
Abolla (yunan dilində:ἀμβόλλα, latın dilində: abolla) - Qədimyunanlar vəromalılar arasında geniş yayılan,mantiya tipli olub, çiyinə bərkidilən, rəngliyun parçadan hazırlanan qolsuzgeyim.Sarı və ya qəhvəyi rəngdə olan abolladan daha çox istifadə olunurdu.[1].Sonralar abollanı "filosofların plaşı" adlandırmışlar.[2].
Abolla qədimromalıların istifadə etdikləri, dizlərə qədər uzanan ikiqatlı plaşdir. O, fibula adlandırılan metal sancağın köməyilə çiyinə bərkidilən, düzgün olmayan dördbucaqlı formasına malikgeyim növüdür.
Əvvəllər bu plaşdan yüksək vəzifəli hərbçilər, sonralar mülki əhalitoqanın əvəzinə istifadə edirdilər.[3] Saqum adlanan hərbi plaşdan fərqli olaraq abolla çox zərif parçadan hazırlanırdı. Paltarın nazikliyinə görə qədimRoma şairi Mark Valeri Marsial zarafatla oğrulara məsləhət görürdü ki, oöurluğa gedərkən abolla geyinməsinlər, çünki paltarın altından oğurladıqları əşyalar görünür.[2] QədimRomaşair və yazıçılarınınfaciə janrında yazdıqları əsərlərdə abollanı həm də "filosofların günahları" adlandırmışlar.[4] .[5][6][7]
QədimYunanıstanda abollanın yunan filosoflarının geyindikləri xüsusi növü mövcud olmuşdur. Bu paltaraKinik məktəbinə mənsub olan filosoflar daha çox üstünlük verirdilər, digərlərindən fərqli olaraq onlar daha uzun abolladan istifadə edirdilər.[2]. BugeyimYunanıstanda e.ə.III əsrdə yayılmağa başlamış və eramızdan əvvəl II əsrdə daha məşhur olmuşdu.
