Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Alatoranlıq

Vikipediya, azad ensiklopediya
Alatoranlığın müxtəlif vaxtları

Alatoranlıq,alaqaranlıq və yatoran[1]şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır.

Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir.

Təyin edilməsi

[redaktə |vikimətni redaktə et]
ABŞ-nin qərbindəki bir yaşayış məntəqəsində qeydə alınmış alatoranlıq vaxtı.

Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).

TəsviriGünəşin düşmə bucağı
Gecə18°dən çox
Astronomik mövqeyi12° - 18°
Dəniz mövqeyi6° - 12°
Günlük mövqeyi6°dən az
Gündüz(Günəşüfüqün üzərində olarkən)
  1. Алаторанлыг //Азәрбајҹан Совет Енсиклопедијасы:[10 ҹилддә]. I ҹилд: А—Балзак.Бакы:Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.Баш редактор:Ҹ. Б. Гулијев. 1976.С. 211.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Alatoranlıq&oldid=7028140"
Kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp