Müasir İsrail ədəbiyatının önəmli yazarıdır. Həyatı boyunca İsrailin əsas yazarlarından biri olarak qəbul edilirdi.[6] Tələbəlik illərindən İsrail-Fələstin problemində sülhsevər və pozitiv mövqeyi ilə tanınır. İsraildəki sülh təşkilatı olan İndi Barış (Peace Now) hərəkatınin qurucularındandır.[7]
2005-ci ildən bu yanaƏdəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilməkdədir. 2008-ci ildə "Keçmişin Yaradıcı Tərcüməsi"nə görə Dan David mükafatına layiq görülmüşdür. Sionist solçu olduğunu bəyan edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkata qarşı tənqidləri ilə də tanınır. 2008-ci ilin dekabrında,Qəzzə müharibəsindən bir neçə gün əvvəl Yediot Aharonot qəzetində nümayiş olunanvə Həmasa qarşıİsrail hökümətini hərbi hərakata çağıran bir bəyanatı imzalayanlardan olsa da, iki həftədən sonra yenə Yediot Aharonotda Həmas ilə atəşkəsi dəstəkləyən yazı qələmə almışdır.
1939-cu ildə Qüdsdə doğulub. İbrani Üniversitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. İlk hekayələri 20 yaşında olarkən nümayiş olunurdu. 1966-cı ildə yayımlanan "Başqa Yerdə, Bəlkə" adlı romanıyla məşhur oldu.
1967-ci ildə Altıgünlük müharibə dövründə Sinay yarımadasında misirlilərə qarşı, 1973-cü ildəYom Kippur müharibəsində isə Qolan təpələrində isə suriyalılara qarşı ehtiyat zabit olaraq döyüşmüşdü. 1977-ci ildən etibarən münaqişələrin sülhlə həllinə inanmış və "Barış İndi Hərakatı"na qoşulmuşdur. İsrail dövlətinin işğalçılıq siyasətindən imtina edərən hərəkat, fələstinlilərlə müzakirənin lazım olduğunu düşünür və Fələstin dövlətinə isti baxır. Amos Oz, bu hərəkatın qurucularından sayılır.
1980-ci illərdə ölkəsinin ən sevilən yazarlarından olan Amos Oz,[8] 1986-cı ildə oğlunun asma xəstəliyi səbəbindən Kibutzdan Arad şəhərinə köçdü. Yazar 1997-ci ildə Fransa Prezidenti Jak Şirak tərəfindən "Fəxri Legion ordeni" ilə mükafatlandırıldı. 1998-ci ildə isə ölkəsinin ən prestijli ədəbiyyat mükafatı olan "İsrail Ədəbiyyat mükafatı"na layiq görüldü. 2002-ci ildəNorveç Yazarlar Birliyinin "İfadə Azadlığı" mükafatı ilə mükafatlandırıldı.
Yazarın 1965–2011-ci illərdə 35 kitabı, fərqli mövzularda 480 məqaləsi yayımlandı; kitabları 42 dilə tərcümə edildi.[9]