Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Abdullah ibn Salam

Vikipediya, azad ensiklopediya
Abdullah ibn Salam
ərəb.صحابي رسول الله عبد الله بن سلام
Doğum tarixi550
Doğum yeri
Vəfat tarixi643[1] və ya 663
Vəfat yeri
Fəaliyyətikeşiş, ilahiyyatçı, müfəssir, Səhabə

Abdullah ibn Salam (550,Mədinə[1]643[1] və ya 663,Mədinə) —Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur[2].

Bioqrafiyası

[redaktə |vikimətni redaktə et]

O, Mədinədə doğulmuşdur[2]. İslamı qəbul etməzdən əvvəl o, Yəhudi kahini olmuşdur. O dövrdə onun adı Hüseyn ibn Salam olmuşdur[2]. O, sonuncu peyğəmbərin gələcəyinə inanmışdır[2]. Məhəmməd peyğəmbər haqqında insanlardan eşitsə də, onunla tanış olmamışdır[2]. Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra, Hüseyn onun yanına gəlmiş və onun simasında əski yəhudi mənbələrində gəlişi gözlənilən sonuncu Tanrı elçisini tanımışdır[2]. Bundan sonra o, İslamı qəbul etmiş və Məhəmməd peyğəmbər də onu Abdullah ibn Salam adlandırmışdır[2].

Abdullah ibn Salam yazıb-oxumağı bacarmış, həyatı boyu dini elmlərlə məşğul olmuşdur. Ondan bir neçə hədis də rəvayət edilmişdir. Xəlifə Əbu Bəkrin xəlifəliyi dövründə, İslamdan çıxan ərəb qəbilələrinə qarşı aparılan savaşlarda (riddət II) iştirak etmişdir[2].

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Али-заде А.Абдуллах ибн Салам (rus.). //Исламский энциклопедический словарьМосква:Ансар, 2007.
  2. 12345678Aydın Əlizadə,Elsevər Səmədov.İslam: Tarix, Fəlsəfə və Hüquq.Ensiklopedik Lüğət.Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 9.  (az.)
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Abdullah_ibn_Salam&oldid=8079698"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp