Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Anhidrit

Vikipediya, azad ensiklopediya
Anhidrit
Ümumi məlumatlar
KateqoriyaMineral
Formul
(təkrarlanan vahid)
CaSO₄[1]
Strunz təsnifatıVI/A.07[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniyarombik[d][3]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anhidrit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Növ müxtəliflikləri

[redaktə |vikimətni redaktə et]

Bariumlu anhidrit.

Xassələri

[redaktə |vikimətni redaktə et]

Rəng – rəngsiz, ağ, mavi, bənövşəyi, bozumtul, qırmızımtıl; Mineralın cizgisinin rəngi – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,9-3,0; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – üç bir-birinə qarşılıqlı perpendikulyar istiqamətdə: {010} üzrə mükəmməl; {100} və {001} üzrə orta; Sınıqlar – qeyri-hamardan tikanlıyadək; Başqa xassələr – rütubətli havada, atmosfer təzyiqində tədricən hidratlaşır və həcmi 30% artmaqla gipsə keçir; Morfologiya – kristallar; qalın lövhəvari, prizmatik; İkiləşmə: {001} üzrə nadir rast gəlir;Mineral aqreqatları: sıx, dənəvər, çubuqvari, bəzən lövhəşəkilli, lifli kütlələr, gips və kalsit üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

[redaktə |vikimətni redaktə et]

Anhidritin nəhəng yığınları tipik kimyəvi əmələgəlmələr olub, çökmə süxur qatlarında yerləşir və 42°C-dən yüksək temperaturda dəniz və göl sularının buxarlanması hesabına kristallaşır. Nisbətən aşağı temperaturlarda bu sulardan gips çökür. Anhidritin laylar və nazik laycıqlar şəklində olan əhəmiyyətli kütlələri duz daşıyan süxur qatlarında yerləşir. Hidrotermal mənşəli anhidrit damar əmələgəlmələri kimi, adətən kolçedan, mis-molibden, qızıl filizi yataqlarında və b.filiz minerallarını müşayiət edir. Mineralın vulkanitlərdə də tapıntıları məlumdur. Həmçinin metamorfik süxurlarda – qneyslərdə, şistlərdə, amfibolitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar:halit,silvin,karnallit,gips,kalsit,dolomit və b. Mineralın tapıldığı yerlər: Texas, Luiziana, Nyu-Meksiko ştatları (ABŞ); Stasfurt, Bad-La-uterberq, Klaustal (Almaniya); Artyomov (Ukrayna); Uralyanı, Volqaboyu (Rusiya); Veliçka (Polşa); Pəncab (Pakistan); Xana-oka (Yaponiya) və b. Azərbaycanda anhidritin və adətən onunla birlikdə rast gələn gipsin yataqları (Yuxarı Ağcakənd, Dəstəgir, Monaşid, Araz, Şahtaxtı, Çeildağ və b.)Kiçik Qafqazın Şimal-şərq hissəsində,Naxçıvan MR-da vəQobustanda yerləşir.

Tətbiqi

[redaktə |vikimətni redaktə et]

Əsas etibarilə tikinti sənayesində – sement istehsalında istifadə edilir. Mineralın sıx kütlələri bəzən xırda məmulat hazırlanmasında və başqa məqsədlər üçün də işlədilir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. International Mineralogical Association - Commission on new minerals, nomenclature and classificationThe IMA List of Minerals (December 2014). 2014.
  2. Strunz K. H.,Tennyson C.Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8Leypsiq:Akademische Verlagsgesellschaft, 1982.
  3. mineralienatlas.de (ing.).

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Anhidrit&oldid=7430431"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp