Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Əli

Vikipediya, azad ensiklopediya
(Əli ibn Əbu Talib səhifəsindən istiqamətləndirilmişdir)
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:Əli (ad).
Əli
ərəb.أبُو الحَسَنْ عَلِيُّ بْنُ أَبِيْ طَالِبٍ الهَاشِمِيّ القُرَشِيُّ
ƏvvəlkiOsman ibn Əffan
SonrakıHəsən ibn Əli
632 –661
(ləqəbi:Əmir əl-möminin, Mürtəza[1], Əbu Turab[2], Əsədulla əl-qalib[1],faruq,siddiq)
SonrakıHəsən ibn Əli(2-ci imam)
Şəxsi məlumatlar
Doğum tarixi17 mart599(0599-03-17)
Doğum yeri
Vəfat tarixi661(0661)[3](61–62 yaşında)
Vəfat yeri
Vəfat səbəbisui-qəsd
Dəfn yeri
Fəaliyyətidövlət xadimi, qazı, fəqih, mühəddis, müfəssir[d], hakim, şair, Xəlifə
AtasıƏbu Talib[4]
AnasıFatimə bint Əsəd[4]
Həyat yoldaşları
Uşaqları
AiləsiBəni Haşim
Diniİslam
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Baxış
Sünnilikdə Əli •Şiəlikdə Əli
Qeyri-müsəlmançılıqda Əli
Həyatı
Evlilik həyatı •Doğulduğu yer
İlk fitnə •Həyat xronologiyası
Ələvilik •Qədir-Xum
Öldürülməsi
Mirası
Nəhcül-bəlağə •əl-Qədir •Qələme mövla
Zülfüqar •İmam Əli məscidi •Ğurər əl-hikəm
Perspektivlər
Əli döyüşçü kimi •Əli xəlifə kimi
On dörd məsum •İmamət •Quranda Əli
Əlaqəli məqalələr
Raşidi xəlifələr •Məhəmmədin canişinliyi

Əli ibn Əbu Talib ibn Əbdülmüttəlib əl-Haşimi (ərəb.علي بن أﺑﻲ طالب‎;17 mart599,Məkkə[8]661[3],Kufə,Raşidi xilafəti[8]) –Məhəmmədin əmisi oğlu[9],səhabəsi,Əhli-beytinin üzvü, kürəkəni[9]. 4-cü Raşidi xəlifə[9][10].Əbu Talibin oğlu[9][10].İslamı qəbul edən ilk uşaq,[11][12] ikinci şəxs.[13][14]SünnilikdəƏrəb XilafətininRaşidi xəlifələrin dördüncüxəlifəsi[9][15].Şiəlikdəcanişini, I imam və xəlifə, II məsum.[16]

XüsusənŞiə mənbələrinə görə ƏliKəbədə dünyaya gələn yeganə şəxsdir.[16] AtasıƏbu Talib[9], anası isəFatimə binti Əsəddir.[16] ƏmisioğluMəhəmməd[9] tərəfindən himayə olunub və onun evində böyüyüb.Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əliİslamı qəbul etmiş və həyatını bu dinə həsr etmişdir.[2][17][18][19][20]

ƏliMəhəmməddən sonraMədinəyə köçmüşdür. Orada ƏliMəhəmmədin qızıFatimə ilə ailə həyatı qurmuşdur.[9] Bundan sonra ƏliMədinədəMəhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildəOsman ibn Əffanın öldürülməsindən sonraMədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir.[9][21][22] 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.[23][24][25][26]

İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, oİslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. XüsusənTəsəvvüfdə Əlitəfsir,fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və oMəhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.[23][27][28]

Əli bəzi dini şəxsiyyətlərləƏli kültünün mərkəzi şəxsiyyətini təşkil edir.[29] Şayiə mədəniyyətinə əsaslanan əsərlərdə Əli bilik, cəsarət, inam, dürüstlük, sədaqət, səxavət və mərhəmət ilə xüsusilə xatırlanır və batin sufi ənənələri üçün ən vacib mistik şəxsiyyətdir. Xüsusilə təfsir, fiqh və dini düşüncə sahəsindəki üstünlüyü tanınır.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Məkkədə

[redaktə |vikimətni redaktə et]

Təvəllüdü və uşaqlığı

[redaktə |vikimətni redaktə et]

Əlinin atasıƏbu Talib Qüreyş qəbiləsinin tayfalarından biri olan Bəni-Haşimin şeyxlərindən vəKəbənin mühafizlərindən biri olmuşdur. OMəhəmmədin əmisi idi. Əlinin anasıFatimə binti Əsəd də həmçininBəni-Haşim tayfasındandır. Əliİbrahimin oğluİsmailin nəslindəndir.[30]

Bəzi İslami, xüsusən şiə mənbələrində qeyd olur ki, Əli Məkkədə, Kəbədə dünyaya gəlmiş və 3 gün orada qalmışdır. 3 gündən sonra anası qucağında Əli ilə qırağa çıxmış, Məhəmməd körpə Əlini qucağına götürərək ona "ulu" mənasını verən Əli adını qoymuşdur.[16][31][32][33][34][35][36]Məhəmmədin Əlinin ailəsi ilə yaxın əlaqələri olmuşdur.Məhəmməd yetim qaldıqdan sonra babasıƏbdülmüttəlibin də ölməsindən sonra əmisi, Əlinin atasıƏbu Talib onu evinə aparmışdır. ƏliMəhəmmədXədicə binti Xüveylidin nikahından 2 və ya 3 il sonra doğulmuşdur.[37] Əli 5 və ya 6 yaşında olarkən Məkkədə iqtisadi çətinlik yarandı və buƏbu Talibin ailəsinə də təsir etmişdir.Məhəmməd də Əlini öz himayəsinə götürmüşdür.[16][18][38]

Bir ilMəkkədə aclıq üz vermişdi. Bu zamanMəhəmmədin əmisiƏbu Talib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı.MəhəmmədBəni-Haşim tayfasının varlılarından olan digər əmisiАbbasa təklif etdi ki,Əbu Talibin dolanışığına kömək etmək məqsədilə gedib hərəsi onun bir uşağını götürüb öz evində saxlasın. AbbasMəhəmmədin bu təklifi ilə razılaşdı. Beləliklə də Abbas CəfəriMəhəmməd isə Əlini öz öhdəsinə götürüb öz evlərinə apardılar. ƏliMəhəmmədpeyğəmbər seçilənədək onun evində qaldı.Məhəmmədpeyğəmbərliyə seçildikdən dərhal sonra Əli onu qəbul edib ona itaət etməyə başladı[39][40][41][42].

İslamı qəbul etməsi

[redaktə |vikimətni redaktə et]

Bəzi rəvayətlərə görə Hira mağarasındaMəhəmmədə vəhy gələndə onunla görüşən yalnız Əli olmuşdur.[43][44][45]

3 il müddətindəMəhəmməd insanlarıİslama gizli dəvət etdi.Qurana əsasən[46] o ilk növbədə ailəsiBəni-Haşimi bir tədbirdəİslama dəvət etdi.Təbəri,İbn əl-Əsir, Əbülfida və s. kimi alimlərə görə dəvəti qəbul edən şəxs,Məhəmmədin yoldaşı, qardaşı, vəkili və xələfi olacaqdı. Əli bu zaman 13 və ya 14 yaşında olmuş və ilk o ayağa qalxaraq önə çıxmışdır.Məhəmməd dəvəti 3 dəfə təkrar etsə də bunu qəbul edən yalnız bir şəxs olmuşdur ki, o da Əli.Məhəmmədin dəvətinə bir tək və israrla Əlinin müsbət cavab verməsindən sonraMəhəmməd onu özünün qardaşı[47][48][12] elan etmiş və ona itaəti vacib buyurmuşdur. Dəvətdə Əli, onunatası və ailəsi yanaşıƏbu Ləhəbin də daxil olduğuMəhəmmədin əmiləri də iştiak edirmişlər. Və hadisələrin bu hissəsindəƏbu Ləhəb gülərək qardaşı, Əlinin atasıƏbu Talibə "hə indi sən öz oğluna beyət edəcəksən?" sualını vermişdir.[49][50][51] Bu hadisə tarixdə "Dəvət ayəsi" olaraq qalmışdır.Bəni-HaşimMəkkədə boykot altında olduğu zaman ƏliMəhəmmədə dəstək olmuşdur.

İbn İshaq və digər bəzi tarixçilərə görə Əliİslamı ilk qəbul edən kişidir, lakinTəbəri və digər bəzi tarixçilər isəİslamı qəbul edən ilk kişinin Zeyd ibn Haris və yaƏbu Bəkr olması haqqında bəzi ənənəvi rəvayətlər qeyd etmişdirlər[52]. Bəzi alimlər isə Əliniİslamı qəbul edərkən uşaq olduğuna görəİslamı qəbul edən ilkmüsəlman kişi kimi qəbul etmirlər.[53]

Mədinəyə hicrət

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Hicrət

622-ci ildəMəhəmmədMəkkədənYəsribə (indikiMədinə)hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır.[16][18][54] Bu gecəLeylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki,Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur.[55][56]

Əli sui-qəsdi dəf etsə dəMəkkədə qalıbMəhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin buradaMəhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası,Məhəmmədin qızıFatimə və iki qadınla birlikdəMədinəyə getmişdir.[17][18]

Mədinədə

[redaktə |vikimətni redaktə et]

Məhəmməd dövrü

[redaktə |vikimətni redaktə et]

Əli 22 və ya 23 ilMədinədə yaşamışdır.MəhəmmədMədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir.[17][18][57] 622–632-ci illərdə 10 il müddətində ƏliMəhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir.[58][59]

Ailə həyatı
[redaktə |vikimətni redaktə et]

Əli 623-cü ildəMəhəmmədin və qızının da razılığı iləMəhəmmədin qızıFatimə ilə ailə həyatı qurmuşdur.[16] Bu hadisədən sonraMəhəmmədFatiməyə belə demişdir: "Sən mənim ailəmdən mənə sevimli olan biriylə ailə həyatı qurdun".[60]Məhəmməd bu ailəniAli-Əba hədisindəMübahilə günü özƏhli-Beyti adlandırmışdır. Onların adıQuranınTəthir ayəsində də çəkilmişdir.[61][62]

ƏlininFatimədən 4 övladı olmuş, 1 övladı da daha dünyaya gəlməmişFatimənin bətnində ölmüşdür.Məhəmməd onların 2 oğlunu (HəsənHüseyn) öz övladı vəCənnət cavanlarının ağası adlandırmışdır.[63]

Əli vəFatimə əvvəl-əvvəl çox kasıb yaşamışdırlar. Ailə həyatı qurduqları bir neçə il ərzindəFatimə ev işlərini özü görmüşdür. Quyudan su daşımaqdan çiyinləri şişmiş, əl dəyirmanında qarğıdalı üyüdməkdən əlləri suluqlanmışdır.[64]Fatimə ev işlərində çox diqqətcil olmuş, xəmir düzəltmiş, çörək bişirmişdir. Əli də öz növbəsində evə yanacaq odun gətirmiş və ailəsini ərzaqla təmin etmişdir.[65]Xeybər döyüşündən qazanılan qənimətmüsəlmanlar arasında bölüşdürüldükdən sonra bir çox müsəlman ailələri kimi Əlinin ailəsinin də maddi vəziyyəti xeyli yaxşılaşmışdır. Vəziyyətləri yaxşılaşdıqdan sonraFatimə evə bəzi kənizlər almış, lakin onlarla ailə üzvü kimi rəftar etmişdir.[66]

Müharibələrdə
[redaktə |vikimətni redaktə et]
Ərəbcədən tərcümədə"Əlidən başqa igid,Zülfüqardan başqa qılınc yoxdur." mənasını verənərəbcə cümlə.

ƏliMəhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir.[18] Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir.

Əli ilk dəfəBədr döyüşündə iştirak etmişdir.Əməvilərin məşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir.İslami mənbələrə əsasən Əli döyüşdə 20–30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.[67][68]

ƏliUhud döyüşü başda olmaqla bir çox döyüşdə ikiqıynaqlıZülfüqarqılıncıdan istifadə etmişdir.[69]Uhud döyüşündəmüsəlmanlar qaçarkən,Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş[16]Məhəmməd də onun haqqında"Əlidən başqa igid,Zülfüqardan başqaqılınc yoxdur." demişdir.[70] ƏliXeybər döyüşündəmüsəlman ordusuna başçılıq etmişdir.[71][72] Bu döyüşdən sonraMəhəmməd onaərəbcədən tərcümədə"Allahın aslanı" mənasını verən"Əsədullah" ləqəbini vermişdir.[16] Əli 630-cu il Huneyn döyüşündə dəMəhəmmədi müdafiə etmişdir.

İslam missiyası
[redaktə |vikimətni redaktə et]

610-cu ildənMəhəmmədəQuran nazil olmağa başlamışdır. Nazil olansurəayələri yazan vəhy katiblərindən biri də Əli olmuşdur. Bu zamanİslamƏrəbistan yarımadasında yayılmağa başlamışdır. Əli də yeni birİslami nizamın qurulmasında yardımçı olmuşdur. 628-ci ildəMəhəmmədin əmri ilə Məhəmmədlə Qüreyş qəbiləsi arasında bağlanan Hüdeybiyyə sülh müqaviləsini Əli yazmışdır. 630-cu ildəMəhəmmədin əmriləMəkkədəQuranınərəb politeistlərindən bəhs edənayələrini ictimaiyyət qarşısında oxumuşdur. 630-cu ildəMəkkənin fəthi zamanıMəhəmməd Əlidən fəthin qansız olacağı barədə zəmanət almışdır. ƏliMəscidül-Həramıİslamdan öncəki politeist dinlərin əlamətlərindən təmizləmək üçün orada olan və Bəni Aus, Bəni Xəzrəc, Təyy kimi politeist tayfalara məxusus olantanrıbütlərini sındırmışdır. 1 il sonra Əliİslamı təbliğ etmək üçünMəhəmməd tərəfindənYəmənə göndərilmişdir.[16][17]

Mübahilə hadisəsi
[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:MübahiləMübahilə ayəsi

Məhəmməd M. 631/H. Q. 10-cu ildə bir neçə nəfəri İslamı yaymaq və təbliğ etmək üçünYəməninNəcran məntəqəsin göndərir. Nəcran məntəqəsininxristianları da Məhəmmədlə danışıq aparmaq üçün Mədinəyə bir nümayəndə heyəti göndərirlər. Xristianlar"biz şəkdəyik, şübhə edirik." deyirlər. Sonra Məhəmməd Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olduğunu bildirir. Ayədən sonra Məhəmməd xristianlara onlarla qarşlılqlımübahilə edilməsini təklif edir. Xristianlar Məhəmməddən gedib rəhbərləri ilə məsləhətləşmələri üçün bir az vaxt və möhlət istəyirlər. Rəhbərləri onlara"Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur, amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın." şəklində təlimat verirlər. Ayəyə əsasənmübahilə günü tərəflər, yəni müsəlman və xristianlar mübahiləyə öz oğlanlarını, qadınlarını və nəfslərini gətirməli idilər. Mübahilə günü Müsəlmanlar tərəfdən mübahiləyə gedən, Məhəmməd özü ilə qızı Fatiməni, əmisi oğlu və yeznəsi Əlini, nəvələriHəsənHüseyni gətirir. Xristianlar mübahilədən imtina edir və nəticədə mübahilə baş vermir. Tərəflər arasında saziş bağlanır. Sazişə əsasən xristianlar müsəlmanlara hər biri 40dirhəm qiymətində olan 2000 hillən verməli idilər.[73][74][75][76][77][78][79][80][81][82][83][84][85][86][87][88]

Qədir Xum
[redaktə |vikimətni redaktə et]
Məhəmməd və ƏliQədir-Xumda. 1309–1310,Elxanilər dövrü rəsm əsəri
Əsas məqalələr:Qədir-XumSəqaleyn hədisi

Məhəmməd 632-ci ildə həyatının sonuncuhəcc ziyarəti olan və Vida Həcci adlananhəcc ziyarətindən dönərkənSünniŞiələr tərəfindən fərqli izah edilən bəzi açıqlamalar vermişdir.[16]MəhəmmədQədir-Xum adlanan çöldə dayandı vəcammat namazı üçün toplanan camaata xitab etməyə başladı:[89]

"– Möminlərə, onların özlərindən daha layiqi kimdir?
Dedilər:AllahPeyğəmbəri daha yaxşı bilir!
Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.[90][91][92]
"

Şiələr iddia edirlər ki, bu hadisəMəhəmmədin xələfi olaraq Əlini seçməsi üçün əsasdır.Sünnilər isə tam əksinə bu hadisədəMəhəmmədin Əli ilə olan mənəvi yaxınlığını bildirdiyini və qardaş olmalarını ifadə etdiyini iddia edirlər.[93][94][95] Bir çoxsufilər də belə hesab edirlər ki, ƏliMəhəmmədin mənəvi hakimiyyətinin varisidir.[16][96] Bu hədisin əsasında sonradanşiələr ƏlininƏbu BəkrÖmərdən üstün olduğunu iddia etmişdirlər.[97]

Məhəmmədin canişinliyi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Məhəmmədin canişinliyi,Səqifə, vəRaşidi xəlifələr

Ömrünün sonuna kimi bir çox ərəb qəbilə və tayfalarını vahid müsəlman dövlətində birləşdirən Məhəmməd 632-ci ildə vəfat etmişdir. Bundan sonra Məhəmmədin xələfi kimi kimin müsəlman icmasına rəhbərlik edəcəyi mübahisələrə səbəb olmuşdur.[98] Bu zaman Əli ailəsi ilə Məhəmmədin meyidini yumaq və onun dəfni ilə məşğul olmuşdur. Bu zaman bir qrup müsəlmanlar Səqifədə toplaşaraq Məhəmmədin canişini kimi onun səhabələrindən Əbu Bəkrin namizədliyini irəli sürmüşdür. Məclisdə Əbu Bəkrin Məhəmmədin birinci xəlifəsi olaraq müsəlman cəmiyyətinin rəhbəri seçildiyi elan edilmişdir. Məhəmmədin səhabələrindn bir qismi Məhəmmədin Əlini özündən sonra xələfi təyin olunduğu iddiası ilə bu seçkinin nəticələrini tanımamışdır.[20][99][100]

Daha sonra Fatimə və Əli xilafət məsələsində səhabələrdən kömək istəyərkən onlar belə cavab verdilər: "Ey Allah Rəsulunun qızı! Biz Əbu Bəkrə beyət etmişik. Əgər Əli daha öncə gəlsəydi, əlbəttə ki, onu tərk etməzdik." Əli dedi: "Bizə yaraşar ki, Peyğəmbərin dəfnindən əvvəl xilafət üstündə mübahisə edək?"[101][102]

Məhəmməddən sonrakı həyatı

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Quran tarixi

Əlinin həyatının digər bir hissəsi 632-ci il Məhəmmədin ölümündən, 656-cı il 3-cü xəlifə Osmanın sui-qəsdinə qədərdir ki[17], bu müddət ərzində Əli nə bir döyüşdə və ya fəthdə iştirak etmiş nə də rəhbər vəzifələrdə işləmişdir. Xüsusilə həyat yoldaşı Fatimeyi-Zəhranın ölümündən sonra bütün siyasi işlərdən uzaqlaşmışdır. Bu müddət ərzində ailəsinə baxmaq üçün əkinçiliklə məşğul olmuşdur. Əli Mədinə yaxınlarında bir çox quyu qazırmış, bağça saldırmış və onları insanların ixtiyarına vermişdir. Bu quyular hal-hazırda daƏbar Əli (Əli quyusu) olaraq bilinir.

Əli Məhəmmədin ölümündən 6 ay sonra kamil bir Quran olan müshəf[103] hazırlamışdır. Nüsxə dəvə ilə Mədinədə yaşayan digər əhaliyə göstərmək üçün hazırlanmışdır. Bu Müshəfin surə sıralaması sonradan Osmanın vaxrtında hazırlanan Quran nüsxəsindəki surə sıralamasından fərqlənmişdir. Kitab əhaliyə göstərildikdən sonra onların bir qismi tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq Əli öz müshəfi üçün mübarizə aparmışdır.[104][105][106]

Əli və Raşidi xəlifələr

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Fədək,Raşidi Xəlifələr, vəOsmanın xəlifə seçilməsi

Şiə mənbələrində hadisə belə nəql olunmuşdur: Məhəmməd Fədəyi dəvəli və atlı suvarilər olmadan (müharibəsiz) ələ keçirdikdən sonra Allah İsra surəsinin 26-cı ayəsini (Qohum-əqrəbaya haqqını ver.) nazil etmişdir. Məhəmməd bu ayəylə kimin nəzərdə tutulduğunu anlamadığına görə Cəbrailə müraciət etmiş, Cəbrail Allahdan soruşmuş, Allah da "Fədəyi Fatiməyə ver." demişdir. Məhəmməd də bundan sonra Fatiməni çağırmış və ona "Ey Fatimə! Allah mənə, Fədəyi sənə verməyimi əmr etdi." demiş, Fatimə də "Allahın və sənin bu hədiyyəni qəbul etdim." demişdir.[107][108][109] Məhəmməd sağ olduğu zaman Fədəyi Fatimənin vəkilləri idarə etmişdir. Məhəmməd öldükdən və Əbu Bəkr hakimiyyətə gəldikdən sonra isə Əbu Bəkr Fatimənin vəkillərini oradan çıxartmışdır. Bundan sonra Fatimə, Əbu Bəkrin yanına gəlmiş və Fədəyin təkrar özünə verilməsini istəmişdir. Əbu Bəkir ona "Mənə qaradərili birini gətir, buranın sənə verildiyinə şahidlik etsin." demişdir. Fatimə də Əli və Ümmü Əyməni gətirmiş, onlar da Fatimə lehinə şahidlik etmişdirlər. Bu səbəbdən Əbu Bəkr, Fatiməyə aid olan Fədəyə girməkdən imtina etməsinə ona dair bir yazı vermişdir. Fatimə Əbu Bəkrin yanından çıxdıqdan sonra yolda Ömərlə qarşılaşmış, Ömər "Əlindəki bu yazı nədir ey Məhəmmədin qızı?" deyə soruşmuş, Fatimə də "Əbu Bəkrin mənim üçün yazdığı bir yazıdır." cavabını vermişdir. Bundan sonra Ömər "Mənə göstər." demiş Fatimə isə göstərməmiş, bunun üstündən Ömər yazını əlindən çəkib almış və yazılanları oxumuş, sonra da üzərinə yağlı su töküb, silmiş və cırıb atmışdır. Fatiməyə də "Buranı sənin atan, atlı və dəvəli süvarilərlə zəbt etməmişdir. Çıxar artıq bu köləlik bağlarını boyunlarımızdan." demişdir.[110][111][112]

Sünni mənbələrində isə hadisə belə nəql olunmuşdur: Qohum-əqrəbaya haqqını ver (İsra, 26) ayəsi nazil olduqan sonra Məhəmməd Fədəyi Fatiməyə vermişdir.[113][114] Əbu Bəkr xəlifə seçildikdən sonra, Fədəyi Fatimədən almışdır.[115][116][117] Fatimə Əbu Bəkrə "Rəsulullah (s) Fədəyi mənə vermişdir." demiş, Əbu Bəkr isə cavabında "peyğəmbərlər özlərindən sonra miras qoymurlar, qoyduqkarı yalnız sədəqədir.[116][117] Bu mövzuda bir dəlilin varmı?" deyə soruşmuşdur. Bu səbəbdən Əli Fatimənin sözünə şahidlik etmişdir. Daha sonra Ümmü Əymən Əbu Bəkr və Ömərə "mənim Cənnət əhli olduğuma şahidlik edə bilərsinizmi?" deyə soruşmuş, onlar da "bəli." cavabını vermişdir. Ümmü Əymən də ardınca "mən də şahidlik edirəm ki, Nəbi (s) Fədəyi Fatiməyə (s.ə) vermişdir" demişdir.[116][117][118] Əbu Bəkir dəcavabında "Mən bir kişilə bir qadının şahidliyini qəbul etmirəm. Ya iki kişi, ya da bir kişi və iki qadın şahid göstərəcəksən." demişdir.[119] Bu hadisələrdən sonra Fatimə Əbu Bəkrə qəzəblənmiş və ölənə qədər onu danışdırmamışdır.[115][116][117][120]

Şiə mənbələrinə əsasən Əli Əbu Bəkrin xilafəti zamanı onun arxasında dayanıb (ona iqtida edib) namaz qılmazmış.[121][122]

Osmanın mühasirəsi
[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Osmanın mühasirəsi

Osman ibn Əffan hakimiyyəti zamanı öz tayfası olan Bəni-Üməyyə (Bəni-Əbdüşşəms) tayfasından bəzi şəxsləri müxtəlif vəzifələrə təyin etdi. Əbuzər Ğiffari, Abdullah ibn Məsud, Əmmar Yasir və b. səhabə və tabeinlər Osmanın bu hərəkətlərinə görə onu comərdlikdə ittiham etmiş və xalq arasında ona qarşı bəzi etirazlar baş qaldırmışdır. Xilafətin əksər ərazilərində narazılıq və müqavimət 650–651-ci illərdə olmuşdur.[123] Osmanın müxtəlif ərazilərə təyin etdiyi valilər, xüsusilə müşaviri və yeznəsi Mərvan ibn Həkəmin təyinatı ona qarşı olan narazılıqları daha da artırmışdır.[124] Narazı qruplar Osmandan vəzifəyə təyin etdiyi şəxsləri vəzifədən azad etməsini və qohumbazlıq etməməsini ondan tələb etmişdirlər.[125]

Bəzi şiə[126][127] və sünni mənbələrində[128] Osmanın evinin mühasirədə olduğu zaman Əlinin ona məsləhət verib, köməkçi olduğu yazılsa da digər bəzi İslami mənbələr və İslam alimləri bu məlumatların zəif olduğu fikrini irəli sürür.[129][130][131]

Xilafəti

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Raşidi XilafətƏlinin xəlifəliyi
Hicri 36/656-cı il, Bişapurda Əli xilafəti dövründə zərb edilmiş sikkə. Sasani hökmdarıII. Xosrovu təqlid edən büst, Ay-ulduz,Bəsmələ,Zərdüşti atəşi. Bir çox, əvvəlcə problem olmayan relyef və şəkillər[132], üləma təfsirləri ilə günah, digər inancları təmsil edən simvollar isə küfr hesab edilərək ictimai həyatdan tamamilə kənarlaşdırılır.[133] (Revizionist məktəbə görə, bu gün İslamın yayılması adlandırılan genişlənmənin dini deyil,dünyəvi ərəb ekspansiyası olduğuna dair sübutlardan.[134])

Xəlifə seçilməsi

[redaktə |vikimətni redaktə et]

Əli 656–661-ci illər arasında, İslam tarixinin ən çaxnaşmalı dövründə xəlifə olmuşur. Bu dövr həmçinin İlk Fitnə ilə də üst-üstə düşmüşdü.

Osmanın öldürülməsi o demək idi ki, üsyançılar yeni xəlifə seçməlidirlər. Bu, çox çətinliklərlə üzləşdi, belə ki, üsyançılar bir neçə qrupdan ibarət idilər: Mühacirlər, Ənsar, Misirlilər, Kufəlilər və Bəsrəlilər. Xəlifəlik üçün 3 namizəd var idi: Əli, Təlhə və Zübeyr. Üsyançılar ilk Əlinin yanına gəldilər və təklif etdilər ki, xəlifə olmağı qəbul etsin. Muhəmmədin səhabələrindən bəziləri bu təklifi qəbul etmək üçün Əlini razı salmağa çalışdılar, lakin o təklifi qəbul etmədi və 1-ci şəxs olmaq əvəzinə məsləhətçi ola biləcəyini bildirdi.

Təlhə, Zübeyr və digər səhabələr də xəlifəlik təkliflərinə mənfi cavab verdilər. Beləliklə, üsyançılar Mədinə əhalisinə xəbərdarlıq etdilər ki, 1 gün ərzində xəlifə seçsinlər, əks təqdirdə ciddi təbbirlər görəcəklər. Bu çıxılmaz vəziyyəti yoluna qoymaq üçün müsəlmanlar 18 iyun 656-cı il tarixdə xəlifə seçmək üçün Peyğəmbər məscidində toplandılar. Əli əvvəlcə təklifi sadəcə olaraq ona görə qəbul etmədi ki, onun ən güclü tərəfdarları üsyançılar idi. Ancaq Mədinə əhalisi ilə birlikdə Muhəmmədin bəzi görkəmli səhabələri də təkid etdikdən sonra sonunda razılaşdı. Əbu Mixnəfin rəvayətinə görə, Əliyə ilk beyət edən məşhur səhabə Təlhə idi, lakin digər rəvayətlər əksini iddia edir ki, onlar beyət etməyə məcbur edildilər. Həmçinin, bir müddət sonra Təlhə və Zübeyr könülsüz olaraq beyət etdiklərini iddia etdilər. Buna baxmayaraq, Əli onların iddialarını rədd etdi və israrl bildirdi ki, onlar könüllü şəkildə onu xəlifə kimi tanıyıblar. (yaxud, onlar könüllü çəkildə beyət ediblər). Vilfred Meydlanq hesab edir ki, güc insanları beyətə məcbur etməmiş və onlar məsciddə hər kəsin gözü qarşısında beyət etmişdilər.

Mədinə əhalisinin böyük əksəriyyəti və üsyançıların çox hissəsi beyət etsələr də, bəzi mühüm şəxslər yaxud qəbilələr beyət etmədilər. Əməvilər, Osmanın qohumları ya Levanta (məşriqə) qaçdılar, ya da evlərində oturdular. Daha sonra isə Əlinin xilafətinin qanuniliyinə etiraz etdilər. Səd ibn Əbi Vəqqas orada yox idi, Abdullah İbn Ömər isə beyət etməkdən çəkindi, lakin hər ikisi ona qarşı çıxmayacaqlarına dair Əlini inandırdılar.

Xəlifəliyi

[redaktə |vikimətni redaktə et]
Siyasəti
[redaktə |vikimətni redaktə et]

Ölüm

[redaktə |vikimətni redaktə et]

İslamın birinci imamı Əli ibn Əbu Talib 26 yanvar 661-ci ildə Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən indiki İraqın Kufə şəhərində, Böyük Kufə Məscidində ibadət edərkən (Namaz qılarkən) zəhərli qılınc vasitəsilə yaralanmışdır . Bilinən mənbəələrə görə İmam ƏliAldığı yaradan 2 gün sonra Şəhadətə yüksəlmişdir . Əlinin cəsədi oğulları – Həsən, Hüseyn, Məhəmməd ibn əl-Hənəfiyyə və qardaşı oğlu Abdulla ibn Cəfər tərəfindən yuyulmuşdur. Onlar Übeydulla ibn Abbas ilə birlikdə Əlini gizlin şəkildə dəfn etdilər. Çünki, onlar qorxurdular ki, Əlinin cəsədi öz qəbrindən "çıxarılacaq və təhqir olunacaq". Bəzi mənbələrdə qeyd olunur ki, Əli indiki İraqın Nəcəf şəhərindəki İmam Əli məscidində dəfn olunub. Buna baxmayaraq, başqa mənbələr, əsasən əfqanlar iddia edirlər ki, Əli Əfqanıstanın Məzari-Şərif şəhərindəki Göy məsciddə dəfn olunmuşdur. Əlinin ölüm müsəlmanlar tərəfindən hər il yad edilir.

Kərbəla

[redaktə |vikimətni redaktə et]

Sonrasında

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Əməvilər xilafətiƏli ədavətçiliyi
İmam Əlinin Şəhidliyi — Şəkil çəkmək Yousef Abdinejad

Əlinin ölümündən sonra Kufə müsəlmanları münaqişəsiz onun böyük oğlu Həsənə tabe olacaqlarını əhd etdilər. Belə ki, Əli dəfələrlə bildirmişdi ki, ancaq Məhəmmədin Əhli-Beyti müsəlman cəmiyyətini idarə etmək hüququna malikdir. Bu zaman İslam Dövlətinin ən böyük komandiri MuaviyəMisir və Levantı tutmuş, özünüxəlifə elan etmiş və Həsənin xəlifəliyinin yerləşdiyi İraqa yürüş etmişdir.[135]

Ordu ona qarşıüsyan qaldırana qədər Muaviyə Həsənin komandirlərini tədricən çox miqdarda pulla və ya yalan vədlərlə devirirdi. Nəhayət,Həsən Muaviyəyə xilafəti təslim etmək və onunla sülh bağlamağa məcbur olmuşdur. Bu yolla Muaviyə İslam xəlifəliyini ələ keçirmiş və hər mümkün yolla Əlinin ailəsini və onun şiələrini təzyiq altında saxlamağa çalışmış və Muaviyənin əmrilə Əli hər xütbədən əvvəl minbərlərdən lənətlənməyə başlanmışdır. Əlinin lənətlənməsiÖmər ibn Əbdüləziz tərəfindən ləğv olunana qədər 60 il müddətində davam etmişdir. Muaviyə həmçinin mərkəzləşdirilmiş dövlət olan Əməvilər xilafətini yaratmışdır.[24][136][137][138]

Baxış

[redaktə |vikimətni redaktə et]

İslami baxış

[redaktə |vikimətni redaktə et]

Şiə

[redaktə |vikimətni redaktə et]

Əli dövründə şiə münasibətləri Məhəmməddən sonra ən əhəmiyyətli fiqur olmuşdur. Onlara görəMəhəmməd öz sağlığında dəfələrlə bildirmişdir ki, Əli onun ölümündən sonra müsəlmanların başçısı olacaqdır. Buşiələr tərəfindən rəvayət olunan bir çox hədisdə dəstəklənir: Qədir-Xum hədisi,Səqaleyn hədisi, Qələm və kağız hədisi, Ali-Aba hədisi, Məkan hədisi, Xəbərdarlıq hədisi, On iki xəlifə hədisi.

Sünni

[redaktə |vikimətni redaktə et]

Sünni müsəlmanları Əlini bir Əhli-Beyt və sonuncu Rəşidun xəlifəsi kimi, eləcə də İslamda ən mötəbər və təsiredici liderlərdən biri kimi anırlar.

Təsəvvüf

[redaktə |vikimətni redaktə et]

Tanrı olaraq

[redaktə |vikimətni redaktə et]

Bəzi rəvayətlərdə Əlinin öz sağlığında ona ibadət etməyi qadağan etdiyi qeyd olunmuşdur.

Qeyri-İslami baxış

[redaktə |vikimətni redaktə et]
ŞəxsSitat
Edvard Qibbon(Britaniya XVIII əsr tarixçisi)Əlinin qeyrəti və xeyirxahlığı heç vaxt öz dinindən dönmüş insanlar tərəfindən qabaqlanmamışdır. O, müqəddəsi, əsgəri, şairi birləşdirmişdir; onun müdrikliyi hələ də onun mənəvi və dini kəlamlarında nəfəs almaqdadır; və qılınc və ya dil döyüşündə hər rəqibi onun fəsahəti və şücaəti üzündən məyus olurdu. Onun vəzifəsinin ilk saatından onun dəfnetmə mərasiminə qədər lider heç vaxt səxavətli dostu tərəfindən tərk edilməmişdir.[139]
Vaşinqton İrvinq(ABŞ yazıçı və oçerkisti)O, alicənab Qureyş nəslinin ən alicənab nümayəndəsi idi. O ərəblər tərəfindən vacib olan 3 böyük keyfiyyətə sahib idi: cəsarət, fəsahət və əliaçıqlıq. O, Aslan tanrısının peyğəmbər adından qorxmaz ruh qazanmışdır; onun fəsahəti haqqında misallar hələ də bəzi ayələrdə və ərəblər arasındakı bəzi hekayələrdə saxlanmışdır; onun comərdliyi isə özünü hər cümə günü digər insanların iştirakı zamanı büruzə verirdi; kəraməti haqqında hər misalda təkrarlayırıq.

Tarixçilik

[redaktə |vikimətni redaktə et]

Əlinin həyatından bəhs edən ən qədim mənbələr hədislər, eləcə də bəzi İslam mənbələridir. Orta əsr mənbələrinə isə sünni və şiələrin əsərləri, xristianların, hindlilərin və digər qeyri-müsəlmanların yazıları və bəzi qərb alimlərinin işləri aiddir.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Digər layihələrdə

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Dinlər, təriqətlər, məzhəblər, səh. 81
  2. 12Sitat səhvi: Yanlış<ref> teqi;zb79 adlı istinad üçün mətn göstərilməyib
  3. 12OpenITI corpus.OpenITI.
  4. 1234567Али-заде А.Али ибн Абу Талиб (rus.). //Исламский энциклопедический словарьМосква:Ансар, 2007. С. 68.
  5. Али-заде А.Хасан ибн Али (rus.). //Исламский энциклопедический словарьМосква:Ансар, 2007.
  6. Али-заде А.Хусайн ибн Али (rus.). //Исламский энциклопедический словарьМосква:Ансар, 2007.
  7. Али-заде А.Зайнаб бинт Али (rus.). //Исламский энциклопедический словарьМосква:Ансар, 2007.
  8. 1234Али бен-Аби-Талеб (rus.). //Энциклопедический словарь / под ред.И. Е. АндреевскийСПб:Брокгауз — Ефрон, 1890. Т. I. С. 438.
  9. 123456789Sitat səhvi: Yanlış<ref> teqi;islam53 adlı istinad üçün mətn göstərilməyib
  10. 12Biographies of the Prophet's companions and their successors, Ṭabarī, translated by Ella Landau-Tasseron, pp.37–40, Vol:XXXIX
  11. İbn Hişam.əs-Sirə, cild I(ərəb). 262.
  12. 12"ALİ". Archived from the original on 12 fevral 2025.İstifadə tarixi:7 mart 2025.
  13. Kelen, 2001. səh. 29
  14. Watt, 1953. səh. xii
  15. Sitat səhvi: Yanlış<ref> teqi;zb78 adlı istinad üçün mətn göstərilməyib
  16. 123456789101112Nasr, Seyyed Hossein.Ali // Encyclopædia Britannica Online. Encyclopædia Britannica, Inc.18 oktyabr 2007 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:12 oktyabr 2007. (#invalid_param_val)
  17. 12345Sitat səhvi: Yanlış<ref> teqi;Iranica adlı istinad üçün mətn göstərilməyib
  18. 123456Tabatabaei, 1979. səh. 191
  19. Ashraf, 2005. səh. 14
  20. 12Diana, Steigerwald.Alī ibn Abu Talib // Encyclopaedia of Islam and the Muslim world; vol.1. MacMillan.ISBN 978-0-02-865604-5.
  21. Ashraf, 2005. səh. 119 and 120
  22. Madelung, 1997. səh. 141-145
  23. 12Dinlər, təriqətlər, məzhəblər, səh. 80
  24. 12Lapidus, 2002. səh. 47
  25. Holt, Lambton və Lewis, 1970. səh. 70–72
  26. Tabatabaei, 1979. səh. 50–75 and 192
  27. İslam, səh. 55
  28. Madelung, 1997. səh. 309 and 310
  29. "Arxivlənmiş surət".7 sentyabr 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 yanvar 2021.
  30. Ashraf, 2005. səh. 5
  31. Ashraf, 2005. səh. 6
  32. "Khalifa Ali Ibn Abu Talib". witness-pioneer.org. 5 noyabr 2004.8 dekabr 2008 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:19 dekabr 2008. (#invalid_param_val)
  33. "Hz. Əmirəlmöminin Əli (ə.s.) Rəcəb ayının on üçündə Ammulfil ilinin otuzunda Məkkədə Beytullahın içində dünyaya gəldi. Nə Əlidən əvvəl, nə də ondan sonra kimsə o mübarək məkanda dünyaya gəlmə səadətinə nail olmamışdır. Hz. Əlinin (ə.s.) Kəbədə dünyaya gəlişi bir fəzilət və şərəfdir ki, uca Allah bunu sadəcə o həzrətə məxsus qılmışdır.

  34. "Onun (Radiyallahu anh) mənqıbələrindən biri də doğumunun Kəbənin içində baş verməsidir."

    • Mühəddis Hind Şah Vəliyullah Dəhləvi, "İzalətul Xifa An Xilafətil Xüləfa", c. 4, Bab: Əmma Mə’suru Əmirilmöminin və İmamu Əşcaiin Əsedullahil Qalib Əli ibn Əbu Talib (Radiyallahun Ənh) Tashih ve Müracaat: Seyyid Cəmaluddin Hərəvi
  35. "Rəvayət edilmişdir ki, Fatimə binti Əsəd (s.ə.) hamilə halı ilə Beytullahı təvaf edirdi. Doğum sancısı vücudunu sardı, bu zaman Kəbənin divarı yarıldı və Fatimə binti Əsəd içəri daxil olub Hz. Əlini (ə.s.) orada dünyaya gətirdi."

  36. "Fatimə binti Əsədin Əmirəlmöminin Əlini (Kərəmullahu vəchəh) Kəbənin içində dünyaya gətirdiyi mövzusunda təvatür həddində hədislər rəvayət edilmişdir."

    • Məhəmməd ibn Əbu Abdullah əl-Hakim ən-Nişapuri, "əl-Müstədrəku aləs-Səhiheyn", c. 3, səh. 550, Təhqiq: Mustafa Abdülqadir Əta, Darul Kutubil Elmiyyə,Beyrut, Birinci nəşr,H. Q. 1411/M. 1990
  37. Ashraf, 2005. səh. 6 and 7
  38. Ashraf, 2005. səh. 7
  39. İbn Əsir, Əl-Kamilu fit-tarix, c. 2, s. 58.
  40. İbn Hişam, Əs-siyrətün-nəbəviyyə, Təhqiqi: Mustəfa Siqa.
  41. Təbəri, Tarixul-uməm vəl-muluk, Darul-qamusul-hədis, c. 2, s. 213.
  42. İbn Əbilhədid, Şərhi Nəhcül-bəlağə, c. 13, s. 119
  43. Məsum imamların həyatı, səh. 7
  44. Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 119
  45. Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 208
  46. Şuəra26:214.
  47. əl-Mustədrək cild III(ərəb). 14.
  48. Səvaik-ul Muhriqə(ərəb). 73.
  49. Təbəri, c. 2, səh. 217
  50. Əl-kamilu fit-tarix, c. 2, səh. 63
  51. Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 211
  52. Watt, William Montgomery. Muhammad at Mecca. səh. xii.Oxford University Press. 1953
  53. Watt, William Montgomery. Muhammad at Mecca. səh. 86. Oxford University Press. 1953
  54. Ashraf, 2005. səh. 28 and 29
  55. Bəqərə2:207.
  56. Tabatabaei, Sayyid Mohammad Hosayn."Tafsir al-Mizan, Volume 3: Surah Baqarah, Verses 204–207". almizan.org.24 yanvar 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 noyabr 2010.
  57. Ashraf, 2005. səh. 30–32
  58. Momen, 1985. səh. 13 and 14
  59. Ashraf, 2005. səh. 28–118
  60. Singh, 2003. səh. 175
  61. Əhzab33:33
  62. Madelung, 1997. səh. 14 and 15
  63. Hasan ibn Ali // Encyclopædia Iranica.1 yanvar 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 yanvar 2014.
  64. Ashraf, 2005. səh. 42 and 43
  65. Qazwini, 1992. səh. 140
  66. Vaglieri, Veccia.Fatima // Encyclopedia of Islam. Leiden, The Netherlands: Brill. səh. Vol. 2 844–850.ISSN 1573-3912.
  67. Ashraf, 2005. səh. 36
  68. Merrick, 2005. səh. 247
  69. Khatab, Amal.Battles of Badr and Uhud. Ta-Ha Publishers. 1 may 1996.ISBN 978-1-897940-39-6.
  70. Ibn Al Atheer, In his Biography, vol 2 p 107 "لا فتی الا علي لا سيف الا ذوالفقار"
  71. Ashraf, 2005. səh. 66–68
  72. Zeitlin, 2007. səh. 134
  73. Əli ibn İbrahim əl-Qummi, "Təfsiri Qummi",c. 1, səh. 104[ölü keçid]
  74. Şeyx Səduq, "Uyunu əxbar ər-Rıza ə.s",c. 1, səh. 209–210, bab 23, hədis 1Arxivləşdirilib 2022-06-11 at theWayback Machine
  75. Şeyx Asif əl-Muhsini, "Muaşərə Biharul Ənvar", c. 1, səh. 276
  76. Seyid Əbulqasim əl-Xoyi, "Mucəm ricalil hədis",c. 8, səh. 217, 4648-ci raviArxivləşdirilib 2022-03-26 at theWayback Machine
  77. Müslüm, "əs-Səhih",c. 4, səh. 1871, Səhabənin fəziləti kitabı, hədis 2404
  78. Beyhəqi, "Dəlailun Nübüvvə",səhifə 353–354, hədis 244Arxivləşdirilib 2020-11-30 at theWayback Machine
  79. Şeyx Nəcaşi, "Rical Nəcaşi",səhifə 165, 437-ci raviArxivləşdirilib 2021-05-09 at theWayback Machine
  80. Əhməd b. Hənbəl "Müsnəd",c. 1, səh. 85, hədis 1608Arxivləşdirilib 2022-03-26 at theWayback Machine
  81. Şeyx Tusi "Fihrist",səhifə 71, 285-ci raviArxivləşdirilib 2015-03-25 at theWayback Machine
  82. Tirmizi, "Sünən",c. 6, səh. 86–87, Mənaqib kitabı, hədis 3724Arxivləşdirilib 2013-06-30 at theWayback Machine
  83. Şeyx Əyyaşi, "Təfsiri Əyyaşi",c. 1, səh. 176–177Arxivləşdirilib 2022-03-26 at theWayback Machine
  84. Hakim, "Müstədrək",c. 3, səh. 163, hədis 4719Arxivləşdirilib 2018-10-18 at theWayback Machine
  85. Hakim, "Müstədrək",c. 2, səh. 649, hədis 4157Arxivləşdirilib 2018-10-18 at theWayback Machine
  86. İbni Kəsr, "Təfsirul-Quranil-Əzim",c. 3, səh. 55Arxivləşdirilib 2023-08-01 at theWayback Machine
  87. Vahidi "Əsbabı Nüzul",səhifə 67–68Arxivləşdirilib 2022-03-26 at theWayback Machine
  88. Asim ibn Əbdülmuhsin, "Səhih min Əsbabı Nüzul",səhifə 85Arxivləşdirilib 2020-10-29 at theWayback Machine
  89. Dakake, 2008. səh. 34–39
  90. Veccia Vaglieri, Laura.G̲h̲adīr K̲h̲umm // Encyclopædia of Islam, Second Edition. Brill Online.31 mart 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:28 mart 2013. (#invalid_param_val)
  91. Dakake, 2008. səh. 34–37
  92. Ibn Taymiyyah, Minhaaj as-Sunnah 7/319
  93. Gleave, Robert M.Ali ibn Abi Talib // Encyclopaedia of Islam, THREE. Brill Online.2 aprel 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:29 mart 2013. (#invalid_param_val)
  94. Dakake, 2008. səh. 43–48
  95. Tabatabaei, 1979. səh. 40
  96. Dakake, 2008. səh. 33–35
  97. Madelung, 1997. səh. 253
  98. Lapidus, 2002. səh. 31 and 32
  99. Holt, Lambton və Lewis, 1970. səh. 57
  100. Madelung, 1997. səh. 26–27, 30–43 and 356–360
  101. Ibn Qutaybah, al-Imamah wa al-Siyasah, Vol. I, pp. 12–13
  102. Ibn Abi al-Hadid, Sharh; Vol. II, p.5.
  103. Nasr, Seyyed Hossein.Quran // Encyclopædia Britannica Online. 2007.16 oktyabr 2007 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:4 noyabr 2007. (#invalid_param_val)
  104. Tabatabaei, 1987. səh. chapter 5
  105. Observations on Early Quran Manuscripts in San'a
  106. The Quran as Text, ed. Wild, Brill, 1996ISBN 978-90-04-10344-3
  107. Kuleyni, "əl-Kafi",1/543, hədis 5Arxivləşdirilib 2022-07-10 at theWayback Machine
  108. Şeyx Səduq, "Uyunu Əxbar ər-Rza ə.s",səh. 229–230, bab 23, hədis 1Arxivləşdirilib 2022-03-27 at theWayback Machine
  109. Seyid Haşim Bəhrani, "Qayrətul-Məram",3/284–286Arxivləşdirilib 2021-10-06 at theWayback Machine
  110. Kuleyni, "əl-Kafi",1/348–349, Hüccət kitabı, bab 130, hədis 5Arxivləşdirilib 2022-07-10 at theWayback Machine
  111. Şeyx Tusi, "Təhzibul -Əhkam",4/148–149, hədis 36Arxivləşdirilib 2021-09-25 at theWayback Machine
  112. Şeyx Müfid, "İxtisas",səhifə 183Arxivləşdirilib 2021-09-24 at theWayback Machine
  113. Əbu Yala, "Müsnəd",2/334, hədis 1075Arxivləşdirilib 2020-10-21 at theWayback Machine
  114. əs-Süyuti, "əd-Durrul Mənsur", İsra surəsi 26-cı ayənin təfsiri
  115. 12Buxari, "əs-Səhih",3/142, Məğazi kitabı, bab 38, hədis 4240Arxivləşdirilib 2020-09-23 at theWayback Machine
  116. 1234Madelung, 1997. səh. 50 and 51
  117. 1234Qazwini, Ordoni, 1992. səh. 211
  118. ibni Şöbə ən-Nümeyr, "Tarixi-Mədinə",1/199
  119. Bəlazuri, "Futuhul-Buldan",səhifə 43 (40)Arxivləşdirilib 2016-03-05 at theWayback Machine
  120. Elməddin İmamqulu."İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi"(az.). saqaleyn.wordpress.com. 22 yanvar 2015.14 fevral 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 fevral 2015.
  121. Təfsir əl-Qummi, 2/158–159
  122. Təfsir Nur əs-Səqəleyn, 4/188
  123. Madelung, 1997. səh. 87 and 88
  124. Madelung, 1997. səh. 90
  125. Madelung, 1997. səh. 92–107
  126. Şeyx Müfid, "Kitabul-Cəməl",səhifə 100Arxivləşdirilib 2021-09-15 at theWayback Machine
  127. Seyyid Razi (r.ə), "Nəhcül-bəlağə",164-cü xütbəArxivləşdirilib 2014-11-05 at theWayback Machine
  128. Təbəri, "Tarixi Təbəri",3/375–376Arxivləşdirilib 2021-12-14 at theWayback Machine
  129. "Seyid Sadiq ər-Ruhaniyə (r.ə) göndərilən sual və onun cavabı".10 may 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 fevral 2015.
  130. "islamweb saytı, 2013/11/07 tarixi, 226477-ci fətva".20 oktyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 fevral 2015.
  131. Elməddin İmamqulu."İmam Əli (ə) üsyan zamanı Osman ibn Əffana köməkçi olubmu?"(az.). saqaleyn.wordpress.com. 1 aprel 2014.14 fevral 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 fevral 2015.
  132. "Arxivlənmiş surət".24 mart 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 fevral 2023.
  133. "Arxivlənmiş surət".8 fevral 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 fevral 2023.
  134. Robert G. Hoyland:In God's Path. The Arab Conquests and the Creation of an Islamic Empire [tr:Allah'ın Yolunda. Arap Fetihleri ve İslam İmparatorluğunun Yaratılışı] (2015)
  135. Madelung, 1997. səh. 313 and 314
  136. Madelung, 1997. səh. 334
  137. Holt, Lambton və Lewis, 1970. səh. 72
  138. Tabatabaei, 1979. səh. 195
  139. The Decline and Fall of the Roman Empire, London, 1911, volume 5, pp. 381–2

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

Həmçinin oxu

[redaktə |vikimətni redaktə et]

Orginal mənbə

[redaktə |vikimətni redaktə et]

İkinci dərəcəli mənbələr

[redaktə |vikimətni redaktə et]
Kitablar
Ensiklopediyalar

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BAVADV11005817 ·BIBSYS90156097 ·BNEXX1722249XX1179849 ·BNF13518682d ·CiNiiDA02412439 ·CONOR218642787 ·EGAXAvtls003778488 ·GND118846582 ·ICCUSBLV168948 ·ISNI0000000447153020 ·LCCNn50039100 ·NDL001284997 ·NKCjx20071219001 ·NLA35752825 ·NLG183517 ·NLPa0000001186121 ·NSK000104127 ·NTA070495289 ·NUKATn97084257 ·LIBRIS260995175707 ·SUDOC050192558 ·VIAF34436377 ·WorldCat VIAF34436377
⛭
⛭
Bağdad xəlifələri
(749–1258)
Qahirə xəlifələri
(1261–1517)
[B] Yalnız Bağdad şəhərində xəlifə olaraq tanınmış şəxslər.
⛭
Osmanlı xanədanlığı
Quruluş
Yüksəlmə
Durğunluq
Geriləmə
Dağılma
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Əli&oldid=8265842"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp