Amerika Birləşmiş Ştatlarının xarici siyasəti —ABŞ-nin digər ölkələrə münasibətdə istifadə etdiyixarici siyasət məqsədləri və metodlarının məcmusu. Xarici siyasətprezident tərəfindən müəyyən edilir vəDövlət katibinin başçılıq etdiyiDövlət Departamenti tərəfindən həyata keçirilir.
Rəsmi olaraq xarici siyasət doktrinası ABŞ vətəndaşlarının və beynəlxalq ictimaiyyətin xeyrinə daha təhlükəsiz, demokratik və firavan dünyanın təmin edilməsi maraqlarına əsaslanır[1]. ABŞ dünyada ən inkişaf etmiş diplomatik nümayəndəliklər şəbəkəsinə malik olmaqla beynəlxalq münasibətlərdə son dərəcə mühüm rol oynayır. ABŞBirləşmiş Millətlər Təşkilatının vəŞimali Atlantika alyansının qurucu üzvü vəBMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
ArtıqBirinci Dünya müharibəsi illərində ABŞ dünya siyasi arenasında lider mövqe tutmaq üçün səylər göstərirdi. 1914-1917-ci illərdə ABŞ-nin neytrallıq siyasəti yeritməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərmişdi.
1920-ci illərdə ABŞLatın Amerikasında siyasi ekspansiya uğrunda mübarizə aparmış, bir sıra torpaqları satın almış və öz şirkətləri vasitəsiləkreditlər vermişdi. Bu regionun bəzi ölkələrində ABŞ bilavasitə maliyyə və gömrüklərə nəzarət etmiş, bəzi hallarda varlığını ordu ilə dəstəkləmişdi.
İkinci Dünya müharibəsindən ərəfəsində təcridçilik doktrinası ABŞ-nin hakim elitası arasında çox populyar idi.
İkinci Dünya müharibəsinin qalibiyyətlə başa çatması və 1945-ci ilin avqustundaYaponiyaya atom bombası atılması ABŞ-nin Avropa və dünya siyasətindəki rolunu və əhəmiyyətini sürətlə dəyişdi. 1947-1952-ci illərdəMarşal planı adlananQərbi Avropa ölkələrinə iqtisadi yardım planının çox uğurla həyata keçirilməsi ABŞ-a nəhayət Qərbi Avropada özünün dominant iqtisadi və siyasi təsirini “möhkəmləndirməyə” imkan verdi.
1940-cı illərdən bəri Birləşmiş Ştatlar 1953-cü ildəİrandakı çevriliş, 1961-ci ildəDonuzlar Körfəzi əməliyyatı vəYuqoslaviya,Əfqanıstan vəİraqdakı müharibələr də daxil olmaqla, dünyada çoxsaylı silahlı münaqişələrdə və hərbi çevrilişlərdə iştirak etmişdir.
"People's Daily"nin 2002-ci ildə qeyd etdiyi kimi,Soyuq müharibə başa çatdıqdan sonra Birləşmiş Ştatlar onun rəhbərliyi altında birqütblü dünya yaratmağa çalışdı[2] .