Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Andezit

Vikipediya, azad ensiklopediya
Andezit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andezitporfir, bəzən afir, qabarcıqlı və ya flyuidal teksturlu, əsas kütləsi hialopilit, mikrolit, pilotaksit və ya vitrofir quruluşlu vulkanik süxur. Başlıca mineralları:plagioklaz (püruzlərdə əsasi andezindən bitovnitə, əsas kütlədə isə labradora kimi dəyişir), bir və ya bir neçə rəngli mineral (biotit, bazaltikhornblend), rombik (bronzit, hipersten,enstatit) və monoklinik (diopsid,avgit, pijonit) piroksenlər. Andezit əsasi tərkibli növlərində bəzənolivin, turş növlərində isəkvars qeyd edilir. Andezit adətənvulkan şüşəsi, filiz (maqnetit) və aksessor (apatit, sfen) minerallar olur. Andezitlər ailəsinə mənsubdur. Kimyəvi tərkibinə görə normal sıralı kvarslı dioritlərin effuziv analoqu sayılır. Alüminiumluq əmsalı: al’=0,75–3,5. SiO2-nin miqdarı 57–64%. Postvulkanik dəyişilmələri: propilitləşmə və törəmə kvarsitləşmə. Sinonim:Labrodorofir, Oliqoklazlı porfir, Pyui-andezit və b.

Andezit formasiyası

[redaktə |vikimətni redaktə et]

Andezit formasiyası andezibazaltların və andezitlərin üstünlüyü və ya geniş inkişafı ilə səciyyələnən vulkanogen süxurların təbii assossiasiyasıdır. Ekstruziv süxurlar, piroklastolit və pemza şəklində olan datsit və liporitlər az yayılmışdır. Andezit formasiyasi çoxludiorit və diorit-porfirit subvulkanik intruzivlərinin olması səciyyələnir. Andezit formasiyası geosinklinal inkişafın orta mərhələsinə və orogen mərhələlərinə uyğun gəlir.

Andezit xətti

[redaktə |vikimətni redaktə et]

Andezit xətti Marşalla görə (1910, 1912),Sakit okean həlqəsinin andezit vulkanları ilə okeandaxili adalarınbazalt vulkanları arasındakı sərhəd. Andezit xətti qərbdə qırışıq dağlardan və qitə tipliintruzivlərdən ibarətadalar qövsü strukturları, şərqdə isə qırışıqlıq hərəkətləri baş verməmiş enli xətti qurşaqlar şəklində pərakəndəadalar yerləşir. Bir çox tədqiqatçılar andezit xəttiqitə iləokean arasında sərhəd hesab edirlər.

Andezit maqması

[redaktə |vikimətni redaktə et]

Andezit maqması qırışıqlıq zonaları ilə əlaqədar əmələ gələn orta tərkiblimaqma. Belə maqma nisbətən qatı və həll olmuşqazlarla zənginləşir. Qrin və Rinqvuda (1968) görə, təzyiq 3QPa, temperatur isə 1300–1350° C-yə çatdıqda müxtəlifsüxurlardanandezit tərkibli maqmanın əriyib ayrılması baş verir. 

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Andezit&oldid=7062348"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp