Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Əcəm İraqı

Vikipediya, azad ensiklopediya
İraq-i Əcəmin yaşıl rənglə göstərildiyiYaxın Şərqin 1730-cü il xəritəsi.

Əcəm İraqı və yaİraq-i Əcəm (fars.عراقِ عجمİraq-i Əcəm,ərəb.عراق العجمİraq əl-Əcəm) —İranın qərbində tarixi bir bölgədir. Bu günİran sərhədləri daxilində qalır. QərbdənZaqros dağları şərqdənKəvir səhrası, şimaldanƏlborz dağlarına dayanır.Kirmanşah,Həmedan,İsfahan,Rey,QəzvinKaşan,Qum,Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur.

Əvvəlcə İslamdan əvvəlki dövrlərdəMidiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindənCibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə,Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı.[1]

Orta əsr tarixçisi və coğrafiyaşünasıYaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra CibaldakıHəmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı.[2] 13-cü əsrdə Monqolların İranahücumundan sonra Cibal adı tamamilə köhnəlmişdi. Sonrakı əsrdə coğrafiyaçıHəmdullah Qəzvini Cibal adından xəbərsiz idi və ərazini yalnız İraq-i Əcəm olaraq adlandırırdı.[2]

Osmanlı İmperiyası sultanıSüleyman Qanuninin İraqa səfərində Ərəb İraqı ilə birlikdə Əcəm İraqı da ələ keçirildi.

Sonralar, 20-ci əsrin əvvəllərinə qədər İrandakı İraq termini,Savə şəhristanının cənubu vəQumun qaərbi üçün daha kiçik bir bölgəyə aid idi. Bu bölgə hal-hazırdaƏrak adlandırılan Sultanabadın mərkəzində idi.[3]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Lockhart, 1965
  2. 12Bosworth, 1998
  3. de Planhol, 1986. səh. 247–248
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Əcəm_İraqı&oldid=7014685"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp