Almanlar (Almanca:die Deutschen) —qədim germanlardan əmələ gələnxalq,Almaniya,Avstriya,İsveçrə vəLixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqaAmerika Birləşmiş Ştatlarında,Rusiyada,Braziliyada,Qazaxıstanda və s. ölkələrdə yaşayan vəalmanca danışmayan əhali də etnik baxımıdan alman sayılır.
Bir etnos kimi almanlar bugünküAlmaniya,Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olangerman tayfaları e.ə. V əsrdəSkandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və buradakeltlərlə,slavyanlarla vəUral tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdəMüqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər.
Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular. XX əsrin ilk yarısında onlar artıqMərkəzi Avropada,Şimali vəCənubi Amerikada,Böyük Britaniyada,Rusiyada,Ukraynada (həmçininKrımda),Baltikyanı dövlətlərdə,Qafqazda vəOrta Asiyada məskən salmışdılar. 1940-cı illərdəHitler Almaniyasının (Üçüncü Reyx)faşist siyasəti aparmasına görəSovet İttifaqınınAvropa hissəsində yaşayan almanların əksəriyyətiQazaxıstana vəSibirə sürgün edildi. Mərkəzi Avropada yaşayan almanların çoxu isə Almaniyaya köçmək məcbur oldu.
1517-ci ildə başlayanreformasiya almanları dini baxımından bir-birindən ayırdı. Bu gün onların əksəriyyəti ya etirazçı (protestant) ya da aləmi (katolik)məsihiliyə etiqad edir.