|
|---|
| Vey, Şu, U çarlıqlarının xəritəsi.262-ci il |
|---|
Şu (çin.ənən.蜀漢,sadə.蜀汉,pinyin:Shǔ Hàn, hərfi mənası: "Şu Han") —Üç çarlıq dövründə221 —263 cü illərdə mövcud olmuş dövlət .Şu çarlığının əsası, özünüHan sülaləsinin davamçısı sayan Lyu Bey (劉備) tərəfindən qoyulmuşdur. Lyu Bey “Sarı çalmalılar üsyanını” yatıraraq hakimiyyəti əlinə almış ordu sərkərdəsi olmuşdur. Etdiyi cəhdlərə baxmayaraq uzun müddət ona ərazi bütövlüyünü əldə etmək mümkün olmur. O, yaVey çarlığının hökmdarıÇao Çao, ya Yuan Şao, ya da Lyu Byaonun tabeçiliyinə keçirdi. Lyu Bey ordusuU çarlığının çarı Sun Çyuanın ordusu ilə müttəfiqləşərəkVey çarıÇao Çao üzərində qələbə çaldıqdan sonra,208 ci ildə nəhayət Lyu Bey Çzinçjounun şimal hissəsinə sahib olur. Daha sonra cənuba doğru irəliləyərək Ulin və Çanşa şəhərlərini də əlinə keçirərək,Yantszı çayı boyunca üzü yuxarı irəliləmiş olur.214 cü ildə İnçjounu fəth edir. Sonradan müttəfiqiU çarlığının çarı Sun Çyuana qarşı vuruşaraq, Çyinçjounu onunla bölüşdürmüşdür.219 cu ildə Lyu BeyÇao Çaodan Hançjun əyalətini almışdır. Beləliklə o, çarlığın ərazisini xeyli böyütməyə nail olmuşdur.
