Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Aerobus

Vikipediya, azad ensiklopediya

Aerobus — yaxın və orta məsafələrdə müntəzəm və qısamüddətli reyslər üçün çox sərnişin tutan nəqliyyat təyyarəsi.

Tarixi

[redaktə |vikimətni redaktə et]

1970-ci illərinin ortalarında dünya aviasiya sənayesində aerobusların yaradılmasına meyl artmışdır. Aerobuslar sərnişin daşınması intensiv olan marşrutlar üçündür.Qenrix Novojilovun rəhbərliyi altında konstruksiya-sınaq bürosunda 350 sərnişin tutacaq ilksovet aerobusu İl-86 yaradılmışdır (1976). 4 ədəd ikikonturlu turboreaktiv mühərrikli İl-86 təyyarəsinin birbaşa uçuş uzaqlığı 800–3,600 kilometr, kommersiya yükü 40-42 metr, uçuş sürəti 900 kilometr/saatdır. Magistral, ölkədaxili və beynəlxalq hava xətlərində istifadə uçun nəzərdə tutulmuşdur.[1]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Аеробус //Азәрбајҹан Совет Енсиклопедијасы:[10 ҹилддә]. I ҹилд: А—Балзак.Бакы:Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.Баш редактор:Ҹ. Б. Гулијев. 1976.С. 124–125.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Aerobus&oldid=6220482"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp