Anna Frank1929-cu il29 iyundaFrankfurt-Maynda anadan olmuşdu. Anna Frankın özündən 3 yaş yarım böyük olan Marqot adlı bacısı var idi.Hitlerin hakimiyyəti iləAntisemitizmin yüksəlməsi Annanın ailəsiniAlmaniyadan köçməyə vadar etdi.Niderlanda köçənailə burada yaşamağa başlasa da, savaşın buralara da yayılması riskinin güclənməsi ilə ailə yeni sığınacaq axtarmağa başlayır.İngiltərə vəAmerikaya miqrant kimi müraciət edənailə hər ikisindən də rədd cavabı alır.[10].10 may1940-cı ildəNiderland almanlar tərəfindən işğal olunur, tezliklə burada dayəhudilər əleyhinə kampaniyalar başlayır. Annanın atası Otto öz işini itirir, ikinci dəfəAmerikaya miqrasiya üçün müraciət etsə də, yenə rədd edilir. Bundan sonra Otto və həyat yoldaşı gizlənmək qərarına gəlirlər.
5 iyul1942-ci ildə Marqot alman düşərgəsindən zəng qəbul edir, həmin günün sabahındanailə gizlənməyə başlayır. Onlar iki ildən artıq gizlənməyi bacarırlar. Bu dövrdə onların əsas tələbatları hədəfdən kənardakı tanışları tərəfindən qarşılanırdı. Anna gündəlik tərtib edir və bu gündəliyə yaşadığı çətin günlərdən və qısa hekayələr yazır.Londonda sürgündə olanNiderland təhsil naziri Britaniya radiosu vasitəsilə insanları savaş haqqında yazmağa gündəliklər tutmağa çağırdıqda Anna da öz gündəliyinin üzərində yenidən işləmək və "Gizli artırma" adlı roman yaratmaq qərarına gəlir, ancaq yazısını bitirməmiş tapılır və həbs olunur.
4 avqust 1944-cü ildə gizlənənlər onlara kömək edən iki nəfərlə birgə həbs edilir. Kömək edənlərdən Coannes nisbətən erkən azad olunur. Həbslərdən az sonra Miep Gies və Bep Voskuijl Annanın gündəliyini və yarımçıq romanını tapırlar. Atası Otto ailədə savaşdan sağ çıxa bilmiş tək üzv olur. Həyat yoldaşının öldüyünü öyrənən Otto, qızları haqqında yalnız sonralar öyrənə bilir ki, hər ikisi xəstəlikdən ölüblər.[11]
3 sentyabr 1944-cü ildə ailəPolşaya göndərilir. Auşvitzdə qadınlar və kişilər ayrılır bununla da, Anna ilə atasının yolları ayrılır. Burada Anna ana və bacısının yanında olur. Düşərgələr üçün işçi seçməyə başlayananda, Anna qaşıntıları olduğu üçün qəbul edilmir, ana və bacısı da onunla qalmağa qərar verirlər. Elə Annanın xəstəliyinə görə də ailə artıq "xəstəliklər yuvası" sayılan Berqen-Belsenə göndərilir. Berqen-Belsenin azad olunduğu 15 aprel 1945-ci ildən öncə yatalaq xəstəliyindən ölən Annanın ölüm tarixi dəqiq bilinmir.[12] Mart ayında öldüyü ehtimal olunan Annanın son araşdırmalardan sonra fevralda öldüyü düşünülür.[13]
Annanın gizlənmiş olduğu ev 1960-cı ildə muzeyə çevrilib və hazırda muzey kimi faəliyyət göstərir. Bir müddət sonra Francess Goodrich və Albert Hackett bu kitabı teatr səhnəsinə qoydu və kitab ilk dəfə Broadway səhnəsində tamaşa qoyuldu.