Aclıq, insani yüksəliş nəzəriyyəsi, rifah iqtisadiyyatı, yoxsulluq, cinsi ayrı seçkilik vəliberalizmin altında yatan mexanizmlər haqqındakı işləri ilə rifah iqtisadiyyatına böyük əlavələr edərək kömək etmişdir. Bunun nəticəsində 1998-ci ildə ``rifah iqtisadiyyatı mövzusundakı əlavələri üçün``İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[7]
1998 ilə 2004-cü illərdəKembric Universitetinə bağlı Triniti Kollecinin başına keçərək, Oksbric Kolleclərindən birınin başına keçən ilk asiyalı olmuşdur. İndi də Amartya SenHarvard Universitetindəfəlsəfə vəiqtisadiyyat professorudur. Amartya Senin kitabları otuzdan çox dilə tərcümə edilmişdir.
2005-ci ilin noyabr və 2008-ci ilin iyun ayındaABŞ-nin "Xarici siyasət" (ing.Foreign Policy) vəİngiltərənin "Kəşfiyyat" (ing. Prospect) jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək meydana gətirdiyi "Dünyanın ilk 100 intellektualı" sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada qərar tutmuşdur.
2009-cu ilə qədər 80-dən çox universitetin fəxri doktoru adını almışdır.