-ci illərin əvvəllərində CAR-ın dəstəyi ilə müxalifət qoşunları Anqola ərazisinin böyük hissəsini yenidən işğal etdi. 1992-ci ildən ölkə Anqola Respublikası adlanmağa başladı. Yenidən başlanan vətəndaş müharibəsi gedişində müxalifətlideri J. Savimbiöldürüldü (2002). Bundan sonra müharibənin dayandırılması haqqında razılaşma imzalandı.
Anqolaunitar dövlətdir. AnqolanınKonstitusiyası 1975-ci ilin 11 noyabr tarixində qəbul edilib (düzəlişlərlə qüvvədədir). Ölkənin idarəetmə forması — qarışıq respublikadır. Dövlət başçısı və icra hakimiyyəti ümumi və birbaşa səsvermə yolu ilə 5 il müddətinə seçilmiş prezidentdir. Prezidentin bütün ərazi inzibati vahidlərə nəzarət etmək hüququ vardır. Onun səlahiyyətlərinə dövlətin müdafiəsi və hakimiyyət qolları arasında münasibətləri əlaqələndirmək aiddir. Prezident silahlı qüvvələrin ali baş komandandır. Qanunvericilik hakimiyyətinin ali orqanı ümumi və birbaşa səsvermə ilə 4 il müddətinə seçilmiş birpalatalı Milli Məclisdir. Anqola Milli Məclisi 220 deputatdan ibarətdir. 130 deputat bütün ölkə üzrəproporsional sistem, 90 deputat isəmajoritar sistem üzrə seçilir. Daimi komissiya sessiyalararası dövrdə onun funksiyalarını yerinə yetirən Yığıncaq orqanıdır. Hökumətə prezident, baş nazir və nazirlər daxildir. Hökumət Milli Məclis qarşısında məsuliyyət daşıyır. Anqolada çoxpartiyalı sistem mövcuddur. Partiyalar sırasında Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı (MPLA; 1956-cı ildə yaradılmışdır), Anqolanın Tam Azadlığı Uğrunda Milli İttifaq (UNİTA; 1966-cı ildə əsası qoyulmuşdur) və s. partiyalar var.
Anqola əhalisinin əsas hissəsi bantu xalqları – ovimbundular (25%), ambundular (23%), konqolar (13%), luenalar (8%), çokvelər (5%), kvanyamalar (4%), nyanekalar (4%), luçazilər(2%), ovambolar (2%), mbvelalar (2%), nyembalar (2%), şimal lundalar (1%), mbundalar (1%), gererolar (103 min), həmçinin bantudilində danışanpiqmeylərdən (tva; 0,1%) ibarətdir (2000). Koysan xalqları (kvadilər, xukvelər, kunqların müxtəlif qrupları) Anqola əhalisinin 0,5% təşkil edir. Avroafrikalılar adlananmulatlar (1%; portuqal dilində və ya onun kreollaşdırılmış variantında danışırlar) ayrıcaqrup sayılırlar. Anqolada 0,09%-dən azportuqallar yaşayır.
Ölkə sərhədlərinin uzunluğu 5.198km-dir. Sərhədin 2.511km-iKonqo Demokratik Respublikası (bu sərhədin 225km-lik hissəsiCabinda bölgəsindən keçir.), 1,376km-iNamibiya, 1.110km-iZambiya və 201km-i isə Konqo Respublikasının payına düşür.Anqola Respublikasının ərazisi 1.246.700km²-dir. Dünyadaölkələr üzrə ərazisinə görə 23-cü yerdədir.[3]
Anqola ərazisinin çox hissəsi ensiz (50–160km) sahilboyudüzənlikdən sıldırımyamacla yüksələn yastı dağlıqdır (hünd. 1000–1500 m). Qərbə doğru yüksəklik artır (1500–2000 m); burada bəzi yerlərdə əlahiddədağlar ucalır.
Bu ərazinin əsasını təşkil edənBie (hünd. 2620 m-ədək) dağlıq sahələri Anqolanın mərkəzinə doğru irəliləmişdir.
Ölkənin ən yüksək nöqtəsiMoco dağıdır (2.619 m). Ölkənincənub bölgəsi isə daha alçaq bir mövqedədir. Anqolanınşərq hissəsində isəZambezi çayının qolları axır.
Yastı dağlıq tədricən şimal (Konqo çökəkliyinə doğru), cənub-şərq (Kalahari çökəkliyinə doğru)istiqamətlərdə alçalır.
Anqola təhsil sisteminəuşaq bağçaları (3–4 yaşlı uşaqlar üçün), hazırlıq sinifləri (5 yaşlı uşaqlar üçün), ümumtəhsil və peşə məktəbləri, ali məktəblər daxildir. İbtidai təhsil (1–4 siniflər) məcburi və pulsuzdur. Anqolada 8 illik orta təhsil verən ümumtəhsil məktəblərinin bazası əsasında ixtisaslıişçilər hazırlayan (1 ildən 4 ilədək) təhsilmüəssisələri fəaliyyət göstərir. Anqolada baş verən siyasi və iqtisadi çətinliklərlə bağlı 1980-ci illərdə tam orta təhsildən əsas həlledici iki illik sikl götürülmüş, onunhəyata keçirilməsi vəabituriyentkontingentinin formalaşdırılması ali məktəblərin xüsusi hazırlıq kursları vəfakültələrinə həvalə edilmişdi. Ölkədə ali təhsil verən Anqola Neto ad. Anqola Dövlət Universiteti (1963; Luanda) və 3 özəluniversitet fəaliyyət göstərir. 8 elmi tədqiqat institutu (hamısı Luandada) – Geofizika və Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu (1879), Geoloji Xidmət İnstitutu (1914), Sənədləşdirmə və Tarixi Tədqiqatlar Milli Mərkəzi (1933), Tibbi Tədqiqatlar İnsstitutu (1955), Baytarlıq İnstitutu (1965), Pambıqçılıq Mərkəzi (1970), Afrika dillərini və Xarici Dilləri Öyrənmə İnstitutu (197)), Sosial və Pedaqoji Tədqiqatlar İnstitutu (1980) var.
Anqoladaəhalinin hər 100 min nəfərinə 8həkim (hər 12500 nəfərə 1 həkim), 115 orta tibb işçisi, 4 mama düşür. 2001-ci ildəsəhiyyəyə qoyulan xərc ÜDM-in 3,6%-ini təşkil etmişdir.
Anqola xalqlarının zəngin şifahi ədəbiyyatı var. İctimai-siyasi xadim Kordeyru da Matta vəyazıçı Kaştru Soromenyu xalq ədəbiyyatını toplayıb tədqiq etmişlər. Anqolada yazılı ədəbiyyat 19-cu əsrin ortalarında yaranmış,lirika (J. da Silva Mayya Ferreyra, J. D. Kordeyru da Matta) və məişətromanları (P. F. Ma şa du, A. Troni, A. di Asis Junior) Anqola ədəbiyyatının əsasını təşkil etmişdir. 1940–70-ci illər Antoqa ədəbiyyatındamüstəmləkə əleyhinə mübarizə mövzusu (A. Neto, M. Antoniu, A. Lara, J. L. Vieyra, M. F. di Kaştru Soromenyu, A. Jasintu və b.) əsas yer tuturdu. 1990-cı illərdən sonra Anqola ədəbiyyatında tarixi roman geniş yayılmış (M. Pakavira, E. Abranşiş), dramaturgiya inkişaf etmiş (Pepetelanın pyesləri), siyasi və inqilabi meyillərdən uzaq bədii əsərlər yaranmışdır (Pepetela, J. E. Aqualuza). Müasir yazılı ədəbiyyat, əsasən, portuqal dilindədir.
Ölkənin şimal ərazisində qədim qayaüstüheyvan təsvirləri saxlanılmışdır. Anqolanınkəndləri dairəvi plan üzrə salınmışdır; kəndlərin mərkəzində yığıncaq üçünbina, onun ətrafında yaşayışevləri, daha sonra təsərrüfat tikililəri olmuşdur. San-Miqel (1576) və Bengela (1617)qalaları avropalıların Anqolaya gəlişindən sonra tikilmişdir. 20-ci əsrin əvvəllərində AnqoladaAvropamemarlıq üslubunda binalar inşa edilmişdir. Anqola toxuma sənəti (ot, çubuq və samandan) hələ qədimdən mövcud olmuşdur. Toxunulan əşyalar dəqiq, həndəsi ornament ilə bəzədilmişdir. Qədim və orta əsrlərdəağac üzərində oyma inkişaf etmiş, mürəkkəb kompozisiyalı əsərlər (heykəltaraşlıqda) yaranmışdır. Bədii oyma üsulu ilə stilizə edilmişinsan və heyvan heykəlcikləri düzəldilmiş, mebellər üzərində mürəkkəb dekorativ kompozisiyalar həkk olunmuşdur. Peşəkar təsviri sənətin inkişaf dövrü 1970-ci illərə təsadüf edir.
Dağlıq Biyedə tapılmış dəmir idiofonlar (8 əsrədək) Anqola arxaik mədəniyyətinin nümunələridir. Lunda, Ndonqodövlətlərinin orta əsrlərmədəniyyətini təntənəliorkestrlər təmsil edirdi; 1491-ci ildə Konqonun kralı Portuqaliyanın diplomatik heyətini qarşılayan zaman fil sümüyündən hazırlanmış trubalardan (kərənay) istifadə olunmuşdur. 1490-cı illərdən Anqolaya portuqaliyalılar vasitəsilə Avropanəfəs alətləri gətirilməyə başladı.Xristianlığın yayılması ilə əlaqədarkilsələrdə xor ifasından, zəngdən, şax-şaxlı kiçik zınqırovlardan da istifadə edirdilər. Bakunqo və ambundu xalqlarının hərbi musiqisinin təsviri 1578-ci ilə, şimal-qərb Anqoladaksilofonda ifa etmə ənənəsi isə 1648-ci ilə təsadüf edir. 17-ci əsrdə idiofonların müxtəlif növləri, o cümlədən marimba, birüzlübaraban (nqaba), zənglər (lonqa),buynuz (epuqu), musiqili yay (nsambi) qeydə alınıb.Şəhərmusiqi mədəniyyəti Portuqaliya və Braziliyanın təsiri altında formalaşmışdır. Şəhər musiqisinin spesifik formaları:Birinci Dünya müharibəsindən sonra "hərbi musiqi" ansamblı kalukuta (Cənub-Şərqi Anqola); 1920-ci illərdən lamellafon musiqisi likembe (Şimal-Şərqi Anqola) meydana gəlmişdir. 20-ci əsrdə Luandanın ambundu-portuqalrəqs mədəniyyətində (kaduka, semba, rebita rəqsləri) musiqi əsas rol oynayır. 1957-ci ildə "Nqola ritmuş" ansamblı yaradılır [Latın Amerikası rəqslərini (rumba, merenge, samba) ifa edir,gitara və ənənəvi idiofonlardan istifadə olunur]. Ansamblın rəhbəri Liseu Vieyra Diaş 1982-ci ildən rəsmi olaraq müasir Anqola musiqisinin lideri kimi tanınır. 1960-cı illərin ortalarında siyası məzmunlumahnılar yayılır. 1960–80-ci illərdə "Kisanje", "İllya" ansamblları, solistlərdən M. Tete, P. Kaştru, bəstəkarlardan F. Mukenqa, J. M. Maşadu, F. da Siş dahaməşhur idilər. 1975-ci ildən sonramüğənni və gitaraçı Massano məşhurlaşır; həmin illərdən qonşu ölkələrlə mədəni əlaqələr inkişaf edir. Anqolada sayca üstünlük təşkil edən ovimbunduların ənənəvi musiqisi ilk dəfə 1913-cü ildə, çokve və luvale xalqlarının musiqisi isə 1950-ci illərdə lentə alınıb. 1956-cı ildə Luandada Musiqi və Rəqs Məktəbi yaradılıb.
Anqola Olimpiya Komitəsi 1980-ci ildəBeynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış və həmin ildən Anqola idmançıları Olimpiya oyunlarında iştirak edir. Anqolada daha çox inkişaf etmiş idman növləriyüngül atletika vəfutboldur. Anqolanın futbol klubları "Primeyru di Aqoştu" və "İnter Klub" Afrika Kuboklar kubokunun final mərhələsində çıxış etmişlər (1998, 2001).
Ölkədəmiryolunun uzunluğu 2,8 min km; sıxlığı 22,5km/10000km2-dir. Vahid dəmiryol şəbəkəsi yoxdur. Dəmiryol daxilivilayətlərdən sahilə doğru uzanır, relslərarası ölçülər müxtəlifdir vəyollar bir-biri ilə əlaqələndirilməmişdir. Onlar xammalı ölkənin uzaqrayonlarından Luanda, Namibe və Lobitu limanlarına daşımaq üçün nəzərdə tutulmuşdur. Anqolanın bütün dəmiryollarının modernləşdirilməyə ehtiyacı var. Avtomobil yollarının uzunluğu 76,6 min km-dir (onun 19,2 min km-i bərkörtüklüdür; sıxlığı 61,4km/1000km2). Ölkə daxilindəhavanəqliyyat üstünlük təşkil edir. 244aeroportdan 32-sinin enmə-qalxma zolağı bərkörtüklüdür. Beynəlxalq aeroport Luandadadır. Çay gəmiçiliyi böyük əhəmiyyət daşımır.Dəniz kabotaj gəmiçiliyi inkişaf etmişdir. Ən böyük dəniz limanları: Lobitu (dərin sulu), Kabinda və Luanda (neft ixracı limanı), Namibe, Portu-Amboindir. Ticarət donanması ümumi tonnaji 42,9 min ton dedveyt olan 7 gəmidən ibarətdir. Boru kəmərlərinin uzunluğu 179km-dir (1997).
Anqolanın ərazisiAfrika platforması hüdudlarında yerləşir. Burada Arxeozoy və Alt Proterozoysüxurlarından təşkil olunmuş kristallik özül Kasai, Anqola, Banqveulu qalxanlarını və Kvanza çıxıntısını əmələ gətirir. Üst Kembriyə qədər ki çöküntülər ölkənin şimal-qərbində Qərbi Konqo qırışıqlıq qurşağını, şərqində və cənubunda Kibarid-Katangid və Damarid qırışıqlıq sistemlərinin fraqmentlərini formalaşdırır. Platforma örtüyünü təşkil edən süxurlar qədim buzlaşma izlərinin olduğu Üst Kembriyəqədər və Üst Paleozoy–Trias yaşlıdır. Təbaşir yaşlı kontinental çöküntülər və Kaynozoyun qumlu layları geniş yayılmışdır. İri neft, dəmir filizi, almaz,gips,fosforit, boksit, daşduz,uran,mis,qızıl,manqan,titan,vanadium,litium və s.faydalı qazıntı yataqları var.
Anqolamaterikdəki coğrafi mövqeyi (okean sahilində yerləşməsi və s.) geoloji-geomorfoloji quruluşunun mürəkkəbliyi ilə əlaqədartəbiətinin xeyli zənginliyi ilə səciyyələnir.
Ölkəniniqlimi daxili rayonların əksər hissəsində ekvatorial-musson, sahilboyunda tropik-passat vəquraqdır. Ən isti ayın (sentyabr və ya oktyabr) ortatemperaturu yamacların yuxarı hissələrində 17°C, aşağı hissələrində 28°C, ən sərin ayda (iyul və ya avqust) uyğun olaraq 13°C və 23°C-dir. İllik yağıntı şimalında 1000–1500mm-dən, cənubda 600–800mm-ədəkdir. Sahilboyu düzənliklərdə soyuq Bengela cərəyanıhavanın temperaturunu iyulda (ən soyuq ay) 16–20°C-yədək, martda (ən isti ay) 24–26°C-yədək aşağı salır. Burada yağıntıların miqdarı şimalında 250– 500mm-dən cənubda 50–100mm-ədəkdir.
Anqolanın şimal-şərqində çaylar Konqo hövzəsinə (Kasai çayı və onun sol qolu Kvanqo), qərbində isə Atlantika okeanı hövzəsinə (Kvanza, Kunene) aiddir. Ölkənin şərqində və cənub-qərbində Kvando qolu iləZambezi (yuxarı axını) və Kubanqo çayları axır. Quraq mövsümlərdə çayların suyu xeyli azalır və ya onlar quruyurlar (xüsusilə cənubda və cənub-qərbində). Onların demək olar ki, hamısı astanalıdır və gəmiçiliyə yaramır, lakin böyük hidroenerji ehtiyatına malikdirlər.
Anqola inkişaf etmiş hasilat sənayesi olan aqrar ölkədir.Sənaye potensialıAfrika miqyasında əhəmiyyətə malikdir. Ümumi daxiliməhsulun (ÜDM) mütləq həcmi 20,4 mlrd.dollar təşkil edir, əhalinin hər bir nəfərinə ÜDM-dən 1900 dollar düşür (2003). ÜDM-in 67%-i sənayeyə, 25%-i xidmət sahələrinə, 8%-ikənd təsərrüfatına məxsusdur. Anqolada sosial-iqtisadi yeniləşmə baş verir. Sənaye sahələrinin əksəriyyəti milliləşdirilir, kənd təsərrüfatı assosiasiyaları və kooperativləri, iri plantasiyalarda dövlət təsərrüfatları yaradılır. Demək olar, fasiləsiz davam edənmüharibələriqtisadiyyata neqativ təsir göstərmişdir. Nisbətən inkişaf etmiş iqtisadi rayonları: qəhvə plantasiyaları ilə zəngin Şimal rayonu,neft yataqlarına malik Kabinda və iri almaz yataqları olan Şimal-Şərq rayonu. Ən iri iqtisadi mərkəzləri: Luanda (əsas inzibati, sənaye və maliyyə mərkəzi; iri liman); Lobitu (sənaye mərkəzi və ən iri dəniz limanı; Beyra–Lobitu transafrika dəmiryol magistralının terminalı); Namibe və Bengela (balıq ovu və balıq emalı mərkəzləri); Uambo, Malanje, Lubanqo və Kvito (ölkənin daxili rayonlarının inzibati, kənd təsərrüfatı və nəqliyyat mərkəzləri). Kənd təsərrüfatıtorpaqları 0,57 mln. km2-dir (ölkə ərazisinin 21,8%-i), onun 2,4%-ini əkin sahələri, 0,4%-ini çoxillikbitkilər, 97,2%-ini çəmənlik və otlaqlar tutur. Suvarılan torpaqlar 0,75 min km2-dir. Anqola müstəqilliyini elan etdikdən sonra iri plantasiyalar milliləşdirilərək dövlət təsərrüfatlarına çevrildi. Bu təsərrüfatlar ixrac olunan sizal, qəhvə, palma yağı,günəbaxan,banan,pambıq,tütün, sitrus meyvələriməhsullarının əsas hissəsini istehsal edir. Onlarla yanaşı,assosiasiyalar,fermalar, kooperativlər və xüsusi təsərrüfatlar fəaliyyət göstərir.Qarğıdalı,kalış,paxla,tərəvəz, maniok daxili tələbat üçün becərilir. Kənd təsərrüfatının texnika ilə təchizatı çox aşağı səviyyədədir (1000 ha-ya 3,5 traktor düşür). Anqola otlaq maldarlığı üçün çox əlverişli olan şəraitə malikdir. Ölkədə ət — süd maldarlığı, donuzçuluq, quşçuluq, arıçılıq inkişaf etmişdir. Balıqçılıq, o cümlədən çay balıqçılığı mühüm əhəmiyyətə malikdir. Balıq anqolalıların əsasqida məhsuludur. Çin, Portuqaliya, Yaponiya,Cənubi Koreya vəRusiyaya Anqola sularında balıq ovlamağa icazə verilmişdir. Tropik ağac oduncağı tədarük edilir. Kustar istehsal inkişaf etmişdir.
Anqolanın torpaqları qırmızı, qırmızı-qəhvəyi, qara və qırmızı-qonurdur; ucqar c.-u səhralardır. Anqola ərazisinin demək olar ki, 40%-imeşələr və seyrək meşələrlə örtülüdür. Şimal-şərqindəki tropik meşələrdə ebonit və s. qiymətli ağac növləri vardır. Şimalı və sahilyanı yaylanın mərkəzi hissəsinin bitkisi hündür otlusavannalardan, cənub hissəsi seyrək savanna meşələrindən, şimal hissəsinin qərb yamacları həmişəyaşıl tropik meşələrdən ibarətdir. Anqoladafil,şir, leopard, zebr, müxtəlifantilop növləri,meymunlar, çoxlu saydasürünənlər,həşəratlar və s. yaşayır. Sahil suları balıqlarla zəngindir. Anqolada 13 qorunan təbiət ərazisi (ümumi sahəsi 8,2 mln ha), o cümlədən Kameya, İona, Mupa, Kisama, Kanqandalamilli parkları var.
Anqola iqtisadiyyatının əsasını hasilat sənayesi təşkil edir. Anqola neft hasilatına görə (2001-ci ildə 37 mln. ton; ÜDM-in 45%-i) AfrikadaNigeriya,Liviya,Misir vəƏlcəzairdən sonra 5-ci yerdədir. Son illərdə 20-dən çox neft yatağı istismara verilmişdir. 100-ə yaxın neft quyusu istismar edilir. Neftin, təqribən 90%-iKabindaəyalətində, onun da 65%-i dənizdə hasil edilir. Ölkənin neft Qanununa (1978) əsasən neft sənayesi dövlətin "Sonanqol"şirkətinin inhisarındadır.Qanunun qəbulundan sonra yeni yataqların işlənməsi xarici (amerikan, ingilis, fransız və s.)kapitalın köməyi ilə aparılır. "Şevron" ("Chevron"), "Ekson" ("Exxon"), "Şell" ("Shell"), "Petrofina", "Teksako" ("Texaco"), "Britiş petroleum" kimi məşhur şirkətlərin fəal iştirakı nəticəsində Kabinda sahillərinin kontinental şelf rayonu mənimsənilir. Əsas neft terminalları: Luanda, Malonqo (Kabinda), Palanka və s. Ölkə üzrə bütün ixrac dəyərinin 80–90%-ini neft ixracından gələn gəlir təşkil edir.Valyuta daxilolmalarının neftdən sonra ikinci mənbəyi almazdır. Anqoladünyada almaz hasilatına görə 6-cı və hasil edilmiş almazların ümumi dəyərinə görə 3-cü yerdədir. Ölkədə, əsasən yüksək keyfiyyətlizərgərlik daşları çıxarılır. 2000-ci ildə çıxarılmış 5,17 mln. kar almazın 4,4 mln. kar-ı zərgərlik almazı olmuşdur. Anqola ərazisində bütün almaz hasilatı və ticarətinə nəzarət edən dövlət müəssisəsi – "Endiama" 1981-ci ildə yaradılmışdır. Almazın çox hissəsi Şimali Luanda əyalətindəki Katoka yatağından (dünyada ən iri yataqlardan biri) çıxarılır. Almaz hasilatının yarıdan çoxu (1998-ci ildə 55%-i) qeyri-qanuni yolla əldə olunur. Anqolada dəmir filizi, az miqdarda mis, nəcib və radioaktiv (uran) metallar çıxarılır. Dəmir filizi Kasala-Kitunqu (şm. Kvanzanın əyaləti) mədənlərindən hasil edilir. Perspektiv fosforit yataqlarının ən iriləri Zayri, Kindonakaşi əyalətlərində, həmçinin Kabinda əyalətindədir. Bunlardan başqa,qranit,mərmər,kvars yataqlarının işlənməsi davam etdirilir. Anqolanın enerji ehtiyatları: neft, qaz və hidroenerjisərvətlərinin ehtiyatına görə Afrikanın ən zəngin ölkələrindən biridir (cəmi 65%-i istifadə olunur).Elektrik stansiyalarının müəyyən edilmiş gücü 430 MVt-a bərabərdir. Elektrik enerjisinin yarıdan çoxu (60%-i) SES-lərdə istehsal olunur. Ölkənin elektrik şəbəkəsi 3 böyük: Şimal, Cənub və Mərkəz elektrosistemlərinə bölünmüşdür. Elektrikötürücü xətlərinin 40%-dən azı iş vəziyyətindədir. Çünki yüksəldici yarımstansiyaların çoxu yaxınlarda baş vermiş hərbi fəaliyyət nəticəsində ya dağılmışdır, ya da tam gücü ilə işləmir. Emal sənayesi müəyyən mərkəzlərdə: Luanda (50%-dən çox), Lobitu, Bengela, Uambo, Namibe şəhərləri r-nlarında cəmlənmişdir. Luandada illik gücü 1,6 mln. ton olan neft emalızavodu işləyir və ölkənin neft məhsullarına daxili tələbatını tam ödəyir. Toxuculuq məhsulları,kibrit,sabun və yuyucu vasitələr, kimyəvi gübrə, dərman, avtomobil şinləri, penoplast,sement istehsal edən müəssisələr fəaliyyətdədir.Qara metallurgiya və metal emalı sahəsində bir sıra kiçik zavodlar, idxal edilmiş detal və qovşaqlardan "Volvo", "Fiat", "Folksvagen"avtomobillərinin,Yaponiyamotosikl vəvelosipedlərinin yığılması üzrə bir neçə sex işləyir. Yeyinti sənayesinin əsas istiqamətiun, palma yağı,şəkər, içkilər, balıq konservi, balıq unu və s. istehsalıdır.[4]