Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Aleksandr Duqin

Vikipediya, azad ensiklopediya
Aleksandr Duqin
rus.Александр Гельевич Дугин
Doğum tarixi7 yanvar1962(1962-01-07)(64 yaş)
Doğum yeri
DövrMüasir fəlsəfə
Əsas maraqlarıtəbliğat[1],geosiyasət[2],sosiologiya,politologiya,fəlsəfə,beynəlxalq münasibətlər,siyasi fəlsəfə[2]
TəsirlənibMartin Haydeqqer[3],Helford Makkinder,Vladimir Lenin,Fridrix Nitsşe,İosif Stalin,Maks Veber,Osvald Şpenqler,Alister Krouli,Rene Genon,Yulius Evola[3],Karl Şmitt[3],Georq Vilhelm Fridrix Hegel[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Duqin (rus.Александр Гельевич Дугин; tam adı:Aleksandr Qelyeviç Duqin;7 yanvar1962,Moskva) —Rusiya filosofu, siyasi analitiki və ictimai xadimi.[5]

Həyatı

[redaktə |vikimətni redaktə et]

Aleksandr Duqin 7 yanvar 1962-ci ildəMoskvada, Qeliy Aleksandroviç Duqin ilə Qalina Duqinin ailəsində dünyaya gəlmişdir[6] 1979-cu ildəMoskva Aviasiya Universitetinə qəbul olsa da, universiteti bitirməmiş və fərqli bir univeristetdə və ixtisas üzrə təhsilini davam etdirmişdir.

Karyerası

[redaktə |vikimətni redaktə et]

1980-ci illərdə Duqin məşhur müxaliflərdən idi. O anti-kommunist çıxışları ilə tanınırdı. Məhz bu səbəbdən Duqin, yaxın yoldaşı Heydər Camal ilə birlikdə universitetdən uzaqlaşdırılır. Siyasi arenaya çıxmazdan qabaq o, jurnalist kimi fəaliyyət göstərmişdir. 1988–1992-ci illərdə Heydər Camalla birlikdə SSRİ arxivlərində işləyərkən Hitlerin məşhur layihəsi "Ananerbe"nin sənədləri ilə tanış olurlar. Onların əldə etdikləri materialların bir qismi televiziyada yayımlanır. 1991-ci ildə "Müqəddəs Mələk" provaslavalmanaxı və elementlər jurnallarının baş redaktoru, eyni zamanda ArktogeyOrtodoks tədqiqatlar dərnəyinin sədri olmuşdur. 1996–1997-ci illərdəMoskvada yayımlanan 101 Fm radiosunda "Funis Mundi" adlı proqramın həm yaradıcısı, həm də aparıcısı idi. Bundan başqa Duqin 1997–1998-ci illərdə Müstəqil Rusiya radiosunda Geopolitolji fikir proqramının aparıcı olmuşdur. O, 1998-ci ildən günümüzə qədər Rusiya Parlamentinin alt qanadı olan Dumanın sədr katibi vəYeni Rusiya Universitetinin rektorudur. Duqin həmçinin Duma nəzdində fəaliyyət göstərən Milli Müdafiə KomitəsininGeopolitoloji Ekspertizm Mərkəzinin sədridir. Onun rəhbərliyi ilə Avrasiyada qədim və yeni bütün rus ortodoks mməzhəbi ənənələri ilə barışıq rus hegemoniyasına xidmət edən bir imperiyanı müdafiə edən "Neo-Avrasiya" hərəkatının partiyası- "Avrasiya" partiyası yaradılmışdır[7].

2018-ci il iyul ayının 1-də Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Rusiyanın yeganə müttəfiqidir" adlı konfransa iştriak edən Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin burada verdiyi açıqlamasında bildirib:[8]

"Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir və bu, Rusiya vəAzərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır. Lakin bu prosesə iki ölkənin ictimai xadimləri cəlb olunmamışdı, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var. Rusiya üçünDağlıq Qarabağ Azərbaycan ərazisidir. Eyni mövqedən dünya ictimaiyyəti də çıxış edir. Bu, bütün hüquqi dünyanın razılığıdır"

Əsərləri

[redaktə |vikimətni redaktə et]
  • Mütləqiyyətin yolları (1990)
  • Konsipiralogiya (1993)
  • Hiperborey teoremi (1994)
  • Mühafizəkar inqilab (1996)
  • Kilsə zənginin metofizikası (1996)
  • Geopolitolgiyanın əsasları (1997)
  • Mütləq Anavətən (1999)
  • Yolumuz (1999)

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://globalvoices.org/2022/05/23/the-propagandist-dugin-and-the-justification-of-russian-imperialism/.
  2. 12Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. 123https://www.spiegel.de/geschichte/russlands-ueberfall-auf-die-ukraine-wladimir-putin-ist-nicht-verrueckt-er-handelt-ideologisch-konsequent-a-51d52385-74da-4ed5-8c61-50eb0628ffde.
  4. https://arktos.com/2023/05/20/the-metaphysics-of-national-bolshevism/.
  5. RAND."Russian Views of the International Order". 2017.15 noyabr 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:21 noyabr 2017.
  6. Eurasian Mission: An Introduction to Neo-Eurasianism, Arktos (2014) p.26
  7. "Alexandr Dugin".16 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:22 aprel 2019.
  8. Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir
⛭
Qədim dövr
Orta əsrlər
Erkən müasir dövr
XVIII—XIX əsrlər
XX—XXI əsrlər
Sosial nəzəriyyələr
Əlaqəli
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
BIBSYS: 4093109 ·BNE: XX5341058 ·BNF: 144612264 ·CiNii: DA10806214 ·eLibrary.ru: 315471 ·GND: 12499556X ·ICCU: USMV668226 ·ISNI: 0000000116589727 ·LCCN: nr95001941 ·LNB: 000106964 ·NKC: js2011635407 ·NSK: 000670835 ·NTA: 264390636 ·NUKAT: n00066144 ·PTBNP: 1462196 ·LIBRIS: 390332 ·SUDOC: 104549092 ·VIAF: 64230212 ·WorldCat VIAF: 64230212
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Aleksandr_Duqin&oldid=8085209"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp