Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Alfred Bine

Vikipediya, azad ensiklopediya
Alfred Bine
alm.Alfred Binet
Alfred Bine
Alfred Bine
Doğum adıAlfredo Binetti
Doğum tarixi
Doğum yeriNitsa
Vəfat tarixi(54 yaşında)
Vəfat yeriParis
VətəndaşlığıAlmaniyaAlmaniya
Milliyyətialman
Elm sahəsiPsixologiya
İş yeri
Təhsili
  • Paris tibb məktəbi[d]
Elmi rəhbəriJan-Martin Şarko
Tanınır

Stanford-Binet dərrakə ölçüsü

Binet–Simon testi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Binet (8 iyul1857[1][2][…],Nitsa,Dənizkənarı Alplar[3]18 oktyabr1911[4][1][…],Paris[3]) —fransız psixoloqu.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Hüquq təhsili almış,nevrologiya,gistologiya və s. elmlərlə məşğul olmuşdur.Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna,1889),Fransanın başlıcapsixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine18941911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin,qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir.[5]

Fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli,1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.[5]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Alfred Binet //Encyclopædia Britannica (ing.).
  2. Alfred Binet //Who Named It? (ing.). 1994.
  3. 12Бине Альфред //Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд.Москва:Советская энциклопедия, 1969.
  4. Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 12Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 49.ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Alfred_Bine&oldid=5509952"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp