Şri-Lanka, tarixi adı iləSeylon, başqa tarixi mənbələrdəSərəndib (سرنديب)[5] və ya rəsmi adı iləŞri-Lanka Demokratik Sosialist Respublikası —Cənubi Asiyadaada-dövlət. Şri-LankaHind okeanında Hindistandan 31 km cənubdaeyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır.
Hökumət qüvvələri iləTamil İlam Azadlıq Pələngləri (digər adı iləTamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi.
Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. HindistandanPolk boğazı vasitəsilə ayrılır.
Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır. 2,524 metr yüksəkliyində olan Pidurutalagala dağı ölkənin ən yüksək nöqtəsidir. Təbii qaynaqları arasında əhəng daşı, qrafit, mineral qumlar, filizlər, fosfatlar, gil və hidro enerji yer alır. Ölkədə baş verən əsas təbii fəlakətlər qasırğa və burulğanlardır.
Şri Lankada buddiizm dövlət dini kimi hələ birinci minillikdən əvvəl III əsrdə təsdiq olunub. Hal-hazırda buddizm txeravad formasında əhalinin 70 faizini əhatə edir. Üç böyük budda təriqəti geniş yayılıb: siam, amarapura, ramanna. Ölkənin ən böyük xalqı olan sinhalın çoxu buddistdir. Şri Lankanın 15 faiz əhalisi şivaizm formasında induizmə etiqad edir. İnduizm tamilərin böyük əksəriyyəti arasında geniş yayılıb. Ölkədə müəyyən qədər müsəlman (əhalinin 7 %) da yaşayır. Mavrlar (ərəblərin və hind-müsəlman tacirlərin nəsilləri), eyni zamanda burada yaşayan malaylar, əfqanlar, bəlucilər islam dininə etiqad edirlər. Ölkədə kifayət qədər xristianlar (8 %) da vardır. Bəzi sinhal və tamilər, eləcə də bürqerlər xristiandırlar. Xristianların əksəriyyəti katoliklərdir(1 mln. nəfər). Protestanlar da vardır ki, onların 42 min nəfəri anqilkan, 24 min nəfəri metodistlərdir. Bununla yanaşı cənubi Hindistan kilsəsinin tərəfdarları (6 min nəfər), yeddinci günün adventistləri, qurtuluş ordusunun tərəfdarları (5 min nəfər), reformatorlar (4 min nəfər), baptistlər (3 min nəfər), presviterianlar və başqaları da vardır. Şri Lankanın qədim əhalisi veddalardır, onlardan öz qədim ənənələrinə sadiq olan yalnız 3 min nəfər qalmışdır.
Şri-Lanka dualist formada idarəetmə üsuluna malikrespublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 4 fevralda qeyd olunur.Şri-LankaKonstitusiyası 1978-ci ilin sentyabr ayından qüvvədədir.
Şri-Lanka 3-cü dərəcəli dairə katibliklərini özündə birləşdirən 25 dairədən ibarət 9 əyalətə (Mərkəzi, Şərqi, Qərbi, Cənubi, Şimali, Şimal-Mərkəzi, Şimal-Qərbi, Sabaraqamuva və Uva) bölünür[6] .
MövcudKonstitusiya və qanunlar çərçivəsində vəzifəsini həyata keçirənPrezident ali qanunverici orqan qarşısında məsuliyyət daşıyır.Parlament üzvlərinin 2/3 hissəsinin dəstəyi və Ali Məhkəmənin razılığı ilə dövlət başçısına qarşı impiçment elan edilə bilər.
Prezident öz növbəsindəParlamentin sessiyasını təxirə salmaq və yaxud ləğv etmək, ali qanunverici orqanı zəruri hallarda (Parlamentin ən azı bir illik fəaliyyətindən sonrakı müddət ərzində) buraxmaq və erkən seçkilər təyin etmək, habelə əfv fərmanı imzalamaq səlahiyyətinə malikdir.
Baş nazir və Nazirlər Kabinetinin üzvləri, diplomatik nümayəndəliklərin başçıları, habelə bir sıra yüksək vəzifəli şəxslər dövlət başçısı tərəfindən təyin edilir.
225 nəfərdən ibarət birpalatalı Parlamentdir.Parlamentin üzvləri özünəməxsus proporsional sistem əsasında (hər hansı bir dairədə qalib gəlmiş partiya əlavə yer qazanır) ümumi və birbaşa səsvermə yolu ilə 6 illik müddətə seçilirlər.
Qanunvericilik hakimiyyətininKonstitusiya ilə nəzərdə tutulmuş əsas elementlərini ehtiva edən bir çox vəzifələrlə (illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalqmüqavilələrinratifikasiyası) yanaşı, qanunları qəbul etmək və imzalamaq səlahiyyəti yalnızParlamentə məxsusdur.
Parlament qarşısında kollektiv məsuliyyət daşıyan və ölkədə icra hakimiyyətini həyata keçirənHökumətiPrezident formalaşdırır. Dövlət başçısının müavini —Baş nazir bir qayda olaraq hakim partiyanın rəhbəridir və nazirliklərə ümumi nəzarəti, habelə Nazirlər Kabineti ilə dövlət başçısı arasında əlaqələndiricilik funksiyasını həyata keçirir.
İngilis vəmüsəlmanhüquq sistemlərinin elementlərini özündə birləşdirən Şri-Lankada məhkəmə hakimiyyəti, ölkənin ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, həmçinin Apelyasiya və aşağı instansiyaməhkəmələri tərəfindən həyata keçirilir.
Пузанов И. И. Жемчужина океана // Вокруг Азии / И. И. Пузанов; Художник М. Чубасов. — М.: Географгиз, 1957. — С. 165–367. — 368, [32] с. — 50 000 экз. (в пер.)
Поляркин В. А. Цейлон. — М.: Географгиз, 1959. — 56 с. — (У карты мира). (обл.)
Бонифатьева Л. И., Ершов Ю. А. Цейлон: Географический очерк / Л. И. Бонифатьева, Ю. А. Ершов; Отв. ред. В. Г. Яковлев. — М.: Географгиз, 1962. — 192, [16] с. — 6 000 экз. (в пер.)
Краснодембская Н. Г. От Львиного острова до Обители снегов / Н. Г. Краснодембская. — М.: Наука, 1983. — 112 с.
Бонифатьева Л. И., Сучков И. В. Шри-Ланка / Л. И. Бонифатьева, И. В. Сучков. — М.: Мысль, 1985. — 112 с. — (У карты мира). (обл.)
Нокс Р. Историческая повесть о Цейлоне: XVII век = An historical relation of Ceylon: XVIIth century / Роберт Нокс / Переводчик: Н. Г. Краснодембская. — СПб.: Петербургское востоковедение, 2007. — 284 с. — 1 000 экз. —ISBN 5-85803-341-7. (в пер.)