İtaliyaAvroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan1956-cı ildə qoşulmuş və ümumilikdə 45 dəfə müsabiqədə iştirak etmişdir.1997-ci ilədək İtaliya yalnız1981,1982,1986,1994,1995 və1996-cı illərdə Avroviziyada iştirakdan imtina etmişdir. Buna səbəb olaraq əsasən ölkədə müsabiqəyə marağın çox az olması göstərilmişdir. 1997-ci ildə müsabiqəyə geri döndükdən sonra ölkə1998-ci ildə heç bir açıqlama verilmədən müsabiqədə iştirakdan imtina etmişdir. İtaliya bir daha müsabiqəyə 11 illik fasilədən sonra2011-ci ildə qayıtmışdır. İndiyədək İtaliya müsabiqədə üç dəfə qələbə qazanmışdır. Sonuncu qalibiyyət 2021-ci ildə əldə edildi. BunuManeskin qrupu uğurlu şəkildə "Zitti e buoni" mahnısı ilə etdilər.
İtaliya ilkAvroviziya qələbəsini1964-cü ildə Cilyola Çinkvettinin ifa etdiyi "Non ho l'età" mahnısı ilə qazanmışdır. İkinci dəfə ölkə1990-cı ildə məşhur italyan ifaçısıToto Kutunyonun səsləndirdiyi "Insieme: 1992" mahnısı ilə Avroviziyada qalibiyyət əldə etmişdir. Bundan başqa İtaliya müsabiqədə beş dəfə ikinci və beş dəfə üçüncü yeri tutmuşdur. Avroviziyada iştirak etdiyi illər ərzində ölkə yalnız bir dəfə1966-cı ildə sonuncu yerdə qərarlaşmışdır.
2011-ci ildə Avroviziyaya yenidən qoşulan ölkəAlmaniya,Böyük Britaniya,Fransa vəİspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biri olmuş və beləliklə hər il birbaşa olaraq müsabiqənin finalında iştirak etmək hüququ qazanmışdır. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır. İtaliyanın müsabiqəyə geri dönüşü ölkə üçün uğurlu olmuşdur.[1] Belə ki, ölkə on iki il ərzində bir dəfə birinci, üç dəfə ilk üçlükdə, doqquz dəfə isə onluqda yer almışdır.