2010 FİFA Dünya Kuboku finalı —11 avqust2010-cu ildəCənubi Afrika RespublikasınınYohannesburq şəhərində yerləşənSokker siti stadionunda qazanan komandanı təyin etmək üçün oynanılan matç. 0-0 olan hesab uzatma dəqiqələrinin 116-cı dəqiqəsindəAndres İnyestanın vurduğu qolla dəyişdi. Hesab 1-0 oldu vəİspaniya kubokun sahibi oldu.Niderlandın sarı kartlarının sayı və sərt oyunu tənqid olundu.1950-ci ildə dördüncü yeri tutaraq FİFA Dünya Kubokunda ən böyük müvəffəqiyyətə imza atan İspaniya bu çempionatda ilk dəfə kuboku qazandı.1974 və1978-ci illərdə məğlub olduğu son matçlardan sonraNiderland, bu matçda da məğlub olaraq, bu sahədə rekorda imza atdı. Matçdan sonra ilk dəfə Avropa komandası, öz qitəsi xaricində təşkil edilən Dünya Kubokunu qazanmış oldu.
Matçın sonunda Niderland yüksəldiyi finalların dördünü məğlub olanAlmaniyanın arxasından, finalda ən çox məğlub olan ikinci komanda oldu.[5]İspaniya isə qazandığı kubokla Dünya Kubokunu qazanan 8-ci ölkə olaraq, kubok baxımından İngiltərə və Fransaya bərabər oldu.[5]
2010 Dünya Kubokunaİspaniya sonuncu Avropa Çempionatı olan2008 Avropa Çempionatının çempionu və2007-ci ildən2009-cu ilə qədər oynadığı 35 matçda məğlub olmayaraq, (Həmçininseçmə mərhələsində oynadığı 10 matçın hamsını qazanaraq) bu sahədə rekorda imza atan komanda kimi qatıldı.[6] Digər tərəfdən Niderlandseçmə mərhələsində oynadığı 8 matçın hamsını qazanmış və mərhələnin lideri olaraq, turnirdə iştirak etmək haqqı qazandı.[7]
NəticədəNiderlandE qrupundaDanimarkanı 2-0,Yaponiyanı 1-0,Kamerunu 2-1 hesabı ilə məğlub edərək bütün matçları qazandı. Qapısına sadəcə bir qol vurulanNiderland, 9 xal ilə turnirdə ilk sıraya yüksəlib.[12] Turnirin iki mərhələsindəSlovakiyanı 2-1 hesabı ilə məğlub edən komanda dörddəbir finalda kuboku ən çox qazanan komanda olanBraziliya ilə qarşılaşdı. İlk dəqiqələrdə 1-0 məğlub olduqları matçı 2-1 qalib olanNiderland yarımfinalda keçmiş çempion komandalarından biri olanUruqvaya rəqib oldu. 3-2 hesabı iləUruqvayı məğlub edənNiderland2008-ci ilinoktyabr ayından bu yana oynadığı 14-cü matçını qazandı.[7][13]H qrupunda mübarizə aparanİspaniya isə,İsveçrə ilə oynadığı ilk matçında 1-0 məğlub oldu. Digər oynadığı matçlardaHondurası 2-0,Çilini 2-1 hesabı ilə məğlub edərək 6 xalla qrupun lideri oldu.[12] II mərhələdəPortuqaliyanı, dörddəbir finaldaParaqvayı, yarımfinalda isə keçmiş çempionlardan biri olanAlmaniyanı 1-0 hesabı ilə məğlub edərək finaldaNiderlandın rəqibi oldu.[13]
Final matçı üçün xüsusi olaraq hazırlanmışCabulani
Final bütün turnirdə istifadə olunan topCabulanininqızıl rəngli modeli olan Cobulani ilə oynanıldı.[15] Topun adı matçın oynanılacağı yerSokker siti stadionunun yerləşdiyiYohannesburqun ləqəbi "Yoburq"-dan götürülmüşdür.[15] Topun qızıl rəngdə olması, kubokun rəngi ilə birlikdə, şəhərin ləqəbi olan "Qızıl şəhəri" yada salır.[15]2006 FİFA Dünya Kubokunda istifadə edilənTimqeyst topundan sonra Cobulani, Dünya Kuboku finalı üçün xüsusi olaraq istehsal edilən ikinci top olmuşdur.[15]
Cənubi YorkşirinRoterem şəhərində polis,1971-ci ildə doğulmuş (46 yaş)Uebb,[19]2003-cü ildənPremyer Liqa matçlarına hakim təyin edilirdi.2005-ci ildəFİFA-da hakim olanUebb,2010 UEFA Çempionlar Liqası finalı[20] və2009 İngiltərə Kuboku finalında iştirak etmişdir.[21] Kann və Mullarki 2010 Dünya Kubokunda üç matçı idarə edən Uebbin bütün matçlarında ona kömək etmişdir. Uebb qrup müsabiqələrindəİspaniya-İsveçrə vəSlovakiya-İtaliya matçlarını, I mərhələdə isəBraziliya-Çili matçını idarə etdi.[16] Bu üç matçın heç birində qırmızı vərəqə istifadə etməyən və penalti qərarı verməməsinə baxmayaraq, Uebb, orta hesabla 5.67 sarı vərəqə göstərdi və turnirdə ən çox sarı vərəqə istifadə edən ikinci hakim oldu. Finalda göstərdiyi 14 sarı (Con Heytinqaya iki sarı ardı ilə qırmızı) vərəqə ilə,1986-cı ildə keçirilən finaldakı 6 sarı vərəqəlik rekordu geridə buraxaraq2010-cu ildə keçirilən Dünya Kuboku finalının ən çox sarı vərəqə verilən Dünya Kuboku finalı olmasına gətirib çıxarmışdır.[22] Sarı vərəqələrin doqquzu matçın normal zamanında gəlmişdi.[23] Final matçından sonraUebbin turnir ərzində göstərdiyi sarı vərəqələrin sayı 31-ə yüksəldi və matçda göstərdiyi sarı vərəqələrin sayı orta hesabla 7.75 oldu.
2010 FİFA Dünya Kuboku matçları ərzindəAlmaniyanın bütün matçlarını doğru olaraq proqnoz verənİlbiz Paul, final matçı proqnozunda da müvəffəqiyyətli oldu.[26]
Matçdan əvvəlKolumbiyalı müğənniŞakira səhnəyə çıxaraq, Dünya Kuboku üçün xüsusi olaraq yazılan "Waka Waka" mahnısını ifa etdi.Şakirayaatəşfəşanlıq və işıq nümayişləri yoldaşlıq etdi.[27]Şakiradan sonra səhnəyəLadysmith Black Mambazo çıxdı.[28] Turnirdə iştirak edən 32 ölkənin bayraqlarının işıq köməyi ilə meydana gətirdiyi sahədə rəqs nümayişləri təşkil edildi.[28]