Aleut xalqı və yaUnangan xalqı (öz dilində olan adı: Unangax̂tək, Unangaxiki, Unangancəm/şərqi,Unangascəm/qərbi) — aborigen xalqlarından olan bu xalqAleut adaları,Komandor adaları,ABŞ (Alyaska),Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görəEskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır.
Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar.XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlarİqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasənbalina,suiti və müxtəlif növbalıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları,maral,tülkü vəayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəniruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslindəruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlarruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters. Hətta bəzirus kişilərinin Aleut qadınlarala evlənməsi məlumdur.Alyaskada birinci rus qəsəbələri Qriqori İvan Şelixov irkutsk taciri tərəfindən salınmışdır. Kütləvi şəkildə ovlanma nəticəsində dəniz heyvanlarının sayı azalmışdır. Bununla ruslar yerli əhalini daha çox inçitməyə başlamış, onları ovlamaq üçün daha əlverişsiz yerlərə göndərmişlər. Xususəndə Şelikov və Galikov şirkətinin yerli xalqa qarşı olan münasibəti nəticəsində Aleutlar, üsyan etmiş və qalib qəlmişdirlər. Ancaq texniki baxımdan daha üstün olan ruslar sonda Aleutlar üzərində qələbə qazanmışlar. Bu qələbənin əldə edilməsindəRusiya imperiyasıRus Amerikasına bir başa dəstək göstərmişdir. Aleut xalqı Ruslarla yaratdığıları münasibərlər, kütləvi qrip epidemiyası, qətliyamlar səbəbindən xalqın 80% məhv olmuşdur. Bütün bunların nəticəsində Aleut xalqının sayı 90 min nəfərdən 10 minə kimi azalmışdır.
Aleut xalqının adı aleutcaallíthuh sözündəndir. Alyaskanın kəşfindən sonra ruslar Aleut adaları istiqamətində irələməyə başlayırlar. Bu ərazilərə gələn rus kürk tacirləri tərəfindən yerli əhali Aleut (rus.Алеутъ) adlandırılır. Bu eyni adlı adalar qrupunun olması ilədə ələqəli olmuşdur.
Rus dilində Aleut adının mənşəyi haqqında bir neçə fikir vardır:
Bu adın Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini"[1] sözündən yarandığı ehtimal olunur.
Çukca dilindəEskimoslara xitabən işlədilənA´lvayê´lilit '(yad dildə danışanlar')[2] sözü olmuşdur.
G. Menovşçikov kimi bəzi alimlərin fikirincə Aleut sözü Unangancaallíthuh (cəmiyyət) sözündən yaranmışdır.[3]
Aleutları yaşadığı əraziAmerika Birləşmiş Ştatlarıı hesab olunur. Ona görə də AleutlarABŞ təhsil sistemi üzrə təhsil alırlar.Hal-hazırda Alyaskada 4 Aleut yarım məktəbi fəaliyyət göstərir. Şagirdlərə həm ana dilləri olan Unanganca həm də dövlət dilləri olaningilis dili tədris olunur.