Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Ərəzin

39°06′26″ şm. e. 45°34′45″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ərəzin
39°06′26″ şm. e. 45°34′45″ ş. u.HGYO
Ölkə Azərbaycan
Muxtar respublikaNaxçıvan MR
RayonCulfa rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.812 nəf.(2010)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ərəzin xəritədə
Ərəzin
Ərəzin

ƏrəzinAzərbaycan RespublikasıNaxçıvan Muxtar RespublikasınınCulfa rayonunda kənd.[1]

Tarixi

[redaktə |vikimətni redaktə et]

Tarixçi Solmaz Qaşqaylının tədqiqatlarında e.ə. IX əsrdə, Ərəzin əhalisinin buraya hücüm edən Urartu dövlətinə müqavimət göstərməsindən bəhs olunur.XX əsrin sonlarına yaxın adı çəkilən ərazidə müəyyən tarixi qalıqlar tapılmış və Naxçıvan tarix muzeyinə göndərilmişdir.

KəndAzərbaycanın siyasi həyatında böyük rol oynamağı ilə fərqlənmiş, belə ki, sovet hakimiyyəti qurulan dövrdə sovetləşməyə ciddi müqavimət göstərmişdir. O dövr üçün belə bir cəhdin edilməsi mühüm əhəmiyyətə malik idi.

Etimologiyası

[redaktə |vikimətni redaktə et]

Kəndin adının tarixi baxımdan izah edilməsində konkretləşmiş mövqe olmasa da, xalq etimologiyasına əsasən deyə bilərik ki, ad etimoloji təhlili ilə bağlı olan ilk versiya "ər" – igid, cəsur insan, "zin" – cəmlik bildirən əlamət kimi çıxış etməsi və ərlər diyarı, ərlər məskəni bildirməsi ilə bağlıdır. Bir başqa versiya isə adın "ərz" — dəyər, qiymət və "in" – cəmlik əlamətindən ibarət olmasıdır. Belə ki, dəyərlər diyarı mənasını ifadə etməsidir. Bu kimi və bundan fərqli olan daha bir neçə versiya mövcuddur. Tarix elmləri doktoru professor Qiyasəddin Qeybullayevin “Azərbaycan türklərinin təşəkkül tarixindən” əsərindəki ciddi təhlilləri və sübutları nəzərə alsaq  bir neçə misal göstərmək olar. Manna çarlarının bəzilərinin (Musasin, Eresin, Şarsin) adlarının sonlarındasin  sözü vardır. Sin, çin, şin formalarında bu söz qədim türklərdə şəxs adlarının sonunda eynilik, bənzərlik, oxşarlıq bildirirdi. Azərbaycan dilindəkiçin (türk dillərindəs-ç-ş əvəzlənməsinə görə, demək olar ki,çin sözüsinşin sözlərinin variantıdır) sözü şəxs adlarında onun dəqiq mənasını müəyyən etməyə kömək edir. Məsələn, yuxum çin çıxdı ifadəsindəçin sözü olduğu kimi, eynilə mənasındadır. Ona görə Manna hakimlərindən Ərəsinin adı əslində tamamilə ər (igid, döyüşçü) kimi, daha dəqiqi ərin özüdür mənasını verir. Güman ki, Assurca Ərəsin kimi yazılmış ad Ərəçin kimi səslənirdi, lakin həmin dildə ç səsi olmadığına görə çin sözü sin kimi yazılmışdır; Bu da ola bilər ki, həmin adda bu sözün məhzsin forması iştirak edir. Lakin Azərbaycan dilində bu sözünşın (məsələn,ssarışın, sarıya bənzər, sarı kimi) variantı da vardır və şübhəsiz ki,sin, çin, şin sözünün formasıdır. Bu göstərir ki, dilimizdəçinşin (şın) sözlərinin müstəqil iki mənbəyi vardır. Onların biri Manna dilidir. Azərbaycan dilində eyni mənadasan (ad-san) vəşan (şan-şöhrət) sözləri vardır. Bizim ən qədim dövlətimiz olan Manna və Midiyadakı adlardasan sözü vardır.

Tanınmış şəxsləri

[redaktə |vikimətni redaktə et]

Əhalisi

[redaktə |vikimətni redaktə et]

Əhalisi 3000 nəfərdən çoxdur.[2]

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]

Əkinçilik əsas yer tutur.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2016-cı il. I cild. Bakı — 2017.
⛭
Şəhərlər
Kəndlər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Ərəzin&oldid=7736775"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp