Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Akritarxlar

Vikipediya, azad ensiklopediya
Akritarxlar
Elmi təsnifat
XƏTA:parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Akritarxlar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
FW  141161

Akritarxlar (ing.Acritarchs) — sistematik vəziyyəti aydın olmayan süni qrup;kürə,ellips və ya disk formalı mikroskopik (8–500 mkm-dən 1 mm-dək) kapsullardan ibarətdir. Kapsulların sarı və ya palıdı-qəhvəyi qabıqları, bir və yə çoxlaylı üzvi maddədən ibarət olur. Kapsulun xarici səthi hamar və ya dənəli, nöqtəli və ya dəlmə-deşik çıxıntılı olur. Qabığın bir tərəfində (qütbündə) dairəvi kəsik və ya yarıq formalı dəlik vardır. Bir çox tədqiqatçılar akritarxilərplankton həyat tərzi keçirən birhüceyrəliyosunlar, digərləri isə yosunların spor və sistaları, ya damamır və ya rinofitlərə aid olan ali yerüstü bitkilərinsporları hesab edirlər. Proterozoydan pleystosenə qədər yayılmışlar; vend və kembri çökmələri üçün böyük stratiqrafik əhəmiyyət kəsb edirlər.

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Akritarxlar&oldid=6058933"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp