Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Adolf Dassler

Vikipediya, azad ensiklopediya
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:Adolf.
Adolf Dassler
Doğum tarixi3 noyabr1900(1900-11-03)[1]
Doğum yeri
Vəfat tarixi6 sentyabr1978(1978-09-06)[1](77 yaşında)
Vəfat yeri
Vəfat səbəbiürək çatışmazlığı
Fəaliyyətisahibkar, siyasətçi, dəb dizayneri
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adolf "Adi" Dassler (3 noyabr1900[1],Herzoqenaurax[d],Bavariya Krallığı6 sentyabr1978[1],Herzoqenaurax[d],Bavariya) — alman idman geyimləri şirkətiAdidasın təsisçisi.

Pinəçi kimi fəaliyyətə başlamış,Birinci Dünya müharibəsindən dönəndən sonra isə özünün yeni idman ayaqqabılarını anasının çamaşırxanasında hazırlamağa başladı. Onun ayaqqabı fabrikində işləyən atası Kristof və Zehlein qardaşları, Dassleri öz biznesini qurmağında dəstəklədi. 1924-cü ilin 1 iyulunda böyük qardaşı Rudolf Dassler, "Dassler qardaşları" ayaqqabı fabrikinə qoşuldu.

1928 yay Olimpiya oyunlarında Dassler bir çox idmançıları öz şirkətinin məhsulları ilə təmin etdi.Berlində keçirilmiş1936 yay Olimpiya oyunları ərzində, DasslerABŞ idmançısıCessi Ouensi idman ayaqqabıları ilə təmin etdi.Cessi Ouensin geyindiyiAdidas idman ayaqqabıları, onun 4 qızıl medal qazanmasında mühüm rol oynadı.

1930-cu illərdəAdolf Hitlerin hakimiyyətə gəlməsi ilə, Dassler qardaşlarıNasist partiyasına üzv oldular, daha çox Rudolf qatı nasional-sosialist olması ilə tanınmışdı.[2] Rudolf ayaqqabıların layihəsini hazırlayar, AdolfVermaxt üçün ayaqqabılar istehsal edərdi, lakin sonralarNasist partiyasından uzaqlaşdı.[3] Müharibə, qardaşlar arasında fərqləri kəskinləşdirdi. Rudolf, amerikan hərbi qüvvələri tərəfindənSS üzvü kimi şübhəli şəxs qismində tutuldu, məlumat guya qardaşı Adolfdan başqa heç kim tərəfindən çatdırılmamışdı.[4]

1948-ci ildə, Rudolf qardaşı ilə yollarını ayıraraq,Puma şirkətinin əsasını qoydu və Adolf Dassler öz şirkətinin adını ləqəbinə (Adi Dassler) uyğun olaraq,Adidas adlandırdı.

1973-cü ildə, Adolf Dasslerin oğlu Horst Dassler üzgüçülük ləvazimatları istehsalı üzrə Arena şirkətinin əsasını qoydu. 1978-ci ildə Adolf Dasslerin vəfatından sonra, Horst və həyat yoldaşı Katya idarəetməni öz üzərilərinə götürdülər. Horst 9 il sonra, yəni 1987-ci ildə vəfat etdi.Adidas, 1989-cu ildə məhdud məsuliyyətli cəmiyyətə çevrildi, lakin 1995-ci ildə öz səhmlərini satana qədər ailənin mülkiyyətində qaldı.

2006-cı ildə, Herzogenaurax şəhərində Adi-Dassler-Stadionunda onun heykəlinin açılışı oldu. Bu heykəl, rəssam-heykəltaraş Jozef Tabaçnuk tərəfindən ərsəyə gətirilmişdi.[5]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Adolf (Adi) Dassler //Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  2. Kirschbaum, Erik."How Adidas and Puma were born". The Journal. 2005-11-08.2008-01-17 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2008-07-14.
  3. Brennan, Carole."Adidas". St James Encyclopedia of Pop Culture. 2002-01-29.2012-07-09 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2008-07-14.
  4. James, Kyle."The town that sibling rivalry built, and divided". Deutsch Welle. 2006-07-03.2012-09-22 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2012-06-18.
  5. "Arxivlənmiş surət"(PDF).2013-10-08 tarixindəorijinalından(PDF) arxivləşdirilib.İstifadə tarixi:2015-06-07.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Adolf_Dassler&oldid=7905709"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp