Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Aktinoidlər

Vikipediya, azad ensiklopediya
Sıra nömrəsiElementi adıİşarəsi
89aktiniumAc
90toriumTh
91protaktiniumPa
92uranU
93neptuniumNp
94plutoniumPu
95amerisiumAm
96küriumCm
97berkliumBk
98kaliforniumCf
99eynşteyniumEs
100fermiumFm
101mendeleviumMd
102nobeliumNo
103lourensiumLr

Aktinoidlər –dövri sistemin 7-ci dövründə yerləşmiş, sıra nömrəsi 89–103 arasında olan 14 elementin ümumi adıdır. Adının mənasıyunan dilindən tərcümədə "aktis" "şüa", "eidos" "oxşar" deməkdir. Bunlaraktinium,torium,protaktinium,uran,neptunium,plutonium,amerisium,kürium,berklium,kalifornium,eynşteynium,fermium,mendelevium,nobelium,lourensiumdur. Onlardan heç birinin stabilizotopu yoxdur. Torium, protaktinium və uran təbii radioaktiv elementlər olduğu halda, digər aktinoidlər nüvə reaksiyalarında süni yolla sintez edilmişdir.[1]

İlkin təsəvvürlər

[redaktə |vikimətni redaktə et]

Aktinoidlər ailəsi haqqında təsəvvürləri ilk dəfə 1944-cü ildə Amerika alimi Q. Siborq vermişdir. Özünün aktinoidlər ailəsi nəzəriyyəsinə uyğun olaraq o söyləmişdir ki, toriumdan başlayaraq bu elementlərin atomlarında lantanoidlərdə 4f yarımsəviyyələri dolduğu kimi, 5f yarımsəviyyəsi də dolmağa başlayır. Ona görə də bütün 14 aktinoidləri dövri sistemdə aktiniumla birlikdə bir qəfəsdə yerləşdirirlər. Onlar dövri sistemdə lantanoidlər sırasının altında yerləşdirilir. Aktinoidlərin bu cür yerləşdirilməsi geniş yayılmışdır. Transuran elementlərinin öyrənilməsi məlum olmuşdur ki, aktinoidlərin lantanoidlərlə oxşarlığı bir çox cəhətdən formal xarakter daşıyır.[1]

Müasir təsəvvürlər

[redaktə |vikimətni redaktə et]

Müasir işlər göstərir ki, 5f ilə 4f elementlərinin müqayisəsi zamanı ağır aktinoidlərlə yüngüllantanoidlər arasında daha çox oxşarlıq vardır. Eləcə də aktinoidlər ailəsinin 1-ci yarımsıra elementləri ilə əvvəlki dövrlərin keçid d-elementləri arasında kimyəvi cəhətdən oxşarlıq vardır. Buradan görünür ki, 7-ci dövri dəyişməsində özünəməxsusluq vardır. Bu da sıra nömrəsi (Z) böyük olan elementlər sahəsində dövrilik hadisəsinin qiymətləndirilməsində yeni yanaşmanı tələb edir.[1]

Kimyəvi xassələri

[redaktə |vikimətni redaktə et]

Aktinoidlər üçün +1-dən +7-dəkoksidləşmə dərəcəsinin daha çox mövcud olması müəyyən edilmişdir.Neptunium,plutoniumamerisiumun +6 və +7 oksidləşmə dərəcəsi göstərən birləşmələri, eləcə dəküriumun altıvalentli birləşmələri alınmışdır. Aktinoidlər sırasının 2-ci yarımsıra elementləri –eynşteynium,fermium,mendeleviumnobelium üçün gözlənilmədən daha davamlı birləşmələri +2 oksidləşmə dərəcəsi göstərdiyi birləşmələr olmuşdur (mendeleviumda isə hətta +1).[1]

Aktinoidlərin kimyəvi xassələrinin xüsusiliyi iki cür izah edilir. Birincisi, aktinoidlərinatomlarında (Z=90–96) 5f və 6d elektronları enerjinin qiymətinə görə yaxındır, ona görə də onları kimyəvi qarşılıqlı təsir zamanı asanlıqla istifadə edirlər. İkincisi, ağır aktinoidlərdə sıra nömrəsi artdıqca atomlarda elektronların qarşılıqlı təsir xarakteri çətinləşir, bu da həmin elementlərin xassələrinin xüsusiliyini göstərir.[1]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12345M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 8
⛭
Qrup123456789101112131415161718
Dövr
11
H

2
He
23
Li
4
Be

5
B
6
C
7
N
8
O
9
F
10
Ne
311
Na
12
Mg

13
Al
14
Si
15
P
16
S
17
Cl
18
Ar
419
K
20
Ca
21
Sc
22
Ti
23
V
24
Cr
25
Mn
26
Fe
27
Co
28
Ni
29
Cu
30
Zn
31
Ga
32
Ge
33
As
34
Se
35
Br
36
Kr
537
Rb
38
Sr
39
Y
40
Zr
41
Nb
42
Mo
43
Tc
44
Ru
45
Rh
46
Pd
47
Ag
48
Cd
49
In
50
Sn
51
Sb
52
Te
53
I
54
Xe
655
Cs
56
Ba
57
La
72
Hf
73
Ta
74
W
75
Re
76
Os
77
Ir
78
Pt
79
Au
80
Hg
81
Tl
82
Pb
83
Bi
84
Po
85
At
86
Rn
787
 Fr 
88
Ra
89
Ac
104
Rf
105
Db
106
Sg
107
Bh
108
Hs
109
Mt
110
Ds
111
Rg
112
Cn
113
Nh
114
Fl
115
Mc
116
Lv
117
Ts
118
Og

58
Ce
59
Pr
60
Nd
61
Pm
62
Sm
63
Eu
64
Gd
65
Tb
66
Dy
67
Ho
68
Er
69
Tm
70
Yb
71
Lu
90
Th
91
Pa
92
U
93
Np
94
Pu
95
Am
96
Cm
97
Bk
98
Cf
99
Es
100
Fm
101
Md
102
No
103
Lr
Açar
MetallarMetalloidlərQeyri-metallarTəsirsiz qazlarLantanoidlərAktinoidlər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Aktinoidlər&oldid=7541141"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp