Axeneramızın 1-ci əsrinə aidQədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonundaFrank imperiyasınınpaytaxtı,orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinciqala divarları (dövrümüzədək 4 bürc və 2darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir.
1562-ci ildəkralların tacqoyma mərasimi Frankfurt-Maynşəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildəfransızlar tərəfindənişğal olunan AxenVyana konqresinin qərarı iləPrussiyanınərazisinə qatılmışdır (1815). 1871-ci ildənAlmaniyanın tərkibindədir. 1943–45-ci illərdə böyük dağıntılara məruz qalmışdır. Şəhərdə imperator BöyükI Karl saray kompleksinin (8–9 əsrlər) qalıqları saxlanılmışdır. Axen saray kompleksinin ətrafında inkişaf etmişdir.
Axen 1238-ci ildənxristian müqəddəs əşyalarının nümayiş olunduğu mərkəzə vəkatoliklərin ziyarətgahına çevrilmişdir.Ümumdünya irsinin siyahısına salınmış başkilsə (burada 1531-ci ilədək 32 alman imperatorunun tacqoyma mərasimi keçirilmişdir), imperator saray kapellası (786–798, memar Metsli Odo; Karolinqlər intibahıdövrünün ən parlaqmemarlıq nümunəsi),qotik üslubda Qroshauz (keçmiş ratuşa, 1267, hazırda şəhər arxivi), Ratuşa (təqribən 1333–76, 1898–1902-ci illərdə yenidən qurulmuşdur;imperator zalında Axen Retelin I Karlınhəyatından bəhs edənfreskaları, 1840–51),barokko üslubunda fəvvarə və I Karlın tunc heykəli (1620), Elizen -brunnen fəvvarəsi (1822–27,memar Y. A. Kremer) Axenin ən məşhurmemarlıqabidələrindəndir.
Ali texniki məktəb (1870; 1880-ci ildənuniversitet statusu), Müqəddəs Qriqori kilsə musiqisi ali məktəbi (1881), kütləvi kitabxana (1831), Syurmondt (1882, antik vəAvropaincəsənəti), diyarşünaslıq, "Kuven-Muzeum" (18–19-cu əsrlər, dekorativ tətbiqi sənət), beynəlxalq qəzet (1885)muzeyləri, şəhər teatrı (1751), "Qrents land teater″, "Blekaut" teatrı; musiqili teatr (2000) var.
Axeniniqtisadiyyatında əsas yeri xidmət sferası tutur. Axen elmi-tədqiqat və təcrübə-konstruktor işləmələri, işgüzar xidmətlər vəticarət (o cümlədən beynəlxalq) üzrə böyük mərkəzdir. Maşınqayırmanınelektrotexnika,elektronika,kömürsənayesi üçün avadanlıq istehsalı sahələri ən çox inkişaf etmişdir. Burada çoxsaylı elmi kadrlar cəmləndiyindən elmtutumlu istehsal (o cümlədən təcrübə-sınaq işləri), sürətlə inkişaf edir. AxenAlmaniyanın ən böyükdaş kömür hövzələrindən birinin mərkəzidir.Şəhərin sənayesi kömür hasilatı üzrə ixtisaslaşmışdır. Axendəkimya, rezin-texnika, yeyinti,toxuculuq, şüşə-keramika sənayesimüəssisələri fəaliyyət göstərir. Şəhərin ətrafında olan mədənlər Romalıların dövründən istismardadır Axenin 20 km-liyində Yulix nüvə tədqiqatları mərkəzi yerləşir. Axen balneolojikurortdur. Əsas təbii müalicə amili çoxsaylı (təqribən 40) termal (temperatur 75° C-yədək, Mərkəzi Avropada ən isti) mineralbulaqlardır.
Eyni zamanda şəhər böyük bir dəmiryolu mərkəzi və mühümnəqliyyat qovşağıdır. Daha çox dəmiryol Moskva–Berlin–Paris transavropa dəmiryol magistralı Axendən keçir.Sərnişin dövriyyəsinin həcminə görəölkədə ilk yerlərdən birini tutur.[4]