Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Abolisionizm (ing.abolitionism;lat.abolitio – "ləğv etmək", "məhv etmək") —Amerika Birləşmiş Ştatlarında vəLatın Amerikasında XVIII–XIX əsrlərdə zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkat. Abolisionizm ideyası qısa zaman ərzindəBöyük Britaniya,Kanada,Fransa vəRusiya kimi ölkələrdə də dəstək qazanmışdır. Amerika Birləşmiş Ştatlarında abolisionizm əsasən köləliyin ittihamı və ictimai fikrin onun əleyhinə yönəldilməsi təşkil edirdi. 1830-cu illərdə hərəkat şimal ştatlarında geniş vüsət almışdır. 1859-cu ildəVirciniya ştatındaCon Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edənvətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVIABŞ PrezidentiAvraam Linkolnun əhəmiyyətli rolu olmuşdur. Milli inkişafın tələbatından irəli gələn daha geniş ictimai-siyasi hərəkatların mühüm tərkib hissəsi kimi abolisionizm ümummilli məsələlərin həllinə təsir göstərmişdir.[1]