Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Akkra

5°32′46″ şm. e. 0°12′24″ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şəhər
Akkra
Nkran
Bayraq
Bayraq
5°32′46″ şm. e. 0°12′24″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumatXV əsr
Sahəsi
  • 173.000.000 m²
Mərkəzin hündürlüyü61 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.782.150 nəf.(2021)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu0302, 0302
Digər
ama.gov.gh
Xəritəni göstər/gizlə
Akkra xəritədə
Akkra
Akkra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akkra (ing.Accra) — 1957-ci ildənQana Respublikasınınpaytaxtıölkənin ən böyükşəhəri.Qvineya körfəzi sahilindəliman. Şəhərinəhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkraxalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qatayfa ittifaqının paytaxtı olmuşdur.Avropatacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühümticarət mərkəzinə çevrildi. Akkranı ələ keçirmək uğrunda qalar, akimlər, akvapimlər və aşantilər arasında uzun müddət mübarizə getmişdir. 1850-ci ildəİngiltərənin Qızıl Sahilmüstəmləkəsinə daxil edilmişdir. 1876–1957-ci illərdə Qızıl Sahildəki müstəmləkəhökumətinin iqamətgahı burada yerləşirdi.

Mədəniyyət müəssisələri

[redaktə |vikimətni redaktə et]

Müstəmləkə dövrüabidələrindənhollandların tikdiyi Krevkör (1605, indiki Uşer),danimarkalıların Kristians borq (1657– 59; 1900-cü ildəningilis qubernatorunun, hazırda Qana hökumətinin iqamətgahı),ingilislərin Ceyms (1673) istehkamlarıÜmumdünya irsi siyahısına daxil edilmişdir.

İncəsənət və Elmlər Akademiyası (əsası 1959-cu ildə qoyulmuşdur),Universitet (1961), Açimota hərbi kolleci, Milli arxiv (1946), Mərkəzi kitabxana (1950), Milli muzey (1957), Elm və texnologiya muzeyi (1965), Milli afrikaşünaslıq kitabxanası (1961), Milli elmi-texniki kitabxana və informasiya mərkəzi (1964), Milli teatr var.

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]

Akkra iki əsas zonaya dolanbac küçəli sahilrayonlarınadövlətmüəssisələri,banklar, mağazalar və s.-nin yerləşdiyi müasirməhəllələrə ayrılır. Dəmiryol vəavtomobil yolları qovşağı, həmçinin beynəlxalqaeroportu var. Qananın iri ticarət-sənaye mərkəzidir. Burada yüngül, yeyinti, kimya, metal emalı sənayesi,maşınqayırma müəssisələri, elektrik avadanlıqları (mühərriklər, tele və radioaparatları, akkumulyator batareyaları istehsalı)zavodu vardır. Avtomobil yığılır; kustar üsullaqızılgümüş məmulatlar istehsal edilir; İES fəaliyyət göstərir.[3]

VikianbardaAkkra ilə əlaqəli mediafayllar var.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://statsghana.gov.gh/gssmain/fileUpload/pressrelease/2021%20PHC%20General%20Report%20Vol%203A_Population%20of%20Regions%20and%20Districts_181121.pdf.
  2. https://books.google.com.gh/books?id=TZWwKiOqJBUC&pg=PA49&dq=official+language+of+Ghana&hl=en&sa=X&ved=0ahUKEwjSy_2Wsb3VAhWjBcAKHffADNcQ6AEINTAD#v=onepage&q=official%20language%20of%20Ghana&f=false.
  3. Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 235–236.ISBN 978-9952-441-02-4.
⛭
Afrika paytaxtları
Afrika paytaxtları
Digər ərazilər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Akkra&oldid=6579455"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp