2017 Avroviziya Mahnı Müsabiqəsi (ing.Eurovision Song Contest 2017;fr.Concours Eurovision de la chanson 2017) — 62-ciAvroviziya Mahnı Müsabiqəsidir.Camalanın ifa etdiyi "1944" mahnısı ilə2016 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2017-ci ildəUkrayna müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Ukraynanın paytaxtıKiyev şəhərində, Kiyev Beynəlxalq sərgi mərkəzində "Fərqliliyi qeyd edək" (ing."Celebrate Diversity") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2017-cı ilin 9 və 11 may, final isə 13 may tarixində baş tutmuşdur.
2017-ci ildə bir illik fasilədən sonraPortuqaliya vəRumıniya müsabiqəyə geri dönmüşdür.Bosniya və Herseqovina isə maliyyə problemləri səbəbindən Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Rusiya təmsilçisi Yuliya SamoylovanınRusiyanınKrımı zəbt etməsindən sonra2015-ci ildə Krım yarımadasınınKerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoyulmuşdur. Rusiyaya Kiyevə digər bir təmsilçi göndərmək şansı verilsə də, 13 aprel 2017-ci il tarixdəPervıy Kanal Rusiyanın Kiyevdə baş tutan müsabiqədə iştirak etməyəcəyini elan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2017-dəPortuqaliya təmsilçisiSalvador Sobral ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 758 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə1964-cü ildə qoşulan Portuqaliyanın Avroviziyada ilk qalibiyyəti idi. 2017-ci ildə müsabiqəni televiziya vasitəsilə 182 milyon tamaşaçı izləmişdir.
2016-cı ildəCamalanın "1944" mahnısı ilə Ukraynaya qələbə qazandırmasının ardınca müsabiqə Ukraynanın paytaxtıKiyevdə Kiyev Beynəlxalq sərgi mərkəzində keçirilmişdir. Kiyev Beynəlxalq sərgi mərkəzi eyni anda 13,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir.
18 may 2016-cı il tarixdə Ukraynanın milli televiziya kompaniyası NTU-nun rəis müavini, eyni zamanda Ukraynanın Avroviziya üzrə Nümayəndə heyətinin rəhbəri olan Viktoriya Romanova NTU iləAvropa Yayım İttifaqı (AYİ) arasında ilk təşkilatı görüşün 8 iyun tarixində baş tutacağını bildirmişdir. Bu görüşdə müsabiqə üçün lazım olacaq texniki tələblər və müsabiqəyə ev sahibliyi edəcək şəhərə qoyulacaq tələblər barədə müəyyən müzakirələr aparılır. Viktoriya Romanova eyni zamanda müsabiqəyə ev sahibliyi edəcək olan şəhər və arenanın yay fəsli ərzində elan olunacağını bildirdi.
Ev sahibi ola biləcək şəhərlər üçün aşağıdakı meyarlar vurğulanmışdır:
Arena minimum 7,000 nəfər tamaşaçını qəbul etməli, ideal şəkildə isə 10,000 nəfər tamaşaçını qəbul etməyə hazır olmalıdır.
Arenanın tavanı olmalıdır.
Beynəlxalq mətbuat mərkəzi minimum 1,550 nəfər dünyanın müxtəlif yerlərindən olan jurnalist heyətini qəbul etməlidir.
Ev sahibi şəhər ölkənin əsas beynəlxalq aeroportuna yaxın olmalıdır.
Arenada qonaqları qarşılamaq və yola salmaq məqsədilə ən azı 3,000 könüllü şəxslər olmalıdır.
Arenanın yaxınlığında uyğun sayda və böyüklüyə malik otellər olmalıdır.
Namizəd şəhərlər namizədlik çərçivəsində Ukraynanın və eyni zamanda şəhərlərin qonaqpərvərliyini, özünəməxsus özəlliklərini, mədəni dəyərlərini təqdim etmək məqsədilə sosial proqramlar tərtib etməlidirlər.
NTU və Ukrayna dövləti müsabiqəni keçirməkdə maraqlı olan şəhərlər üçün rəsmi olaraq tender mərhələsini 23 iyun tarixində açıq elan etdilər[1]. Ev sahibi olacaq şəhərin seçimi dörd mərhələdən təşkil olunmuşdur:
24 iyun - 8 iyul: Namizədliyə maraqlı olan şəhərlər tender mərhələsinə qoşulmağa dəvət edildi.
8 - 15 iyul: NTU və dövlət tərəfindən təyin olunan Yerli Təşkilatı Komitəyə başçılıq edən Ukraynanın Baş naziriVladimir Qroysman rəsmi təqdimat məqsədilə namizəd şəhərləri siyahısını birlikdə nəzərdən keçirib, yalnız 6 şəhərin (Dnepropetrovsk,Herson,Kiyev,Lvov,Odessa,Xarkov) namizədliklərini qəbul etdilər.
18 - 22 iyul: Namizəd şəhərlərə Yerli Təşkilatı Komitə tərəfindən baxış keçirildikdən sonra AYİ-nə yalnız 3 şəhərin (Dnepropetrovsk,Kiyev,Odessa) adını təqdim etdilər.
22 iyul - 1 avqust: AYİ və Yerli Təşkilatı Komitənin təmsilçiləri tərəfindən 3 namizəd şəhərin infrastrukturası və müsabiqənin keçirilməsi üçün hər bir şərait dəqiqliklə baxışdan keçirildi. Tender mərhələsinin nəticələri və ev sahibi şəhərin adı açıqlanması üçün mətbuat konfransı baş tutmalı idi, lakin daha sonra bu elanın təxirə salındığı ilə bağlı açıqlama verildi.
10 avqust 2016-cı il tarixində NTU-nun rəhbərinin köməkçisi Oleksandr Xarebin müsabiqəyə ev sahibliyi edəcək şəhərin adının Ukraynanın Müstəqillik günündə, 24 avqust tarixində açıqlanacağını bildirdi[2]. Lakin 25 avqust tarixində ev sahibi olacaq şəhərin adının açıqlanmasına 1 saat qalmış NTU qərarın bir daha nəzərdən keçilməsi üçün elanın təxirə salındığını açıqladı. Bunun ardınca Dnepropetrovsk şəhərinin meri Boris Filatov tender mərhələsinin başlanmasından iki ay keçdiyinə baxmayaraq qərarın elan olunmasının artıq dördüncü dəfə təxirə salınmasının "rüsvayçılıq" olduğunu açıqlamışdır. 25 avqustda NTU-nun baş direktoru Zurab Alasania Dnepropetrovskun namizədliyini geri götürdüyünü elan etmişdir[3].
9 sentyabr 2016-cı il tarixdə müsabiqənin paytaxtKiyevdə yerləşən Kiyev Beynəlxalq Sərgi Mərkəzində keçiriləcəyi elan olundu.
İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədilə 31 yanvar 2017 tarixində Nika Konstantinova və Timur Miroşnıçenko aparıcılığında Kiyevdə püşk çəkilişi keçirilmişdir.
Çəkilişin ilk mərhələsində ev sahibi ölkə Ukrayna vəBöyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edildi. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri püşkatma ilə təyin olundu. Mart ayında təşkil edilmiş qrup konfransında isə ölkələrin səhnəyə çıxış sıraları müəyyən edildi. Hər iki yarımfinalda 18 ölkə finala çıxmaq üzrə mübarizə aparmışdır. Hər yarı finalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' daxil olmaqla cəmdə 26 ölkə finalda iştirak edəcək. AYİ, 25 yanvar 2017 tarixində yarışmanın rəsmi tele səsvermə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 36 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.
42 ölkənin iştirak etdiyi Avroviziya 2017 otuz altı ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Ukrayna müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
9 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamandaBöyük Britaniya,İspaniya vəİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
11 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamandaAlmaniya,Fransa və ev sahibiUkrayna səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
"Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
Ev sahibi ölkə (Ukrayna);
Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.
13 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Portuqaliya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrdən gələn SMS səsverməsinin nəticəsi olaraq finala vəsiqə qazanan ölkələrə göndərilən maksimum 12 xallar göstərilmişdir:
Say
İştirakçı ölkə
12 xal verən ölkələr
12
Portuqaliya
Almaniya, Avstriya, Belçika, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsrail, İsveçrə, Litva, Niderland, Norveç
7
Bolqarıstan
Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Macarıstan, San Marino, Şimali Makedoniya
5
Moldova
Avstraliya, İtaliya, Portuqaliya, Rumıniya, Ukrayna
Andorra – 19 may 2016-cı il tarixdə Andorranın RTVA kanalı ölkənin 2017-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[8] Andorra Avroviziyada son dəfəMoskvada keçirilən müsabiqədə2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
Bosniya və Herseqovina – 28 sentyabr 2016-cı il tarixdəBosniya və Herseqovinanın BHRT telekanalı ciddi maliyyə problemləri və iştirak üçün əlavə sponsorun olmaması səbəbindən ölkənin növbəti müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Bundan öncə May ayındaAvropa Yayım İttifaqı Bosniya və Herseqovinanın Avroviziyanı yayımlayan əsas yayımçı kanalı olan BHRT-ninAYİ-na toplamda 5.4 milyon€ təşkil edən borcu ödəyə bilməməsi səbəbindən ölkənin Avropa Yayım İttifaqına üzvlükdən məhrum edilə biləcəyini və beləliklə Avroviziyada iştirakdan azad olunacağını bəyan etmişdir. Bosniya və Herseqovina Avroviziyada son dəfə ötən il (2016)Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdir.
Lüksemburq – 25 may 2016-cı il tarixdə Lüksemburqun RTL kanalı ölkənin 2017-ci ildə Avroviziyaya geri dönməyəcəyini bildirdi[9]. Lüksemburq Avroviziyada son dəfəİrlandiyada keçirilən müsabiqədə1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
Monako – 19 avqust 2016-cı il tarixdə Monakonun TMC kanalı ölkənin 2017-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[10] Monako Avroviziyada son dəfəAfinada keçirilən müsabiqədə2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
Rusiya – Rusiya təmsilçisi Yuliya SamoylovaRusiyanınKrımı zəbt etməsindən sonra2015-ci ildə Krım yarımadasınınKerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoymuşdur. 13 aprel 2017-ci il tarixdəRusiyanın dövlət kanalıKiyevdə baş tutan müsabiqədə ölkənin iştirak etməyəcəyini açıqlamışdır.
Slovakiya – 12 aprel 2016-cı il tarixdə Slovakiyanın RTVS kanalı ölkənin 2016-cı ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını açıqlayarkən buna səbəb kimi maliyyə problemlərini göstərmişdir. Lakin eyni zamanda telekanal Avroviziyanı "çəkici proekt" adlandıraraq növbəti ildə müsabiqədə iştiraka maraqlı olduqlarını və bunun üçün son qərarın 2016-cı ilin sonunda açıqlanacağını bildirmişdir[11]. 24 oktyabr tarixində ölkənin Kiyevdə keçiriləcəl müsabiqədə iştirak etməyəcəyi təsdiqini tapdı. Slovakiya Avroviziyada son dəfəBakıda keçirilən müsabiqədə2012-ci ildə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
Türkiyə – Türkiyənin TRT kanalı AYİ-nə ölkənin 2017-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıdacağı ilə bağlı yazılı açıqlama vermişdir. Lakin bundan öncə də ölkənin geri dönəcəyi ilə bağlı məlumatlar mediada yayılmasına baxmayaraq bu baş tutmamışdır[12]. 23 oktyabr tarixində Türkiyənin 2017 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyi öz təsdiqini tapdı. Türkiyə Avroviziyada son dəfəBakıda keçirilən müsabiqədə2012-ci ildə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.
2014-cü ildəRusiyanınKrım yarımadasını zəbt etməsindən sonra2015-ci ildə Ukrayna hökuməti Krımın işğalını dəstəkləyən müğənniləri qara siyahıya alaraq, milli təhlükəsizliyin qorunması səbəbindən həmin şəxslərin ölkəyə girişinə qadağa qoymuşdur. Baş nazir müavini Vyaçeslav Kırılenko ölkənin Avroviziyaya ev sahibliyi edəcəyi halda belə bu qadağanın aradan qaldırılmayacağını bildirmişdir. Avropa Yayımlar Birliyi bu qadağanın Avroviziyaya tətbiq edilməməsi və Ukraynanın müsabiqəyə ev sahibliyi edə biləcəyi halda bütün ölkələrdən olan nümayəndə heyətinin Ukraynaya gələ bilməsi üçün Ukraynanın dövlət kanalı NTU və Ukrayna hökuməti ilə danışıqlar aparıldığını açıqlamışdır. Dövlət kanalından olan nümayəndənin Amerikanın məşhurBillboard maqazin jurnalına verdiyi müsahibədə tərtib olunan qara siyahının NTU-nun idarəsindən kənar olduğunu bildirmişdir.
Rus şərhçilər Ukraynaya2016-cı ildə Avroviziyada qələbə qazandıran "1944" mahnısını tənqid edərək, mahnınınİosif Stalinin əmri ilə baş tutmuşKrım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncəAvropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibiCamala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır. Ukraynanın müsabiqədə qalib gəlməsinin ardıncaRusiyaKiyevdə keçirilən müsabiqədə iştirakını təsdiqləsə də, müəyyən Rus siyasətçiləri ölkənin müsabiqədə iştirakdan imtina etməyə çağırmış və buna səbəb kimi Rusiyanın Ukraynada xoşagəlməz qonaq olacağı göstərilmişdir.
Ev sahibi ölkə ilə ciddi siyasi münaqişədə olmasına baxmayaraq Rusiyanın dövlət kanalı olan "Pervıy Kanal" 12 mart tarixində Avroviziya 2017-də Rusiyanı "Flame is Burning" (azərb.Məşəl alovlanır) adlı mahnı ilə Yuliya Samoylovanın təmsil edəcəyini açıqladı. Bunun ardınca Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliya Samoylova üzərində araşdırma başladığı məlumatı verilmişdir. Buna səbəb Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsidir[13]. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə KrımınKerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənnini müsabiqə üçün seçilməsinin düşünülmüş addım olduğu iddia edilmişdir. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı açıqlanmışdır[14].
22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Qərarın həmən ardınca müsabiqənin direktoruYon Ola Sand bütün iştirakçıların Kiyev səhnəsində çıxışını təmin etmək məqsədilə hələ də danışıqların aparıldığını və ev sahibi ölkənin aldığı qərarın müsabiqənin birlik və bərabərlik dəyərlərinə zidd olduğunu vurğulayaraq Avropa Yayımlar Birliyinin qərar ilə çox məyus olduğunun açıqlamışdır. Avropa Yayımlar Birliyi Yuliya Samoylovanın müsabiqədə çıxışını təmin etmək üçün alternativ yollar axtarır[15].
Yaranmış qarışıqlığa fikir bildirən Avropa Yayımlar Birliyinin rəsmisi İnqrid Deltenre Ukraynanın atdığı addımı "tamamilə qəbuledilməz" adlandırmışdır[16].
Mən çox təəssüf edirəm ki, Ukrayna siyasi səbəblərə görə Avroviziyadan sui-istifadə edir. Avroviziya Mahnı Müsabiqəsi milyonlarla insanları bir araya gətirmək üçündür. Beləliklə dövlət kanalları müsabiqəni bir-birlərinə qarşı mübarizə olaraq istifadə etməməlidirlər. Ukraynanın atdığı addım tamamilə qəbuledilməzdir.
13 aprel 2017-ci il tarixdəRusiyanın dövlət kanalı rəsmi açıqlamadaKiyevdə baş tutan müsabiqədə ölkənin iştirak etməyəcəyini bildirmişdir[17].