Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Akademik avarçəkmə

Vikipediya, azad ensiklopediya
Bu məqaləAvarçəkmə adlı məqalə ilə demək olar ki, eyni mövzudan bəhs edir və ya onun kopiyasıdır. Bu səbəbdən hər ikisinin də eyni başlıq altında birləşdirilməsi mümkündür. Bu barədəməqalənin müzakirə səhifəsində danışa bilərsiniz.
Akademik avarçəkmə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Akademik avarçəkmə – avarçəkmə idmanı növü. Akademik avarçəkmə 18-ci əsrdə Böyük Britaniyada yaranmışdır. 1829-cu ildə Temza çayında keçirilən ilk yarışda Oksford və Kembric universitetlərinin avarçəkənləri iştirak etmişlər. Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) 1892-ci ildə Turində təsis edilmişdir. 1893-cü ildən FİSA hər il Avropa çempionatını keçirir. 1962-ci ildə kişilər arasında, 1974-cü ildə qadınlar arasında dünya çempionatı keçirilmiş, 1900-cü ildə kişilər arasında, 1976-cı ildə isə qadınlar arasında Akademik avarçəkmə Olimpiya oyunlarının tərkibinə salınmışdır. Azərbaycanda Akademik avarçəkmə çempionatı 1964-cü ildən keçirilir. "Kür" İdman Mərkəzinin yaradılması avarçəkmə idmanının inkişaf etməsində mühüm rol oynamışdır. Avarçəkənlərdən Q. Qurbanov, J. Məmmədova, T. Xudyakova, E. Ujuqova, V. Yakuşa, V. Romanişin və başqaları dəfələrlə SSRİ və SSRİ Xalqları Spartakiadasının çempionu olmuşlar. Azərbaycanın avarçəkmə komandası Moskva (1980) və Seul (1988) olimpiadalarında gümüş və bürünc medallara layiq görülmüşdür. Avarçəkmə üçlüyü (V. Romanişin, İ. Vısotski və İ. Zotov) dünya çempionu və "Dostluq–84" (Moskva) oyunlarının qalibi olmuşdur. 24-cü Olimpiya Oyunlarında (1988, Seul) A. Lukyanov gümüş, V. Yakuşa bürünc, 27-ci Yay Olimpiya Oyunlarında (2000, Sidney) V. Yakuşa, V. Pereverzev, G. Kryuçkin, A. Lukyanov gümüş medallar qazanmışlar. 9 idmançı SSRİ əməkdar idman ustası adına layiq görülmüşdür. 2006-cı ildə Azərbaycan Avarçəkmə Federasiyası təsis edilmiş və 2007-ci ildə FİSA-ya üzv olmuşdur.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 230.ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Akademik_avarçəkmə&oldid=8159732"
Kateqoriya:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp