Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Şiəlik

Vikipediya, azad ensiklopediya
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Şiə müsəlmanları ibadət üçün toplanıblar (2019).

Şiəlik (ərəb.الشيعة) ―İslam dininin ikinci ən böyük məzhəbi.

Şiəliyin təqibçiləriƏli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini iddia edirlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir.

Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir.[1]

Etimologiya

[redaktə |vikimətni redaktə et]

"Şiə" sözünün mənası"izləyici","təqib edən" və ya"tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə"şiətul-Ali" (ərəb.شيعة علي) yəni"Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır[2]."Əli şiəsi","Əhli-beyt şiəsi" kimi ifadələrMəhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqdaİslam mənbələrində bəzi hədislər də mövcuddur. :

Sünni alimiMəciduddin Firuzabadi öz lüğətində belə yazır :

"Şiə adıƏli (ə) vəƏhli Beyt (ə) tərəfdarlarına verilən ad idi. Sonradan bu ad onlar üçün rəsmiləşdi."

Cabir ibn Abdullah Ənsari (r.ə.) belə buyurub :

Rəsulallahın (s) hüzurunda olduğumuz bir vaxtaƏli ibn Əbu Talib (ə) otağa daxil olduqda,Peyğəmbər (s) buyurdu:

"Canım əlimdə Olana and olsun ki, bunun (Əliyə işarə) şiələri qiyamət günü qurtuluşa yetişəcəklər".

Bu əsnada zikr edilən ayə ("İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh"[3]) nazil oldu".[4] "Həmin ayə nazil olduqda,Rəsulallah (s)Əliyə (ə) belə buyurdu: "Sən və şiələrin, qiyamət günüAllah sizdən, sizin dəAllahdan razı olduğunuz halda gələcəksiniz".[5]

İbni Abbas (r.ə.) deyir:

"İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh" ayəsi[6] nazil olduqdaPeyğəmbər (s)Əliyə (ə) buyurdu:

"Bu ayədə buyurulan şəxslər sən və sənin şiələrindir ki, qiyamətdə razılıq və sevincdə olacaqsınız vəAllah da sizdən razı olacaqdır".[7][8][9]

Peyğəmbərimiz (s) belə buyurub :

"YaƏli! Allah-təalanın; "İman gətirib saleh əməldə olanlar, yaradılmışların ən xeyirliləridir"[10] buyurduğunu eşitmədinmi ? Bax, onlar sənin şiələrindir; mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, "Əl və dəstamaz əzaları nurlu olanlar" deyə çağrılacaqsınız".[11][12][13][14]

Cabir ibn Abdullah Ənsari (r.ə.) belə buyurub :

"Rəsulallahın (s) hüzurunda idik.Əli (ə) bizə doğru gəldi,Peyğəmbər, "QardaşımƏli yanınıza gəldi" buyurdu. SonraKəbəyə tərəf yönəldi vəƏlinin (ə) əlini tutub, belə buyurdu: "Canım əlində olana and olsun ki, buƏli və şiələri qiyamət günü qurtuluşa çatanlardırlar"… "Əli hamınızdan daha əvvəl iman gətirdi; O,Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən vəAllah qatında məqamı ən uca olandır".[15]

"İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh" ayəsi nazil olduqda,Rəsulallah (s)Əliyə (ə) buyurdu: "YaƏli! Sən və şiələrin xeyrul-bəriyyəsiniz (yaradılmışların ən xeyirlisisiniz).; Sən və şiələrin, qiyamət günüAllah sizdən, siz dəAllahdan razı olduğunuz halda gələcəksiniz; düşmənlərin isə, qəzəbli və (boyunlarına halqalar keçirildiyinə görə) başları yuxarı qalxmadığı bir halda gələrlər".[16][17][18]

Peyğəmbərimiz (s) belə buyurub:

"YaƏli ! Sən, səhabələrin və şiələrincənnətdə olacaqsınız; sənin düşmənlərin isə,cəhənnəm atəşindədirlər".[19][20]

Peyğəmbərimiz (s)Hz. Əli (ə)-a buyurub :"Sənin ümmətin arasındakı məsəlin, Məsih İsa bin Məryəmin məsəli kimidir. Çünki onun qövmü üç firqə oldu: bir firqə həvarilər olan mö᾽minlər, bir firqə yəhudi olan düşmənlər, bir firqə də, o həzrət haqqında həddi aşan ğulat (ifratçılar,Hz. ƏliniAllahAllahın şəriki bilənlər). Ümmətimdə sənin haqqında üç firqə olacaq: Bir firqə mö᾽min olan şiələrin, bir firqə əhd və bey´əti pozan düşmənlərin, bir firqə də, azğın olan və sənin haqqında həddi aşan ifratçılar. YaƏli! Sən və şiələrincənnətdəsiniz, şiələrinin dostları dacənnətdədir; düşmənlərin və sənin haqqında həddi aşanlar isə,cəhənnəm odundadırlar".[21]

"İslamdaMəhəmməd peyğəmbərin öz zamanında ortaya çıxan ilk ad "şiə"dir.Səhabələrdən dörd nəfəri "şiə" ləqəbiylə çağırırdılar:Əbuzər Ğəffari;Salman Farsi;Miqdad ibn ƏsvədƏmmar ibn Yasir.[22][23]

Şiə sözü son zamanlarda, dünyada,cəfəri məzhəbinə verilmiş ad kimi də tanınır[24]. Lakin şiə dedikdə tək cəfəri şiələri yox "İslamiyyətdə Əli-yə yoldaş" olan kimsələr nəzərdə tutulur.

Tarix

[redaktə |vikimətni redaktə et]

Əli (ə)-ın şiələri adı ilə tanınan şiəlik məktəbinin başlanmasıPeyğəmbəri-Əkrəmin (s) həyatı dövrünə qayıdır. 23 illik peyğəmbərlik dövründə islami təbliğat və çağırışların genişlənməsi ilə əlaqədar baş verən bir çox hadisələr, şübhəsiz,Peyğəmbərin (s) səhabələri arasında belə bir cəmiyyətin yaranmasını tələb edirdi. O hadisələr aşağıdakılardır:

Besətin ilk günlərindəAllah tərəfindənPeyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbasını dinə dəvət etmək əmr olundu.

"(YaPeyğəmbər,) ən yaxın qohum-əqrəbalarını (Allahdan) qorxut."[25]

Bu zaman Həzrət aşkar şəkildə buyurdu ki, sizlərdən hər kəs ilk olaraq mənim də`vətimə müsbət cavab versə mənim vəzirim, canişinim və vəsimdir.Əli hamıdan əvvəl islamı qəbul edərək Peyğəmbərə (s) iman gətirdi və verilən vədələrə layiq görüldü. Bu hədislə əlaqədar Əli buyurur:

"Mən hamıdan kiçik olduğuma baxmayaraq dedim: "Mən sənin vəzirin olaram."Peyğəmbər (s) əlini mənim çiynimə qoyaraq buyurdu: "Bu şəxs mənim qardaşım, vəsim və canişinimdir[26][27][28][29][30][31][32][33][34][35], ona itaət edin." Camaat gülübƏbu Talibə dedilər: "Sənə əmr etdi ki, öz oğluna itaət edəsən!"[36][37][38][39]

Bu hədisi-şərifdə və digər hədislərdə həzrətPeyğəmbərin (s) buyurduğu "min" kəlməsi ya mini bəyaniyyədir; yə᾽ni "Mənim ölümümdən sonra<" və ya mini ibtidaiyyədir; yə᾽ni "Öldüyüm andan etibarən sən ümmətimin xəlifəsisən".Hər iki halda da,ƏlininHz. Peyğəmbərdən sonra, bütün ümmətəAllahRəsulunun xəlifəsi olduğu açıq-aydın əsaslandırılmış olur.

Adətən, hər hansı bir cərəyanın rəhbəri öz hərəkat və qiyamının ilk günlərində dostlarından birini vəzir və canişin olaraq başqalarına təqdim edir; o rəhbər belə bir şəxsi onun yolunda canından keçməyə hazır olan fədakar insanlara tanıtdırır.

b) Həm sünni, həm də şiə mənbələrinin nəql etdiyi mütəvatir hədislərə əsasən,Peyğəmbəri-Əkrəm (s) aşkar şəkildə buyurmuşdur ki,Əli danışıq, əməl və rəftarında hər növ xəta və günahdan uzaqdır.[40] Onun dediyi hər bir söz, etdiyi hər bir iş dini əsaslarla tamamilə müvafiqdir; o, islam maarifi və şəriət hökmlərini hamıdan yaxşı bilir.[41]

c)Əli misilsiz xidmətlər və vəsfolunmaz fədakarlıqlar göstərmişdir.Əli (ə)-ın Peyğəmbərin (s) hicrət gecəsində onun yatağında yatmasını buna misal göstərmək olar.[42]Bədr, Ühüd, Xəndək və Xeybər müharibələrində düşmənlərƏli (ə)-ın əli ilə məğlub edilməsəydi, islamçılar onların vasitəsilə məhv olub aradan gedəcəkdi.

d) "Qədir-Xum" hadisəsindəPeyğəmbər (s)Əli (ə)-ı bütün insanların vilayət və rəhbərliyinə tə`yin edərək, onu da özü kimi ümmətin rəhbəri e`lan etdi.[43][44][45][46][47][48][49][50][51][52][53][54][55][56][57][58][59][60][61][62][63][64][65].Aydındır ki, hamının fikir birliyində olduğu bu kimi imtiyazlar[66][67][68][69][70] və Peyğəmbəri-Əkrəmin (s) Əli (ə)-a dərin məhəbbəti fəzilət və həqiqət aşiqi olan səhabələrdən bir qrupunun Əli (ə)-ı sevərək onun ətrafında birləşməsinə və ona itaət etmələrinə səbəb olurdu. Bunun müqabilində başqa bir qrup da o həzrətə qarşı həsəd və kin-küdurət bəsləyirdilər.

Şiəliyin firqələrə bölünməsi

[redaktə |vikimətni redaktə et]

Hər bir məzhəbin bir sıra özünəməxsus məsələləri vardır ki, onun ilkin qayda və prinsiplərini təşkil edir; ikinci dərəcəli məsələlər və həmin məzhəb ardıcılları tərəfindən qəbul edilən müştərək məsələ-lərdən əlavə, onların ixtilaflı olduğu təfərrüat isə "şöbələr" adlanır.Şöbə və ya firqələrə ayrılma bütün dinlərdə, xüsusilə dörd səmavi din olan xristianlıq, yəhudilik, məcusluq və islamda da mövcuddur. Şiə məzhəbiƏhli-beytdən olan rəhbərlərin (Əli,Həsən ibn Əli,Hüseyn ibn Əli) dövründə heç bir şöbəyə parçalanmamışdır. LakinHüseyn öldürüldükdən sonra şiələrin əksəriyyətiƏli ibn Hüseynin imamətinə inandılar.Keysaniyyə adı ilə məşhur olan və azlıq təşkil edən bir dəstə isəƏlinin üçüncü oğluMəhəmməd ibn Hənəfiyyəni imam hesab edərək onu vədə verilənMehdi adlandırdılar; onların əqidəsinə görəMəhəmməd ibn Hənəfiyyə,Rəzva dağında qeybə çəkilmişdir və bir vaxtda zahir olacaqdır.

Əli ibn Hüseynin vəfatından sonra şiələrin əksəriyyəti onun oğluMəhəmməd Baqirin imamətinə inandılar; yenə də azlıq təşkil edən bir dəstəƏli ibn Hüseynin öldürülmüşZeyd adlı başqa bir oğlunun imamətinə inanaraq,zeydiyyə adlandılar.

Məhəmməd Baqirin vəfatından sonra şiələrin əksəriyyəti onun oğluCəfər Sadiqi imam kimi tanıdılar.

Cəfər Sadiq də vəfat etdikdən sonra şiələrin əksəriyyəti onun oğluMusa Kazımı yeddinci imam kimi qəbul etdilər. Az bir dəstə isə altıncı imamCəfəri Sadiqin sağlığında vəfat edən oğluİsmayılı imam hesab etdilər. Bunlar da əksəriyyət təşkil edən şiələrdən ayrılaraqismailiyyə adı ilə məşhurlaşdılar. Bəziləri də o həzrətinAbdullah adlı oğluna, digərləri isə onunMəhəmməd adlı başqa bir oğlunun imamətinə inandılar; digər bir qrup isə imamətin o həzrətdə sona çatdığını güman edərək onu axırıncı imam hesab etdilər.

Musa Kazımın ölümündən sonra şiələrin əksəriyyətiƏli Rzanı səkkizinci imam hesab etdilər; bəziləri də imamətin yeddinci imamda başa çatdığına əqidə bəsləyərək,Vaqifilik adı ilə məşhurlaşdılar.

Səkkizinci imamdan on ikinci imama qədər nəzərə çarpacaq parçalanma baş vermədi; baş versə də, bir neçə gündən sonra öz-özünə məhv olub aradan getdi. Misal üçün, onuncu imamın oğluCəfər, öz qardaşıHəsən Əskərinin vəfatından sonra imamət iddiası etdi; bir neçə nəfər ona inandı, lakin bir neçə gündən sonra onlar da onun ətrafından dağıldılar vəCəfər də öz iddiasından əl çəkdi.

Şiəlikdən ayrılan və əksəriyyət qarşısında dayanan bu firqələr az bir müddət ərzində aradan getdilər; bunlardan yalnızzeydiyyəismailiyyə firqələri qaldı. Hal-hazırda da onlardan bir dəstəsiYəməndə,Hindistanda,Livanda və başqa yerlərdə yaşayırlar.[71]

Əqidə

[redaktə |vikimətni redaktə et]

Şiə məzhəbinin əsas prinsipiAllahı yeganə tanrı kimi tanımaq,Məhəmməd Peyğəmbərə (s) və onunƏhli-Beytinə tabe olmaqdır. Şiəliyisünnilikdən fərqləndirən isə ilk üç xəlifəni (Əbubəkr,Ömər,Osman) qəbul etməmələridir. OnlarƏli ibn Əbu Talibi möminlərin ilk xəlifəsi kimi tanıyırlar.

Şiə məzhəbi Peyğəmbərin (s) və Onun Əhli-Beytinin məsum olduğunu vurğulayır.

Müaviyə və Əli

[redaktə |vikimətni redaktə et]

656-cı ildə III Ərəb İslam xəlifəsiOsman ibn Əffan öldürüləndən sonra bir qrup səhabələrdən ibarət şura məclisi tərəfindənƏli IV Ərəb İslam xəlifəsi seçilmişdir. Və demək olar ki, əksəriyyət müsəlmanlarƏliyə beyət etmişlər. Sabiq xəlifəOsman ibn Əffanın qohumu,Şam valisiMüaviyə ibn Əbu SüfyanƏliyə qarşı çıxmış və onun xilafətini tanımadığını açıqlamışdır. Sonradan bu münaqişə müharibəyə gətirmişdir. Nəticədə iki tərəfSiffeyn döyüşündə üz-üzə gəlmişdir.Əhli Sünnə bütün bu olanlara baxmayaraqMuaviyyənin səhabə və Quran katibi olduğunu deyir, adının əvvəlində (həzrət) və sonunda (r.ə.) (Radiyallahu ən) deyilməsini müstəhəb şərt hesab edirlər. Əhli Şiə isə bütün bu hadisələrin səbəbkarının Muaviyyə olduğunu söyləyir və onu lənətləyirlər. Bu hərəkətlərinə əsas olaraq isə bəzi səbəbləri açıqlayırlar.

Şiələr iddia edirlər ki,MəhəmmədinƏli haqqındakı bu hədisinə əsasənMuaviyəAllaha qarşı çıxmışdır.

"ƏliQuranladırQuran daƏli ilədir. Bunlar hovuzun başında mənə gəlincəyə qədər əsla bir-birilərindən ayrılmazlar.Əli məndəndir, mən dəƏlidənəm. Kim ona pis söz desə, şübhəsiz mənə pis söz demişdir və kim mənə pis söz desə, şübhəsizAllaha pis söz demişdir.[72][73][74][75][76][77][78][79][80][81]

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Qurani Kərim
  • Əllamə Təbətəbai, "İslamda Şiəlik", Bakı, "Nur" Mədəniyyət Mərkəzi, 2002, 260 səh.
  • Yəqubi, "Tarixi Yəqubi".
  • Seyyid Məhəmməd Şirazi, "Şebha-i Peşavər".

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Mapping the Global Muslim Population". 7 oktyabr 2009.14 dekabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 dekabr 2014.The Pew Forum's estimate of the Shia population (10–13%) is in keeping with previous estimates, which generally have been in the range of 10–15%.
  2. şîî(a.s) şia mezhebinden olan, hilafetin Hz. Ali ve onun soyunun olması gerektiği görüşünü savunan, Hz. Ali (r.a.) taraflısı.
  3. "Bəyyinə" surəsi, 7-ci ayə
  4. Cəlaləddin Süyuti, "Dürrül-Mənsur fi kitabillahi bil-Mə᾽sur" (Əbül-Qasim Əli bin Həsəndən (İbni Əsakiri Dəməşki))
  5. Cəlaləddin Süyuti, "Əd-Durrul-Mənsur fi kitabillahi bil-Mə᾽sur" (İbni Ədidən, o daİbni Abbasdan)
  6. "Bəyyinə" surəsi 7-сi ayə :"İman gətirib saleh əməllər edənlər isə, yaradılmışların ən xeyirliləridirlər.
  7. Cəlaləddin Süyuti, "Əd-Durrul-Mənsur fi kitabillahi bil-Mə᾽sur" , 6-cı cild, 379-cu səh.
  8. "Ğayətul-məram", 326-cı səh.
  9. Hafiz Əbu Nəimi İsfahani Əhməd bin Əbdullah, "Hilyətul-övliya".
  10. Bəyyinə" surəsi 7-сi ayə
  11. Əbul Müəyyid Müvəffəq bin Əhməd Xərəzmi, "Mənaqib", 17-ci bölüm.
  12. Hakim Əbül Qasım Ubeydullah bin Əbdullahil əl-Həskani, "Şəvahidut-tənzil fi qavaidil-təfsil".
  13. Məhəmməd bin Yusif Gənci əş-Şafei, "Kifayətut-Talib", səh. 119.
  14. Sibt ibn Covzi, "Təzkirətul-xuvasul-uməti fi mə᾽rifətil-əimməti", səh. 31
  15. Əbul Müəyyid Müvəffəq bin Əhməd Xərəzmi, "Mənaqib", 9-cu bölüm.
  16. Əhməd ibn Hacər Heytəmi, "Səvaiqül Mühriqə", 11-ci bab. (Cəmaləddin Məhəmməd ibn Yusif Zərəndi Mədənidən)
  17. İbn Səbbaq Nuriddin Əli ibn Məhəmməd ibn Əhməd Maliki Məkki, "Fusulul Muhimmə", səh. 122 (İbn Abbasdan)
  18. Əllamə Səmhudi, "Cəvarihul Əqdeyn", (Cəmaləddin Məhəmməd ibn Yusif Zərəndi Mədənidən)
  19. Mir Seyid Əli Həmədani əş-Şafei, "Məvəddətül Qurba" (Ümmü-Sələmədən)
  20. İbni Hacər Məkki, "Səvaiqül-Mühriqə" (Ümmü-Sələmədən)
  21. Əbul Müəyyid Muvəffəq ibn Əhməd Xarəzmi, "Mənaqib", 19-cu bölüm
  22. Hafiz Əbu Xatəmi Razi, "əz-Zinət"
  23. "Hazirul-Alimil-İslamiy", c. 1, səh. 188
  24. Şiiözel, isim (şii:) Arapçaözel, isim Şiilik mezhebinden olan kimseTürk Dil Qurumu rəsmi saytı, şiə[ölü keçid]
  25. "Şuəra" surəsi, ayə-214
  26. İmam Əhməd bin Hənbəl "Müsnəd"
  27. Mir Seyid Əli Həmədani əş-Şafei "Məvəddətul-Qurba", 4-cü məvəddənin sonu
  28. Mir Seyid Əli Həmədani əş-Şafei "Məvəddətul-qurba", 6-cı məvəddənin əvvəli (Ənəs bin Malikdən)
  29. İbni Məğazili (Şafei) "Mənaqib"
  30. Əbül Qasım Hüseyn bin Məhəmməd Rağib İsfahani, "Mühazirətül-Üdəba və Mühavəratüş-Şüəra vəl-bğüləğa", ΙΙ cild, 213-cü səh. (Ənəs bin Malikdən)
  31. Məhəmməd ibn Yusif Gənci əş-Şafei, "Kifayəut-Talib" (Əbuzər Ğəffaridən)
  32. Beyhəqqi, "Mənaqib"
  33. Xətib Xarəzmi, "Mənaqib"
  34. İbni Məğazili əş-Şafei, "Mənaqib"
  35. İmam Əbu Əbdürrəhman Nəsai, "Həsaisul-Ələviyyə" 23-cü hədis (İbni Abbasdan)
  36. "Tarixi Təbəri", 2-ci cild, səh-321
  37. "Tarixi Əbil Fida", 1-ci cild, səh-116
  38. "Əl-bidayətu vən-nihayə", 3-cü cild, səh-39
  39. "Həyatul-məram", səh-320
  40. Ümmü Sələmə deyir ki,Peyğəmbər belə buyurdu: "Əli həmişə haqq vəQuran ilədir, haqq vəQuran da həmişə onunladır və qiyamətə qədər bir-birindən ayrılma-yacaqlar", (Bu hədissünnülərdən 15 yol ilə, şiələrdən isə 11 yolla nəql olunmuşdur.)
  41. Peyğəmbər (s) buyurmuşdur: "Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsiƏliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur." ("Əl-bidayətu vən-nihayə", 7-ci cild, səh-359)
  42. Məkkə kafirləriHz. Məhəmmədi (s) qətlə yetirmək məqsədilə onun evini mühasirəyə aldıqları zamanPeyğəmbər (s)Mədinəyə hicrət etməyi qərara aldı və Əli (ə)-a buyurdu: "Bu gecə mənim yatağımda yatmağa razısanmı? Qoy mənim yatdığımı güman etsinlər və onların tə᾿qibindən amanda qalım?"Əli (ə) bu təhlükəli vəziyyətdə bu təklifi cani-dildən qəbul etdi.
  43. Həskani Əbu Səid Xudri-dən c.1, s.157, h:211,212
  44. Həskani Əbu Hureyrədən c.1 s.158, h:213
  45. Əhməd ibn Hənbəl, "Müsnəd", c.4, s. 281
  46. "Tarixi İbni Kəsir", c.5, s.210
  47. "Süneni İbni Mace", "Fazlu Ali" babı
  48. "Riyadun Nadirə", c.2, s.169"
  49. "Ğayətul-məram"ın səh. 79
  50. "Əbəqat", "Qədir" bölməsi
  51. Cəlaləddin Siyuti, "Durrul-mənsur", cild-2 səh.-298
  52. Hafiz ibn Əbu Hatəm Razi, "Təfsiri-Qədir"
  53. Hafiz Əbu Cəfər, "Kitabul-Vilayət"
  54. Hafiz Əbu Abdullah, "Amili"
  55. Hafiz Əbu Bəkr Şirazi, "Ma nəzələ minəl-Quran fi Əmiril-muminin"
  56. Hafiz Əbul-Qasim Həskani, "Şəvahidut-tənzil"
  57. Bədruddin Hənəfi, "Usidətul-qari fi şərhi səhihi Buxari", cild-8, səh.-548
  58. İmam Fəxri Razi, "Təfsiri-kəbir", cild-3, səh.-636
  59. Nizaməddin Nişapuri, "Təfsir", cild-6, səh.-170
  60. Seyyid Şəhabuddin Alusi Bağdadi, "Ruhul məani", cild-2, səh-348
  61. Nurədin ibn Səbbağ Maliki, "Fusulul-muhimmə", əh.-27
  62. Əli ibn Əhməd Vahidi, "Əsbabun-nuzul", səh.-150
  63. Məhəmməd ibn Təlhə Şafei, "Mətalibus-iyul", səh.-16
  64. Mirseyyid Əli Həmədani Şafei, "Məvəddətul-Qurba", məvəddə-5
  65. Şeyx Süleyman Bəlxi Hənəfi, "Yənəbiul-məvəddəh", bab-39
  66. "Tarixi Yə᾿qubi" (Nəcəf çapı), 2-ci cild, səh-137 və 140
  67. "Əbil Fidanın tarixi", 1-ci cild, səh-156
  68. "Səhihi Buxari", 4-cü cild, səh-107
  69. "Murucuz-zəhəb", 2-ci cild, səh-437
  70. İbni Əbil Hədid, "Nəhcül-bəlağənin şərhi", 1-ci cild, səh 127 və 161
  71. Əllamə Təbətəbai, "İslamda Şiəlik", Bakı, "Nur" Mədəniyyət Mərkəzi, 2002, səh. 75–77
  72. Hakim, "Müstəsrək", c.3, s.124
  73. Əhməd ibn Hənbəl, "Müsnəd"
  74. Təbərani, "Əvsət"
  75. İbn-i Məğazili, "Mənaqib"
  76. Möttəki Hindi, "Kənzul Ummal", c.6, s.153
  77. Himvini, "Fəraid"
  78. İbn-i Hacər-i Məkki, "Səvaiq", s. 74,75
  79. Süleyman Bəlxi əl-Hənəfi, "Yənabiul Məvəddət"
  80. Cəlaləddin Süyuti, "Tarixul Xüləfa", s. 116
  81. Əbu Əbdürrəhman Nəsai, "Xəsaisul Ələviyyə"

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Şiəlik&oldid=8221547"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp