Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Amsterdam

52°22′ şm. e. 4°53′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:Amsterdam (dəqiqləşdirmə).
Amsterdam
Amsterdam
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
52°22′ şm. e. 4°53′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1300
İlk məlumat1275
Sahəsi
  • 219 km²
Mərkəzin hündürlüyü−2 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 921.468 nəf.(2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu+31 20
Poçt indeksi1000–1098, 1100–1109
Digər
amsterdam.nl
Xəritəni göstər/gizlə
Amsterdam xəritədə
Amsterdam
Amsterdam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amsterdam (nid.Amsterdam[ˌɑmstərˈdɑm]) —Niderland Krallığının paytaxtı.

Ümumi məlumat

[redaktə |vikimətni redaktə et]

Əhalisi 2.158.592 (2011). Eyselmer körfəzinin cənub sahilində, Amstel çayınındeltasındadır.Şimal dəniziReyn çayı ilə kanallarla birləşir. Şimal dənizində iriliman, dəmiryol vəavtomobil yolları qovşağı var.[3] Sxinpol beynəlxalq aeroportu –Avropada ən iriaeroportlardandır. İnkişaf etmiş şəhərdaxili nəqliyyatı şəbəkəsi, metropoliten var. Almazcilalama və almazticarətinin iri mərkəzi kimi məşhurdur. Çoxluincəsənətmemarlıq abidəsi var. Kral sarayı (keçmiş bələdiyyə binası, 1648–55, memar Y. van Kampen), 14–17-ciəsrlərə aidkilsələr, Dövlətmuzeyi (1877–85, memar P. Y. X. Köypers), birja (1897–1903, memar H. P. Berlage) var. Kral Elmlər Akademiyası, Rembrandtın ev muzeyi, tarix muzeyi və s. var.

Tarixi

[redaktə |vikimətni redaktə et]
Amsterdam şəhərində evlərin arasında yerləşən su kanalı.

Adı ilk dəfə 1275-ci ildə çəkilən Amsterdam 1300 yaxud 1301-ci ildəşəhərhüququ almışdır. 13-cü əsrdə bu şəhərin yerində Amstel çayının mənsəbində tikilmiş müdafiə bəndləri üzərində balıqçı qəsəbəsi mövcud olmuşdur. 1317-ci ildəHollandiya qraflığına birləşdirilmiş və 15-ci əsrdə iriticarət mərkəzinə çevrilmişdir. 1433-cü ildənBurqundiya hersoqluğunun, 1477-ci ildən Habsburqların hakimiyyəti altında olmuşdur. 16-cı əsrdəBaltikAralıq dəniziölkələri arasında ticarətin inkişaf etməsində aparıcı rol oynamışdır. 16-cı əsrin sonu – 17-ci əsrin əvvəllərində Amsterdamda o dövr üçün ən böyük Avropa bankının vəbirjasının əsası qoyuldu.Antverpenin tənəzzülü ilə Amsterdamdünyanın əhəmiyyətli ticarət və kredit mərkəzinə çevrildi. 16–17-ci əsrlərdəPortuqaliyaAlmaniyadanyəhudilər,Fransadan isəhugenotlar burayamühacirət etmişlər. 1795–1806-cı illərdə Bataviya Respublikasının, 1806-cı ildən Hollandiya krallığınınpaytaxtı olub. Napoleonun hakimiyyəti illərində [1810–14] müvəqqəti tənəzzül dövrü keçirən Amsterdam 1814-cü ildən Niderland krallığının paytaxtı olmuşdur. 1940–45-ci illərdəalmanlar tərəfindənişğal edilmişdir.[3]

Müasir vəziyyəti

[redaktə |vikimətni redaktə et]

Amsterdam ölkənin ən böyük ticarət-maliyyə və sənaye mərkəzi olmaqla yanaşı, Avropanın aparıcı bank-maliyyə mərkəzlərindən biridir. "ABN AMRO", "Rabobank" , "ING" kimi aparıcı kommersiyabankları, "Uber", "Netflix", "Oracle" , "Heineken", " Tesla" , " Airbus" , " IBM" , "Booking.com" , "Royal Datç-Şell", AKZO, "Filips" və b. iri transmillişirkətlərin nümayəndəlik vəofisləri,ticarət və fond birjaları bu şəhərdə yerləşir.Maşınqayırma (elektrotexnika və elektronika, təyyarəqayırma,gəmiqayırma, cihazqayırma, sənaye avadanlığı istehsalı) və kimya sənayesi (polimerlər, o cümlədən plastmas, sintetik kauçuk, mineral gübrə, həmçinin lak-boya və farmakologiya məmulatları istehsalı) aparıcısənaye sahələridir. Amsterdamın ətrafında iri neftayırma ("Mobil Oyl") və təyyarəqayırma ("Fokker")zavodları yerləşir. Amsterdam Avropanın ən böyük tikiş sənayesi mərkəzlərindəndir. Burada, həmçininayaqqabı, poliqrafiya, yeyinti sənayesi sahələri inkişaf etmişdir. Amsterdamzərgərlik əşyaları istehsalı, almazcilalama və almaz ticarətinin iri mərkəzi kimi məşhurdur. 20-ci əsrin 70-ci illərindən başlayaraq sənayedə çalışanların sayı kəskin azalmış, xidmət sektorunda çalışanların sayı isə sürətlə çoxalmışdır. Amsterdam Niderlandın aparıcı mədəniyyət və təhsil mərkəzidir. Amsterdamdauniversitet (1632), Niderland Kral elm və incəsənət akademiyası (1808), Müstəqil universitett - Vrije Univerisiteit(1880), Amsterdam konservatoriyası (1884), Niderland teatr institutu, Dövlət Muzeyi - Rijskmuseum, Şəhər Muzeyi - Steedelijkmuseum, Rembrandtın ev-muzeyi, Tarix Muzeyi, Dəniz Muzeyi, Teatr Muzeyi, V. Van Qoq muzeyi, universitet və şəhərkitabxanaları, "Kon sertgebau" (Concertgebouw)orkestri (1888), Niderland Kamera Orkestri (1940), "Qau deamus" müasirmusiqi cəmiyyəti (1945), Amsterdam Filarmoniya Orkestri (1951), Niderland milli baleti (1961) var. Amsterdamda Holland musiqi festivalı, beynəlxalq sənədlifilmlər və beynəlxalq uşaq filmləri festivalları keçirilir. 9-cu Olimpiya oyunları (1928) Amsterdamda keçirilmişdir. Amsterdam Avropanın ən iriturizm mərkəzlərindəndir. Kral sarayı (1648–55, memar Y.van Kampen), Nyive kerkqotik kilsəsi (1490–1540) və Milli monumentin yerləşdiyi Dam meydanı şəhərin müasir mərkəzindədir. Köhnə şəhər ərazisində, əsasən, 1610–62-ci illərdə qazılmış 50-dən çox kanalın üzərində 500-dən artıqkörpü var. Orta əsrlər tikililərindən Sint-Antonsport şəhər darvazası (1488), 15–17-ci əsrlərə aidqüllələr, Oudekerk (1306), Zuiderkerk (1603, memar X. de Keyser), Westerkerk (1619–38, memar K. Danker) kilsələri və s. qorunub saxlanılmışdır.[3][3] Amsterdam şəhəri Qərbi Avropanın mühüm mədəni və intellektual mərkəzlərindən biridir.[4] Burada elmi-tədqiqatlar aparmaq üçün ideal şərait var.[4] Amsterdam əcnəbilər üçün təhlükəsiz və qonaqpərvər şəhərdir.[4] Bu şəhər dünya üzrə məşhur musiqi,opera,teatrrəqs kollektivinin,rəssamlarınvətənidir.[4] Amsterdam zəngin memarlıq abidələrinə, 150-dən çox su kanalına, qədim qotikküçələrə malik qədim Avropa şəhəridir.[4]

Qardaş şəhərlər

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12ArchINFORM (alm.). 1994.
  2. Bevolkingsontwikkeling; regio per maand.Statistics Netherlands.
  3. 1234Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 456 – 457.ISBN 978-9952-441-02-4.
  4. 12345Lamiyə Əliyeva,Dünya universitetləri: Amsterdam UniversitetiArxivləşdirilib 2014-09-09 at theWayback Machine,"Azərbaycan müəllimi" qəzeti, 22.10.2010, № 41.  (az.)

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaAmsterdam ilə əlaqəli mediafayllar var.
⛭
Avropa paytaxtları
Afina  •Amsterdam  •Andorra-la-Velya  •Ankara  •Astana  •Bakı  •Belqrad  •Berlin  •Bern  •Bratislava  •Brüssel  •Budapeşt  •Buxarest  •Dublin  •Helsinki  •İrəvan  •Kişinyov  •Kiyev  •Kopenhagen  •Lissabon  •London  •Lüksemburq  •Lyublyana  •Madrid  •Minsk  •Monako  •Moskva  •Nikosiya  •Şimali Lefkoşa •Oslo  •Paris  •Podqoritsa  •Praqa  •Priştina  •Reykyavik  •Riqa  •Roma  •San-Marino  •Sarayevo  •Skopye  •Sofiya  •Stokholm  •Tallin  •Tbilisi  •Tirana  •Vaduts  •La Valletta  •Varşava  •Vatikan  •Vilnüs  •Vyana  •Zaqreb
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Amsterdam&oldid=8367721"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp