Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Əhməd xan Qubalı

Vikipediya, azad ensiklopediya
Əhməd Xan
Əhməd xan Fətəli xan oğlu
1789 –1791
ƏvvəlkiFətəli xan
SonrakıŞeyxəli xan
Şəxsi məlumatlar
Doğum tarixi1769(1769)
Doğum yeriQuba,Quba xanlığı
Vəfat tarixi1791(1791)(21–22 yaşında)
Vəfat yeriQuba,Quba xanlığı[4]
Dəfn yeriQırxlar qəbiristanlığı,Tuti Bikə türbəsi
Fəaliyyətixan
AtasıFətəli xan
AnasıTuti Bikə
DiniİslamŞiə[1][2][3]

Əhməd xanQuba xanlığının VII xanı.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Erkən illəri

[redaktə |vikimətni redaktə et]

Əhməd xan 1769-cu ildə anadan olmuşdur. O,Quba xanıFətəli xanınTuti Bikə xanımın böyük oğlu idi.

Hakimiyyəti

[redaktə |vikimətni redaktə et]

1789-cu ildəFətəli xanın vəfatından sonra böyük oğlu Əhməd xanlıq taxtına çıxdı. Əhməd atası kimi bacarıqlı deyildi. Fətəli xanın hakimiyyətinin son illərindəQuba xanlığı münasibəti yaxşılaşmışŞəki xanlığı ilə ixtilaf yenidən gücləndi vəMəhəmməd Həsən xan öz bibisi oğlu olan Əhməd xana qarşı qalxdı. Əhməd xana qarşı təkbaşına mübarizə aparmağın çətinliyini anlayan Şəki xanı bu işdə şamaxılılardan istifadə etməyi qərara aldı. KeçmişŞamaxı xanıMəhəmməd SəidinOsmanlı torpağlarında olan oğlanlarıƏsgər bəyQasım bəy,Ağası xanın oğluMustafa bəyFətəli xanın ölümünü eşidərək geri qayıtdılar,əvvəlcəQarabağa,oradan isəŞamaxıya gəldilər. ŞəkiliMəhəmmədhəsən xan onları silahlandırdı, bir vaxtlar Yeni Şamaxının hakimi olmuşHacı Məhəmmədəli xanın oğluManaf bəyi də onlara qoşub Şamaxıya hücum etdilər. Əhməd xan onların qarşısını almaq iqtidarında olmadığı üçün Qubaya çəkildi. Məhəmməd Həsən xan Şamaxıda sərkərlərin hakimiyyətini bərpa etdi. Yeni Şamaxının idarəsi isə Manaf bəyə həvalə olundu. Bir həftə sonra sərkərlər Yeni Şamaxını aldılar, zəif və qabiliyyətsiz Manaf bəyi öldürdülər. Məhəmməd Səid xanın oğlu Əsgər Şamaxı xanı elan olundu. Ağası xanın oğlu Mustafa bəy isəƏlvənddə Kotev adlı yerdə möhkəmləndi.1791-ci ildə Əhməd xanla bakılıII Mirzə Məhəmməd xan arasında narazılıq yarandı. Beləliklə, vaxtı iləFətəli xanın birləşdirilmiş Azərbaycan xanlıqları arasında ixtilaflar yarandı.

Ailəsi

[redaktə |vikimətni redaktə et]

Əhməd xan 1786-cı ildəTərkişamxalı Məhəmmədin qızı Kiçi Bikə ilə ailə qurmuşdur. Bu nikahdan onların övladı olmamışdır.[5]

Ölümü

[redaktə |vikimətni redaktə et]

1791-ci ildə Əhməd xanQubada vəfat etdi. Onun 13 yaşlı qardaşı,Salyanda naib olanŞeyxəli ağa tələsik Qubaya gəlib xan taxtına əyləşdi və öz yerinə 7 yaşlı qardaşıHəsən ağanıSalyan naibi təyin etdi.[6] DərbəndinQırxlar qəbiristanlığında,səkkizguşəli məqbərədə dəfn olunmuşdur.[7]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "A.A. - Bakıxanov. Gülüstani İrəm. Dördüncü fəsil.Səfəvilərin taxta çıxmasından Nadir şahın ölümünə kimi. s. 62"(PDF).4 dekabr 2011 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:28 yanvar 2019.
  2. .Валуев П. Н. Фатали-хан Кубинский / ред. И. П. Петрушевский. — Баку: Изд-во АзФАН, 1942. — С. 10-11.
  3. Родословная таблица Кубинских ханов //-Акты, собранные Кавказской археографической комиссией. — Тифлис, 1875.Arxivləşdirilib 2022-07-11 at theWayback Machine — Т. VI, ч.II. — С. 907.
  4. А.А.Бакиханов Гюлистани -и Ирам Издательство "Ельм", Баку -1991. səh.169
  5. История Дагестана. —М.: Наука, 1967. — Т. 1. — С. 382.
  6. Tofiq Mustafazadə. Quba xanlığı. Bakı, Elm-2005. səhifə 164.
  7. Алиев, Джабраил."Легендарная Тути-Бике". Дагестанская правда(rus).8 iyun 2025 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 iyun 2025.
⛭
Bakı xanlığı
Cavad xanlığı
Ərdəbil xanlığı
Gəncə xanlığı
İrəvan xanlığı
Maku xanlığı
Marağa xanlığı
Naxçıvan xanlığı
Quba xanlığı
Qarabağ xanlığı
Qaradağ xanlığı
Şirvan xanlığı
Sərab xanlığı
Şəki xanlığı
Talış xanlığı
Təbriz xanlığı
Urmiya xanlığı
Xalxal xanlığı
Xoy xanlığı
Zəncan xanlığı
Qəzvin xanlığı
Mərənd xanlığı
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Əhməd_xan_Qubalı&oldid=8221008"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp