




ATP Reytinqi (ing.ATP Ranking) — bütün turnirlərdə, təklər və qoşalar (cütlər) yarışlarındatennisçilərin istirakı və səpilməsi (sıralanması) üçün təsnifatını müəyyən etmək üçünPeşəkar Tennisçilər Assosiasiyası (ATP) tərəfindən istifadə edilən qələbəyə əsaslanan metoddur. Təklərin reytinqi ilk dəfə 23 avqust 1973-cü ildə, cütlərin reytinqi isə 1 mart 1976-cı ildə dərc edilmişdir.
Reytinq xalları turnirin mərhələsinin adlanmasına və turnirin nüfuzuna uyğun olaraq verilir. Ən çox xal dördBöyük Dəbilqə turnirində verilir. ATP finalı istisna olmaqla, reytinqlər hər bazar ertəsi yenilənir, xallar isə, onlar verildikdən 52 həftə sonra sıfırlanır.
APT finalına görə isə xallar, növbəti ilin son ATP Tur (ATP Tour) turnirindən sonrakı bazar ertəsi sıfırlanır.
Hal-hazırda, 27 oktyabr 2025-cü il vəziyyətinə görə ispan tennisçiKarlos Alkaras kişilər arasında təklər yarışında dünya birincisidir.[1]