Amerika hərbi-dəniz donanmasının yaranması təklifi 1775 il oktyabrın 3-də irəli sürülmüşdür. 1776-cı il yanvarın əvvəlində Kontinental donanma əmələ gəldi. 1798-ci ildə üç qüvvətlifreqat ("Konstityuşn", "Konstelleyşn" və "Yunayted Steyts") suya enilmişdir. Donanmasının ilk katibi Bencamin Stoddert, ilk başçısı isə Con Barri oldu. 18–19 əsrlər görkəmli Amerika donanmaçıları arasındaStefen Dekatur vəAleksander Koçreyndir. 1856-cı ildən sonra bütünAmerika hərbi gəmiləriDalqren topları ilə təchiz edilmişdir.ABŞ Vətəndaş müharibəsi ərəfəsində (1860) ABŞ şimali ştatlarında 90 gəmi var idi.Konfederasiya donanması isə 1862 ildə dörd qüvvətlizirehli gəmi ("Arkanzas", "Luiziana", "Missisipi" və "Virciniya") itirmişdir. Bu dövrdə cənubi ştatların dəniz blokadası başlandı.Qrover Klivlend prezidentliyi zamanda donanma artmışdır.
ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasının kursantları buraxılış mərasimində, 2005-ci il
1897-ci ildən sonra "İndiana", "Massaçusets" və "Oreqon"xətti gəmiləri, 7kreyser, 4monitor, bir təcrübəsualtı qayığı və 6kanoner qayığı əmələ gəldi. 1908 il mayın 13-də HDQ-nin tibb bacıları xidməti yarandı. 1914 ildə Amerika donanmasının tərkibində 33 xətti gəmi, 50eskadra minadaşıyıcısı, 12 zirehli və 17 zirehligöyərtə kreyser, 1 eskadra minadaşıyıcıları üzən bazası, 3 kəşfiyyat kreyseri, 38 sualtı qayıq və 2 üzən sualtı qayıq bazası olmuşdur. Buna baxmayaraq yalnız bir üzən qospital və bir üzən gəmitəmir emalatxanası var idi.Birinci Dünya müharibəsi dövründə ABŞ-də qayıqəleyhinə gəmi layihəsi hazırlamışdır vəgöyərtə aviasiyası əmələ gəldi.YaponiyanınPyorl-Harbora hücum nəticəsində 6 xətti gəmi, 2 eskadra minadaşıyıcısı, 1 mina hasarlayan və 2008 dənizçi məhv edilmişdir. Faciədən sonra ABŞ-də hərbi-dəniz inşaat batalyonu (dəniz arıları) yarandı.İkinci dünya müharibəsi vaxtında bu batalyon ilk növbədəSakit okeanda fəaliyyət göstərmişdir. Həmin dövrdə HDQ-ya xidmət üzrə qadın könüllü təşkilatı (WAVE) meydana gəldi. 1947-ci ildə ABŞ-dəAralıq dənizi hərbi-dəniz qüvvələri, 1954-cü ildə isə ilk Amerika superaviadaşıyıcısı ("Forrestal") əmələ gəldi.
AdmiralArlay Burke zamanda atom sualtı qayıqlarına nüvədöyüş başlıqlarını qoyması üzrə proqram başlandı. 1961-ci ildə donanma ilk atom aviadaşıyıcısı və növbəti ildə atom kreyseri aldı.Kuba böhranı ilə əlaqədar prezidentCon Kennedi Kuba sahilinin dəniz blokadası elan etdi. 1978-ci ildəSovet İttifaqında 740 hərbi gəmi, ABŞ-də isə yalnız 436 olmuşdur, lakin Amerikada aviadaşıyıcılar üzrə üstünlük var idi (21 aviadaşıyıcı 3 Sovet vertolyot aviadaşıyıcına qarşı)."Səhrada fırtına" əməliyyatı vaxtinda "İndependens", "Saratoqa", "Con F. Kennedi" və "Dvayt D. Eyzenhaver" gəmilərində göyərtə aviasiyası yerləşmişdir, "Missuri" və "Viskonsin" xətti gəmilərindən isə "Tomaqavk" raketləri buraxılmışdır.