Əbu Səid Mehmed Əfəndi | |
---|---|
Əvvəlki | Zəkəriyazadə Yəhya Əfəndi |
Sonrakı | Muid Əhməd Əfəndi |
3 sentyabr 1651 –16 avqust 1652 | |
Əvvəlki | Qaraçələbizadə Əbdüləziz Əfəndi |
Sonrakı | Bahai Mehmed Əfəndi |
2 yanvar 1654 –11 may 1655 | |
Əvvəlki | Bahai Mehmed Əfəndi |
Sonrakı | Hüsamzadə Əbdürrəhman Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1593/1594 |
Doğum yeri | İstanbul,Osmanlı imperiyası |
Vəfat tarixi | İyun 1662 |
Vəfat yeri | |
Fəaliyyəti | hakim |
Atası | Xocasadəttinzadə Mehmed Əsad Əfəndi |
Uşağı | Əbusəidzadə Feyzullah Əfəndi |
Əbu Səid Mehmed Əfəndi (1593,İstanbul –iyun1662,İstanbul) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam.ŞeyxülislamXoca Sadəttin Əfəndinin nəvəsi,şeyxülislamMehmed Əsad Əfəndinin oğlu vəşeyxülislamƏbusəidzadə Feyzullah Əfəndinin atasıdır.Səidtəxəllüsü iləşeirlər yazmışdır.
1593-cü ildə (bəzi mənbələrə görə 1594)İstanbulda dünyaya gəlmişdir.Mədrəsə təhsilini tamamladıqdan sonra 1613–1621-ci illər ərzindəRüstəm Paşa,Mihrimah Sultan,Sahn-ı Səman,Şahzadəbaşı vəSüleymaniyyəmədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından 1621-ci ildəDəməşq, 1623-cü ildəBursa, 1624 və 1627-ci ildəİstanbul, 1629-cu idəAnadolu və 1630-cu ildə Rumeli başqazısı olaraq təyin edildi. Bir müddət sonra vəzifəsindən alındıqdan sonra 1640-cı ildə yenidən Rumeli başqazısı seçildi. 27 fevral 1644 tarixindəŞeyxülislamZəkəriyazadə Yəhya Əfəndinin vəfatı səbəbiləşeyxülislamlığa gətirildi. İki il bu vəzifədə qaldıqdan sonra 16 yanvar 1646-cı ildəşeyxülislamlıqdan azad edildi. 3 sentyabr 1651-ci ildə ikinci dəfəşeyxülislam seçildi. Bu əsnada Balizadə Mustafa ƏfəndiAnadolu başqazısı seçilmiş, buna etiraz edən və bu vəzifəni özünə layiq görənİstanbulqazısı Əsad Əfəndi ilə divan məclisi əsnasında dalaşmışdır. Çox sərt xasiyyəti olan Əbu Səid Əfəndinin bu hərəkəti üləmalar arasında narazılığa səbəb olmuş, bu səbəblə 16 avqust 1652 tarixində vəzifədən alınmışdır.
Buna baxmayaraq 2 il sonra üçüncü dəfəşeyxülislam seçilən Əbu Səid Əfəndi yenə dövlət idarəsinə qarışmağa başladı.SədrəzəmQoca Dərviş Paşanın vəzifədən alınıb yerinəİbşir Mustafa Paşanın gətirilməsində önəmli rol oyasa da, bu hərəkəti onun vəzifədən getməsinə səbəb oldu.İbşir Mustafa Paşaya qarşı çıxan üsyan əsnasındasədrəzəmlə birlikdəşeyxülislam Əbu Səid Əfəndinin də kəlləsi istənilirdi. Bu əsnada üsyançılarşeyxülislamın köşkünə hücum edib, ulu babasıHəsən Can dövründən toplanan bütün ailə xəzinəsini talan etdilər. Çətin vəziyyətdə qalanIV Mehmedİbşir Mustafa Paşanı üsyançılara təslim etsə də, üləmaların etirazı iləşeyxülislamın canını bağışladı və vəzifədən azad edərəkÇanaqqalaya sürgün etdi. Bir müddət sonrapaytaxta geri çağırılsa da, ömrü buna icazə vermədi. 1662-ci ili iyun ayında vəfat etdi. CənazəsiƏyyub Sultan məscidindəki ailə məzarlığına dəfn olunmuşdur.
ƏmisiƏbdüləziz Əfəndinin qızıyla evlənmişdir.