AMD (Advanced Micro Devices) — kompüter prossesorları düzəldən kommersiya şirkəti. Əsas məhsullarına serverlər, işçi stansiyalar (workstation) və şəxsikompüterlər üçün düzəldilmişmikroprossesorlar,ana plataçipləri,GPUlar daxildir. AMDx86 arxitekturalı mikroprosessorların ikinci ən böyük qlobal təminatçısıdır.
AMD 1May1969-cu ildə Fairchild Semiconductor şirkətindən ayrılan bir komanda tərəfindən qurulmuşdur. Qurucusu və ilk müdiri Jerry Sandersdir.2005-ci ildən etibarən şirkətin idarə heyəti başçısı Dr. Hector Ruiz'dir. AMD-nin2006-ci ilin yayında aldığıATI, şirkətin gücünü və həmçinin bazarını da genişləndirdi.Şirkət AMD adıyla çıxardığı Sempron, Athlon64, AthlonXp, Athlon, Turion, Turion64 X2, Athlon 64Fx, Athlon64 X2, Opteron, Phenom X4 Phenom II X4 və Duron prosessorları ilə bərabər həmçininATI adıyla çıxardığı Radeon, Fire GL qrafikçipləri də vardır .