Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Andradit

Vikipediya, azad ensiklopediya
Andradit
Ümumi məlumatlar
KateqoriyaMineral
Formul
(təkrarlanan vahid)
Ca₃Fe³⁺₂(SiO₄)₃[1]
Strunz təsnifatıVIII/A.06b[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniyakubik sinqoniya[3]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andradit (Portuqaliya mineraloqu J. B. di’Andra-i-Silvanın şərəfinə adlandırılmışdır) –qranatlar qrupuna aid geniş yayılmışmineral.

Kimyəvi tərkibi Ca3Fe2(SiO4)3. Çox vaxttitan qarışıqlı olur. Kubik sinqoniyadakristallaşır.Süxurlarda möhtəvilər şəklində və dənəvər formasında rast gəlinir.Rəngisarı,qonur, qonuru-qırmızı,qara və s.Yaşıl, yaxud qızılı-yaşılnövü (demantoid) qiymətli daşdır. Güclüşüşə parıltısına malikdir.Sərtliyi – 6,5–7,sıxlığı 3800–3900 kq/m³. Skarnlar üçün tipik mineraldır. Həmçinin qələvi intruziv süxurlarda və karbonatitlərdə rast gəlinir.Abraziv materialdır. Saf növləri bəzək daşı kimi işlədilir.İsveçdə,ABŞ-da,RF-də (Ural),Orta Asiyada,Azərbaycan Respublikasında (Daşkəsən) və s. yerlərdə yataqları var.[4]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. International Mineralogical Association - Commission on new minerals, nomenclature and classificationThe IMA List of Minerals (December 2014). 2014.
  2. Strunz K. H.,Tennyson C.Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8Leypsiq:Akademische Verlagsgesellschaft, 1982.
  3. mineralienatlas.de (ing.).
  4. Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 491.ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Andradit&oldid=6308783"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp