Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Amerika erməniləri

Vikipediya, azad ensiklopediya
(ABŞ erməniləri səhifəsindən istiqamətləndirilmişdir)
Amerika erməniləri
Ամերիկահայեր
Yaşadığı ərazilər
ABŞABŞ474.559 - 1.400.000
Dili

ingilis dilierməni dili

Dini

xristianlıq


Amerika erməniləri (erm.Ամերիկահայեր) — Amerika Birləşmiş Ştatlarının tam və ya qismənerməni əsilli vətəndaşları və ya rezidentləri. Rusiya Federasiyasındakı erməni icmasından sonra dünyaerməni diasporunun ikinci ən böyük topluluğunu təşkil edirlər. XIX əsrin sonu – XX əsrin əvvəllərində ABŞ-yə ilk kütləvi erməni mühacirəti baş vermişdir. 1890-cı illərin ortalarındaHəmidiyyə qətliamları, 1909-cu ilAdana qətliamı və 1915–1918-ci illər Osmanlı İmperiyasındaerməni soyqırımı nəticəsində minlərlə erməni Birləşmiş Ştatlarda məskunlaşmışdır. 1950-ci illərdən etibarənYaxın Şərq ölkələrindən, xüsusiləLivan,Suriya,İran,İraq,MisirTürkiyədən çoxsaylı ermənilər regiondakı siyasi qeyri-sabitlik səbəbindən ABŞ-yə mühacirət etmişlər. 1980-ci illərin sonlarında sürətlənən bu proses 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra sosial-iqtisadi və siyasi səbəblərdən davam etmişdir. Hazırda Los-Anceles metropol ərazisi ABŞ-də ən böyük erməni əhali mərkəzidir.

Erməni diasporunun mühüm bir həlqəsini təşkil edən Amerika erməniləri,ABŞ ərazilərində məskunlaşdıqları ilk illərdən başlayaraq bir çox ictimai və siyasi fəaliyyətlə məşğul olmuşdular.Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni AssambleyasıErməni soyqırımı iddialarının tanınması yolunda uzun illərdir ki, fəaliyyət göstərirlər. Amerika ermənilərin əsas fəaliyyət istiqamətlərindən biridəABŞ -Ermənistan münasibətlərini daha da dərinləşdirmək və hər ilErmənistana göstərilən humanitar yardımların həcmini genişləndirməkdən ibarətdir.ABŞ-dəerməni dilində təhsil verən məktəblərin açılmasına diaspora tərəfindən xüsusi önəm verilir. Hal-hazırdaABŞ ərazisində 22 bu tip məktəb yerləşir. Amerika erməniləri əsasənErməni Qriqorian Kilsəsinə mənsubdur.ABŞ-nin müxtəlif şəhərlərində erməni kilsələri vardır, Amerikada ilk erməni kilsəsi1891-ci ildəMassaçusets ştatının Vorkestr şəhərində tikilmişdir.

2011-ci ildəABŞ-də əhalinin etnik tərkibi üzrə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Amerikada yaşayan əhalinin 483.366[1] nəfəri etnik baxımdanermənidir. Müxtəlif mənbələrdə bu rəqəm 800.000 ilə 1.500.000 arasında göstərilmişdir. Amerika ermənilərinin 160 mindən çoxuKaliforniya ştatının ərazisində yaşayır. Rəsmi rəqəmlərdə ABŞ ərazisində yarım milyona yaxın ermənin yaşadığı göstərilsədə, rəyi soruşulan insanlardan 385,488 nəfəri etnik tərkibi kimierməni olduğunu göstərmişdir.Kaliforniya ştatında yerləşənQlendeyl şəhəri Amerika ermənilərinin qeyri-rəsmi mərkəzi hesab olunur.

Tarixi

[redaktə |vikimətni redaktə et]
Boston şəhərində yaşayanerməni ailəsi.

İlkermənilərinŞimali Amerikaya XVII əsrin əvvəllərində gəldikləri ehtimal olunur. Rəsmi mənbələrdəABŞ ərazisinə gəlmiş ilk erməninin, İran erməniləridən olan Martin adlı tütün taciri olduğu bildirilir. Tütün ticarəti ilə məşğul olan Martin1618-ci ildəVirciniya ştatının ərazisində yerləşən Ceymstaun kaloniyasına gəlmişdir.[2][3]16531654-cü illərdəİstanbul şəhərində yaşayan erməni tacirlər ipək ticarəti ilə məşğul olmaq üçünVirciniya ərazilərinə səyahət etmişdilər. XVII və XVIII əsrlərdə müxtəlif peşə sahibləri olan ermənilər Şimali Amerika ərazilərinə gəlmiş, burada fərdi şəkildə yaşamağı üstün tutmuş, hər hansısa bir icma formalaşdırmamışdılar.1770-ci ildə 70 nəfər erməni yeni salınmış kaloniyalarda məskunlaşdırılmışdır.Türkiyənin şərq ərazilərində vəKilikiyada yaşayan ermənilər öz dini missionerlik fəaliyyətlərini yaymaq üçün tez-tez Avropa ölkələrinə səfərlər edirdlər. Dini təhsil almış və missionerlik fəaliyyəti ilə məşğul olanKhaçik Oskaniyan1834-cü ildəAmerika Birləşmiş Ştatlarına gəlmişdir. Oskaniyan bir müddətNew York Herald Tribune qəzetinə vəNyu-York jurnalistlər klubunda çalışmışdır.[4] XIX əsrin ikinci yarısında etibrən bir çox ermənilər təhsil almaq üçünAmerika Birləşmiş Ştatlarına üz tutması barədə müxtəlif faktlar vardır.

ABŞ Vətəndaş müharibəsi zamanı bir necə ermənininABŞ ordusu tərəfindən müharibədə iştirak etdiyi məlumdur.Filadelfiya ştatı ərazisində yerləşən vəABŞ ordusunun əsgərləri üçün nəzərdə tutulmuş hərbi hospitalda, Simon Minasyan, Qaraberd Qalsitan və Baroniq Matevosiyan adlı üç erməni fəaliyyət göstərmişdir.ABŞ dövlət orqanlarının verdiyi rəsmi məlumata görəABŞ ərazilərində1854-cü ildə 20 nəfər,1870-ci ildə isə 70 nəfər erməni yaşayırdı.Ermənilər əsasənNyu-York,MassaçusetsRod-Aylend kimi ştatların ərazilərində məskunlaşmışdılar.1880-cı ilin sonlarına yaxın Amerikada yaşyan ermənilərin sayı. 1.500 nəfərə çatmışdır. Bu ermənilərin çoxunuOsmanlı imperiyasından gəlmiş dini missioner gənclər təşkil edirdi. XIX əsrin sonlarına yaxın Amerikaya gələn ermənilər əsasənOsmanlı imperiyasınınVan,ƏrzurumDərsim kimi vilayətlərindən gəlirdilər.1820-1898-ci illərdə olan mühacirət axını nəticəsindəAmerika Birləşmiş Ştatlarına 4.000 nəfərə yaxınerməni gəlmişdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Total ancestry categories tallied for people with one or more ancestry categories reported 2011 American Community Survey 1-Year Estimates"
  2. Bakalian, Anny (1993). Armenian Americans: From Being to Feeling Armenian. New Brunswick, New Jersey: Transaction Publishers
  3. "Papazian".5 noyabr 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:23 may 2013.
  4. Eisenstadt, Peter R.; Moss, Laura-Eve (2005). The encyclopedia of New York State. Syracuse, NY: Syracuse University Press. p. 118

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Dünya erməniləri
Yaşayış mərkəzləri
Erməni abidələri
Erməni kilsələri
Şəxslər
Qəzetlər
Jamanak  •Aqos  •Nor Marmara  •Housaper  •Arev  •Massis  •Azdarar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Amerika_erməniləri&oldid=8229184"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp