Abstraksionizm,abstrakt sənət və yamücərrəd sənət[1] (lat.abstractio — ayırma, təcridetmə) — XX əsrincəsənətində reallığın görünən təsvirini sırf formal elementlər (xətt, müstəvi, rəng ləkəsi, mücərrəd konfiqurasiya) sistemi ilə əvəz etmiş cərəyan. Proqramlı hərəkat kimi1910-cu illərin əvvəlində yaranmışdır; baniləriVasili Kandinski,Kazimir Maleviç, Pit Mondrian, Frantişek Kupka, Rober Delone olmuşlar. Onlar, bir qayda olaraq, mistik ideyalardan, o cümlədən,teosofiyadoktrinalarından bəhrələnir, görünən dünyanın keçici hadisələri arxasında gizlənən daxili qanuna uyğunluqları və intuitiv dərkedilən mahiyyətləri ifadə etməyə can atırdılar. Beləki,Vasili Kandinskinin “İncəsənətdə ruhaniyyət haqqında” (1911) adlanan nəzəri əsərində ilkin forma elementləri başlanğıc ruhani məzmuna malik işarələr, onların plastik təşkili isə universum elementləri arasındakı əlaqənin proyeksiyası kimi səciyyələndirilir. Rober Delonenin nəzəriyyəsində isə idealistmetafizikası rədd edilir, mücərrəd boyakarlığın vəzifəsirəngkarlıq dili xassələrinin, ilk növbədə rəngin dinamik keyfiyyətlərinin tədqiqi ilə məhdudlaşdırılır. Müasir memarlığın, dizaynın, dekorativ tətbiqi sənət növlərinin təşəkkülündə erkən abstraksionizm ustaları əhəmiyyətli rol oynamışlar (rus konstruktvistlərinin yaradıcılığı, Kazimir Maleviçin arxitektonları və dizayner layihələri,Vasili KandinskininBauhauzda, Pit Mondrianın “De Steyl” qrupunda fəaliyyəti, Rober Delone və Sonya Delone Terkin tətbiqi sənət sahəsindəki təcrübələri). Onların funksional formaya müraciəti ideal dünya nizamı layihələrini özündə birləşdirən estetik proqramlarının universializmi ilə izah olunurdu. Yarandığı vaxtdan abstraksionizmdə iki istiqamət — həndəsi (Maleviç, Mondrian, qismən Delone) və lirik (Kandinski, Kupka) istiqamətlər formalaşmışdır. Düzgün formaların və əsas rənglərin məhdud dəsti əsasında qurulan həndəsi abstraksiya kompozisiyaları sabit, “substansional” vəziyyətlərin təcəssümü idi. Lirikabstraktsiya əsərlərində diqqət dinamik proseslərə yönəldilirdi. Abstraksionizm təmayülü müxtəlif avanqard istiqamətlərdə —kubizm (Fernan Leje),futurizm (Cakomo Balla, Enriko Prampolini),dadaizm (X.Arp),ekspressionizm (Vasili Kandinski, F.Mark),konstruktivizm (L.S. Popova, L.M.Lisitski, T. Van Dusburq) vəsürrealizmdə (X.Miro, A.Masson) vaxtaşırı təzahür edirdi.İkinci dünya müharibəsindən sonraQərbi Avropa incəsənətində abstraksionizmin müxtəlif cərəyanları aparıcı mövqe tutmağa başladı.AbstraktekspressionizmABŞda daha geniş yayılmışdı (C.Pollok, M.Rotko, F.Klayn və başqaları). Taşizm bu cərəyanınAvropa analoqu idi (P.Sulaj, J.Şneyder, J.Matyö). Böhran vəziyyətini dəf edən həndəsiabstraksiya yeni oparte (V.Vazareli, B.Rayli) və kinetik incəsənət (A.Kolderin, N.Şöfferin, X.Sotunun, J.Tengeli, Takisin hərəkət edən konstruk siyaları).Heykəltaraşlıqda həndəsiabstraktsiya minimalizm cərəyanında (1960-70 illər) yüksək inkişaf mərhələsinə çatmışdı. M.Zeynalov abstrakt sənətə müraciət etmiş ilk azərbaycanlı rəssamdır. RəssamınMisir və başqa ölkələrə həsr olunmuş əsərləri güclü simvolikası ilə seçilir. F.Qulamov və H.Ab dullayevin abstraksionizm üslubunda maraqlı əsərləri var.