Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Şamaxı FK

Vikipediya, azad ensiklopediya
Şamaxı FK
Loqonun şəkli
Klubun tam adıŞamaxı Futbol Klubu
ÖlkəAzərbaycanAzərbaycan
Ləqəb(lər)şirlər
Rəng(lər)ağ-qırmızı
Yaranma tarixi1997(28 il əvvəl) (1997)[1]
StadionuŞamaxı Şəhər Stadionu
Tutumu2.200
PrezidentiAzərbaycan Elçin Usub
Baş məşqçisiAzərbaycanAyxan Abbasov
LiqaAzərbaycanAzərbaycan Premyer Liqası
2024-257
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şamaxı FKAzərbaycanınŞamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib.

2004-cü ilə kimiXəzər Universiteti, 2017-ci ilə kimi"İnter", 2022-ci ilə kimi isə"Keşlə" adı altında mübarizə aparıb.

Tarixi

[redaktə |vikimətni redaktə et]
"Keşlə" adı altında çıxış edərkən istifadə olunan loqosu.

"Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır.Azərbaycanın özəl ali təhsil ocaqlarından olanXəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.

Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.

  • Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:-) və 2:1.
  • İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.

Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı. 2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də, yekun cədvəldə 7-ci pillə ilə kifayətlənib. 14-cü Milli çempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəldə 4-cü yerdən yuxarı qalxa bilməmişdir. Gənc komanda olmasına baxmayaraq, 2007–2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatda isə 2-ci yeri tutub. 2009–2010-cu il mövsümündə "İnter" ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdur[2].

2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb.[3] 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarınıŞamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.[4]

Liqa və kubok tarixi

[redaktə |vikimətni redaktə et]
MövsümLiqaAzərbaycan kubokuBombardir
Div.YerOy.QHMVQBQXAdıLiqa
1999–001112253141941181/8 FinalAzərbaycanSamir Ələkbərov7
2000–0117209292638291/8 FinalAzərbaycan Ramin Nəsibov8
2003–2004142615654316511/8 FinalGürcüstan A. Soxadze6
2004–200517341996442466FinalçıAzərbaycanElşən Məmmədov10
2005–2006142614843514501/4 FinalNigeriyaIdahor6
2006–200714241365361245YarımfinalAzərbaycanSamir Əliyev6
2007–200811261844551858FinalçıAzərbaycanXəqani Məmmədov19
2008–200912261871541661FinalçıUruqvayValter Quqlielmone17
2009–10113222128583778YarımfinalLitvaRobertas Poşkus12
2010–11153213109292449FinalçıLitvaRobertas Poşkus5
2011–1213321688292156YarımfinalGürcüstanBaçana Tsxadadze7
2012–13133216973822571/4 FinalGürcüstanBaçana Tsxadadze8
2013–14123620796037671/4 FinalAzərbaycanVaqif Cavadov16
2014–15123217123552063YarımfinalİspaniyaMikel Alvaro9
2015–16143616119392859YarımfinalAzərbaycanNizami Hacıyev /AzərbaycanMirsahib Abbasov6
2016–17132811107393343YarımfinalAzərbaycanRauf Əliyev11
2017–1816288713293931QalibAzərbaycanPərdis Fərcad-Azad /RumıniyaAdrian Skarlataçe /AzərbaycanSlavik Alxasov4
2018–19182865172945231/4 FinalAzərbaycanAmil Yunanov /ToqoConatan Ayite5

Uğurları

[redaktə |vikimətni redaktə et]
  • Azərbaycan çempionatı:
    • 1ÇempionQızıl medal (2) — 2007/2008, 2009/2010
    • 2Gümüş mükafatçıGümüş medal (3) — 2008/2009, 2013/2014, 2014/2015
    • 3Bürünc mükafatçıBürünc medal (3) — 2011/2012, 2012/2013, 2019/2020
  • Azərbaycan Kuboku:
    • 1ÇempionQızıl medal (2) — 2017/2018, 2020/2021
    • 2Gümüş mükafatçıFinalçı (4) — 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011
  • Azərbaycan Birinci Liqası:
    • 1ÇempionQızıl medal (1) — 2023/2024
  • Birlik Kuboku:

Keşlə Avrokuboklarda

[redaktə |vikimətni redaktə et]

Son yenilənmə: 2020-ci il

TurnirOyunlarQHMVQBQ
UEFA Çempionlar Liqası613235
UEFA Avropa Liqası2612773729
UEFA İntertoto Kuboku430164
Cəmi361610104638
MövsümTurnirMərhələKlubEvQonaqÜmumi
2004UEFA İntertoto Kuboku1RAvstriyaBreqens2–13–05–1
2RFinlandiyaTampere Yunayted1–00–31–3
2008–09UEFA Çempionlar Liqası1MŞimali MakedoniyaRabotniçki0–01–11–1(a)
2MSerbiyaPartizan1–10–21–3
2009–10UEFA Avropa Liqası2MSlovakiyaSpartak Trnava1–21–31–5
2010–11UEFA Çempionlar Liqası1MPolşaLex Poznan0–11–01–1(8–9p.)
2012–13UEFA Avropa Liqası1MEstoniyaNarva Trans5–02–07–0
2MYunanıstanAsteras Tripolis1–11–12–2(2–4p.)
2013–14UEFA Avropa Liqası1MFinlandiyaMariehamn1–12–03–1
2MNorveçTromsö1–00–21–2
2014–15UEFA Avropa Liqası1MMoldovaTiraspol3–13–26–3
2MİsveçElfsborq0–11–01–1(3–4p.)
2015–16UEFA Avropa Liqası1MAlbaniyaLaçi0–01–11–1(a)
2MİslandiyaHafnarfyordur2–2(ə.v.)2–14–3
3MİspaniyaAtletik Bilbao0–00–20–2
2017–18UEFA Avropa Liqası1MSerbiyaMladost Luçani2–03–05–0
2MLüksemburqFola Eş1–01–42–4
2018–19UEFA Avropa Liqası1MMaltaBalzan2–11–43–5
2020–21UEFA Avropa Liqası1MAlbaniyaLaçi0–0(4–5p.)
2021–22UEFA Konfrans Liqası2MRusiyaSoçi2–40–32–7

Heyəti

[redaktə |vikimətni redaktə et]
19 yanvar 2025 tarixində yenilənib
NömrəÖlkəMövqeyiFutbolçu
1PortuqaliyaGKRikardo Fernandes
3UkraynaDFVladislav Veremeyev
5AzərbaycanDFArsen Ağcabəyov
6AzərbaycanMFRauf Rüstəmli
9AlbaniyaFWBelajdi Pusi
10AzərbaycanMFEmin Zamanov
12BraziliyaFWMaykl Tuik
14AzərbaycanFWVüsal Məsimov
17AzərbaycanMFRafael Məhərrəmli
18AzərbaycanDFCəlal Hüseynov
19AzərbaycanMFFəxri Məmmədli
NömrəÖlkəMövqeyiFutbolçu
20AlmaniyaFWLeroy Mikels
23AzərbaycanFWMurad Vəliyev
24AzərbaycanMFEdqar Adilxanov
30RumıniyaMFAndrey Tırkovyanu
32MonteneqroDFVasiliye Radenoviç
60AzərbaycanMFSəbayil Bağırov
62AzərbaycanGKAbdulla Seyidəhmədov
66SerbiyaDFVasiliye Bakiç
82AzərbaycanDFRüfət Abbasov
85AzərbaycanGKKamal Bayramov
93FransaMFBrahim Konate

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Haqqında". Shamakhifc.az.1 sentyabr 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 sentyabr 2024.
  2. Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi?Arxivləşdirilib 2022-02-18 at theWayback Machine  (az.)apasport.az tarixi:2010.11.27
  3. "Peşəkar Futbol Liqasının məlumatı 2017–10–28".25 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 oktyabr 2017.
  4. ""Keşlə"nin adı dəyişdi".10 noyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 noyabr 2021.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Foto, video və audio
Tematik saytlar
Normativ yoxlama
VIAF164461373 ·WorldCat VIAF164461373
⛭
Stadionlar
Mövsümlər
Digər
⛭
Şamaxı FK – cari heyət
⛭
Mövsümlər
Yüksək Liqa
Premyer Liqa
Komandalar
2025/2026
Keçmişdə
Digər
⛭
Qarabağ (11)  •Neftçi (9)  •Kəpəz (3)  •Şəmkir (2)  •Bakı (2)  •Şamaxı (2)  •Turan Tovuz FK (1)  •Xəzər-Lənkəran (1)
⛭
Mövsümlər
1993 •1994 •1995 •1996 •1997 •1998 •1999 •2000 •2001 •2002 •2003 •2004 •2005 •2006 •2007 •2008 •2009 •2010 •2011 •2012 •2013 •2014 •2015 •2016
Qaliblər
Spartak Moskva (6)  •Dinamo Kiyev (4)  •Şerif Tiraspol (2)  •Dinamo Tbilisi (1)  •Lokomotiv Moskva (1)  •Neftçi (1)  •Paxtakor Daşkənd (1)  •Xəzər-Lənkəran (1)  •İnter Bakı (1)
İştirakçı ölkələr
⛭
UEFA Çempionlar Liqasında
Qarabağ (9) •Neftçi (6) •Kəpəz (2) •Şəmkir (2) •Bakı (2) •İnter (2) •Xəzər-Lənkəran (1)
UEFA Avropa Liqasında
Qarabağ (5) •Xəzər-Lənkəran (4) •İnter (4) •Bakı (3) •Neftçi (2) •Simurq (1) •AZAL (1) •Qəbələ (1)
UEFA İntertoto Kubokunda
Viləş (2) •Neftçi (1) •Bakı Fəhləsi (1) •Qarabağ (1) •Xəzər Universiteti (1) •Bakı (1) •Karvan (1) •MKT-Araz (1)
UEFA Kubokunda
Neftçi (5) •Qarabağ (3) •Kəpəz (2) •Bakı (2) •Şəmkir (2) •Xəzər-Lənkəran (2) •Turan Tovuz FK (1) •Xəzri (1) •Şəfa (1) •Karvan (1) •MKT-Araz (1) •Olimpik (1)
UEFA Kuboklar Kubokunda
Qarabağ (2) •Neftçi (1) •Kəpəz (1)
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Şamaxı_FK&oldid=8158030"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp