Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İtaliya

Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:İtaliya (dəqiqləşdirmə).
İtaliya

İtaliya Respublikası

Repubblica Italiana  (İtalyan)
BayraqGerb
BayraqGerb
Himn: 

Il Canto degli Italiani
"İtalyanların mahnısı"

Tarixi
 • İtaliya krallığı17 mart 1861
 • Respublika2 iyun 1946
 • Mövcud konstitusiya
1 yanvar, 1948
 • AİB-inqurulması1 yanvar 1958
Rəsmi dilləri
PaytaxtRoma
41°54′ şm. e. 12°29′ ş. u.HGYO
İdarəetmə formasıUnitarparlamentlirespublika
PrezidentSerco Mattarella
Baş nazirCorca Meloni
SahəsiDünyada 71-ci
 • Ümumi

301.230 km2

(116.310 kv. mil) km²
 • Su sahəsi (%)1,24 (2015)
Əhalisi
 • Əhali58,853,482 nəfər (25-ci)
 • Sıxlıq201.3 nəf./km² (74-cü)
 • Ümumi2.114.355.756.914 $[2], 2.010.431.598.465 $[2]
ÜDM(AQP)
 • Ümumi $3.195 trilyon dollar  (12-ci)
 • Adambaşına $54,216 dollar  (32-ci)
ÜDM(nominal)
 • Ümumi (2023) $2.169 trilyon dollar  (8-ci)
 • Adambaşına $36,812 dollar  (26-cı)
İİİ(2021)0.895
Demonimİtalyan
Valyutaavro
İnternet domeni.it
ISO koduIT
BOK koduITA
Telefon kodu+39
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
İtaliya

İtaliya (it.Italia), rəsmi olaraqİtaliya Respublikası (it.Repubblica Italiana) —Avropanın cənubunda,Apennin yarımadasında yerləşən dövlət. Əsas etibariləCənubi Avropa regionunda yerləşməsinə baxmayaraq,Qərbi Avropanın da bir hissəsi hesab olunur.[3][4]Unitar,parlamentli respublika olan bu ölkənin paytaxtıRoma şəhəridir. Quru yollaFransa,Avstriya,İsveçrə,Sloveniya, həmçininanklav dövlətlər olanVatikanSan Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi iləAvropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir.

Cənubi AvropaAralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq,antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermişitaliklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə,finikiyalılarkarfagenlilər əsasənSardiniyaSiciliya adalarında öz kolonialarını yaratmışdır, həmçininyunanlar Cənubi İtaliyada,etrusklarkeltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.[5] İtaliklərin bir qolu olanlatınlar eramızdan əvvəl 8-ci əsrdəRoma çarlığının əsasını qoydu, hansı ki, sonradan "Respublika və Xalq" hökuməti əsasında idarə olunanrespublika elan olundu.Roma Respublikası isə ilk növbədə Apennin yarımadasında yerləşən qonşu xalqları işğal etməyə başladı və sonradanAvropa,Şimali Afrika,Asiya bölgələrini də ələ keçirməyə müvəffəq oldu. Eramızdan əvvəl 1-ci əsrdən etibarən artıq Roma İmperiyası adlanan bu dövlət Aralıq dənizi hövzəsində dominant qüvvə oldu, həmçinin regionun aparıcı mədəni, siyasi, dini mərkəzinə çevrildi. Bütün bu müddət ərzində imperiya nə qədər böyüsə də, İtaliya bu böyük dövlətinmetropoliyası olaraq qaldı.[6][7]

Erkən Orta əsrlər dövründə,Qərbi Roma İmperiyasının süqutundan sonra, İtaliya ərazisibarbar hücumlarına məruz qaldı. Buna baxmayaraq, 11-ci əsrdən etibarən İtaliyanın şimali və mərkəzi regionlarında müxtəlifşəhər dövlətləri,dəniz respublikaları meydana gəldi ki, bu da ölkə ərazisində ticarət, kommersiya, bank sahələrində əməkdaşlıqla və öz növbəsində müasirkapitalizmə keçidlə nəticələndi.[8] Bununla belə, Mərkəzi İtaliyanın əsas hissəsiteokratikPapa dövlətinin tabeliyində idi, Cənubi İtaliya bölgəsində isə 19-cu əsrə qədərfeodal münasibətləri davam etdi.[9] Avropaya yeni nəfəs verən İntibah dövrü də İtaliyada başladı və sonradan bütün Avropaya yayıldı. Həmin dövrdə Avropa xalqlarının yenidənhumanizm,elm,coğrafi kəşflər,incəsənət kimi mühüm sahələrə marağı artdı. İtalyan mədəniyyəti dirçəldi, məşhur alimlər, rəssamlar,polimatlar meydana çıxdı. Orta əsrlər dövründə italiyalı tədqiqatçılarUzaq ŞərqYeni dünyaya aparan yeni marşrutlar kəşf etdi. Buna baxmayaraq, Aralıq dənizini kənarda qoyan yeni ticarət marşrutlarının açılması nəticəsində İtaliyanın ticari və siyasi gücünə ciddi zərər dəydi.[10] İtaliya şəhər dövlətləri arasında əsrlər boyunca davam edən toqquşmalar və rəqabət onları zəiflətdi, İtaliyanı vahid dövlət halında birləşməyə imkan vermədi. Həmin şəhər dövlətlər isə müxtəlif Avropa qüvvələrinin işğalına məruz qaldı.

19-cu əsrin ortalarından etibarən italyan milliyətçiliyi ideyasının yüksəlişi ilə birlikdə xalqın xarici işğala qarşı inqilabi hisləri qalxdı. Əsrlər boyunca davam edən xarici ağalığına qarşıitalyan xalqının milli mübarizəsi 1861-ci ildə öz nəticəsini verdi və elə həmin ildəböyük güc kimi tanınan vahidİtaliya Krallığı yarandı.[11] 19-cu əsrin sonlarından 20-ci əsrin əvvəllərinə qədər ölkədə sürətli sənayeləşmə prosesi baş tutdu, lakin İtaliyanın cənubu bu prosesdən bir qədər kənarda qaldı.[12][13]Birinci Dünya müharibəsi ərzində "Böyük dördlük" tərəfdə olmasına baxmayaraq, müharibədən sonra ölkə iqtisadi böhran və sosial qarışıqlıq mərhələsinə daxil oldu ki, nəticədə 1922-ci ildə italyan faşizmi ölkədə hakimiyyəti ələ keçirdi. İkinci dünya müharibəsindəki hərbi məğlubiyyət iqtisadiyyatın çökməsinə və vətəndaş müharibəsinin başlamasına səbəb oldu. 1946-cı ildə monarxiyanın ləğv olunması nəticəsində demokratik respublika quruldu, yüksək iqtisadi inkişaf əldə olundu və İtaliya dünyanın ən çox inkişaf etmiş ölkələrindən birinə çevrildi.[14]

Bu gün İtaliya mədəni və iqtisadi cəhətdən dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur[15][16],ÜDM reytinqinə görə dünyada səkkizinci[17],Avropa İttifaqı ölkələri arasında üçüncü pillədədir, həmçinin mərkəzi bankında olanqızıl ehtiyatının həcminə görə dünya ölkələri arasında üçüncü yerdə qərarlaşmışdır.[18] İnsanların orta ömür müddəti, yaşam keyfiyyəti,səhiyyətəhsil sahələrində qabaqcıl mövqedədir. Ölkə regional və qlobal səviyyədə iqtisadi, hərbi, mədəni və diplomatik sahələrdə məsələlərin həllində önəmli rol oynayır vəböyük güc hesab edilən ölkələrdən biridir.[19][20] ÖlkəAvropa İttifaqı da daxil olmaqla,BMT,NATO,İqtisadi Əməkdaşlıq Təşkilatı,ATƏT,Ümumdünya Ticarət Təşkilatı, Böyük yeddilər,G20,Avropa Şurası,Şengen zonası və bir çox başqa beynəlxalq təşkilatların qurucu və ya aparıcı üzvüdür. Ölkə uzun müddətincəsənət, musiqi,ədəbiyyat, fəlsəfə, elm və texnologiya, həmçinin dəb sahələrində qlobal mərkəz rolu oynamışdır.[21] Öz mədəni zənginliyi ilə fərqlənən İtaliyaÜmumdünya irsi siyahısında olan mədəni abidələrinin sayına görə də (55) ilk pillədədir və xarici turistlər tərəfindən ən çox ziyarət olunan beşinci ölkədir..

Tarixi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:İtaliya tarixi

Roma İmperiyası

[redaktə |vikimətni redaktə et]
Eramızın 117-ci ilində imperatorTrayanın dövründə Roma İmperiyasının ərazisi
Əsas məqalə:Roma İmperiyası

Roma İmperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət. Bu tarixi mərhələ qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə.27) artıq Roma Respublikasının avtokratik imperiyaya keçidi ilə əlamətdardır. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.

Venesiya Respublikası

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Venesiya Respublikası

Venesiya Respublikası tarixi: Qədim dövrdə Adriatik dənizinin Şimal-Qərb sahillərində indiki İtaliyanın şimalında Romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük Başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşıyırdı. Hökumət əvvəlcə Qerakleyada daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürülmüşdür daha sonra 810-cu ildə səhralı Rialtoya köçdü (daha sonra burada Venesiya yarandı). 806-cı ildəVenesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil olmuşdur, amma artıq 812-ci ildə Venesiya Dalmasiya daxil olmaqla Bizans İmperiyasına qaytarılmışdır. Venesiya respublikası Bizans və Frank imperiyaları aralarında sərfəli və təhlükəsiz mövqeyindən istifadə edərək qısa bir müddətdə qüdrətli ticarətçi dövlətə çevrilmişdir. Venesiya flotu dəniz döyüşlərində Normanları və Sarasinləri məğlubiyyətə uğradırdılar daha sonra aşağı İtaliya deyilən yerdə Slavyanlar üzərində qalibiyyət qazanmışdılar.

İtaliya XIX əsrdə

[redaktə |vikimətni redaktə et]

Sosial-iqtisadi vəziyyət

[redaktə |vikimətni redaktə et]

XIX əsrin I yarısında İtaliyada siyasi pərakəndəlik, hökmdarların qeyri-məhdud hakimiyyəti, katolik kilsəsinin zülmü sosial-iqtisadi inkişafı ləngidirdi. İtaliyanın Lombardiya və Venesiya əyalətlərində Avstriyanın hökmranlığı, Romada papanın dünyəvi hakimiyyətinin qalması ölkənin birləşməsi yolunda ciddi maneə idi. İtaliya iqtisadi cəhətdən qabaqcıl Avropa ölkələrindən geri qalırdı.

Ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş hissələri Sardiniya krallığına məxsus Pyemont və Avstriya hakimiyyəti altında olan Lombardiya idi. XIX əsrin 30–40-cı illərində bu vilayətlərdə sənaye çevrilişi başlanmışdı. İtaliyada ilk dəmir yolları çəkilirdi.

1848–1849-cu illər inqilabı

[redaktə |vikimətni redaktə et]

İtaliyada məhsul qıtlığı və sənaye böhranı 1846–1848-ci illərdə əhalinin vəziyyətini daha da ağırlaşdırmışdı. Burjuaziya və liberal zadəganlar içərisində müxalifətçilik əhvali-ruhiyyəsi artırdı.

1848-ci ilin yanvarında Siciliya adasında üsyan başlandı və tezliklə Neapola yayıldı. Burada kral konstitusiya verməyə məcbur oldu.

1848-ci ilin may ayında Avstriya zülmü əleyhinə üsyanlar başlandı. Lombardiyanın mərkəzi olanMilan şəhərindən Avstriya qoşunları qovuldu. Milan hökumətinin başlıca məqsədi artıq konstitusiyalı monarxiyaya çevrilmiş Sardiniya krallığı ilə birləşmək və Avstriya əsarətinə son qoymaq idi.

Sardiniya kralı Avstriya ilə əlaqələri kəsərək Milana qoşun göndərdi, lakinAvstriya ordusu əks-hücuma keçib Sardiniya qoşunlarını məğlub etdi və Milanda üsyanı yatırtdı.

Milanla eyni vaxtda Venesiyada da üsyan qalib gəldi. Venesiya müstəqil respublika elan edildi, lakin Venesiyada da inqilab Avstriya qoşunları tərəfindən qan içində boğuldu.

1848-ci ilin noyabrında Romada üsyan baş verdi və Papa IX Piy Vatikandan qaçdı. Romanın müdafiəçilərinə köməyə gəlmiş C. Haribaldi papanı dünyəvi hakimiyyətdən məhrum etməyi təklif verildi. 1849-cu ilin fevralında Roma respublika elan edildi. IX Piy Roma vilayətində öz hakimiyyətini bərpa etmək üçün Avstriya, Fransa və İspaniya hökmdarlarından yardım istədi. Papanın hərbi yardımı ilə Romada papa hakimiyyəti bərpa edildi.

İtaliyanın birləşdirilməsi

[redaktə |vikimətni redaktə et]

XIX əsrin ortalarında İtaliyanın birləşdirilməsi uğrunda mübarizədə iki cərəyan formalaşmışdı. Cüzeppe Haribaldinin başçılıq etdiyi və xalqın əksər hissəsini təmsil edən inqilabi-demokratik cərəyan İtalyanı inqilab yolu ilə demokratik respublika halında birləşdirməyə üstünlük verirdi. Liberal mülkədarlar və burjuaziyanın təmsil olunduğu mötədil cərəyanın nümayəndələri isə ölkəni Sardiniya krallığı ətrafında konstitusiyalı monarxiya halında birləşdirməyə çalışırdılar. O dövrdə Sardiniya konstitusiyası olan yeganə dövlət idi. Mötədil cərəyana İtaliyanın görkəmli dövlət və siyasi xadimi Kamillo Kavur başçılıq edirdi.

İtaliyanın Sardiniya krallığı ətrafında birləşdirməyə çalışan kral müəyyən ərazilərin Fransaya verilməsi şərtilə Avstriyaya qarşı müharibədəIII Napoleondan yardım ala bildi.

1859-cu ildə Salferino adlı yerdə baş vermiş döyüşdə müttəfiq qoşunları Avstriya ordusunu məğlub edib Lombardiyanı azad etdilər. III Napoleon güclü İtaliya dövlətinin yaradılmasını və Papanın dünyəvi hakimiyyətinin süqutunu istəmədiyinə görə Avstriya ilə sülh bağladı. Yalnız Lombardiya Sardiniyaya birləşdirildi. 1861-ci ildə parlamentin qərarı ilə İtaliya krallığı yaradıldı.

İtaliya XX əsrdə

[redaktə |vikimətni redaktə et]

Coğrafiya

[redaktə |vikimətni redaktə et]

Şablon:İtaliyanın inzibati bölgüsü (xəritəsi)

İtaliya şəhərləri

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:İtaliya şəhərləri
Milan
Sıra Nöm.ŞəhərBölgəvilayətƏhali sayı
1RomaLatsioRoma vilayəti2.748.809
2MilanLombardiyaMilan vilayəti1.311.741
3NeapolKampaniya (İtaliya)Neapol vilayəti960.082
4TurinPyemontTurin vilayəti908.960
5PalermoSiciliyaPalermo vilayəti656.358
6GenuyaLiquriyaGenuya vilayəti###.769
90BolonyaEmiliya-RomanyaBolonya vilayəti378.823
8FlorensiyaToskanaFlorensiya vilayəti369.037
9BariApuliyaBari vilayəti319.896
10KataniyaSiciliyaKataniya vilayəti295.155
11VenesiyaVenetoVenesiya vilayəti270.492
12VeronaVenetoVerona vilayəti264.412
13MessinaSiciliyaMessina vilayəti242.812
14PadovaVenetoPadova vilayəti213.518
15TriestFirulli-Venesiya-CuliyaTriyest vilayəti205.586
16TarantoApuliyaTaranto vilayəti192.699
17BreşiyaLombardiyaBreşia vilayəti192.116
18PratoToskanaPrato vilayəti186.821
19Recco KalabriyaKalabriyaRecco Kalabriya vilayəti186.006
20ParmaEmiliya-RomanyaParma vilayəti185.120

Təhsil

[redaktə |vikimətni redaktə et]

Əsas siyasi partiyalar

[redaktə |vikimətni redaktə et]
  • Azadlıq Xalqı Partiyası — sədri Silvio Berluskoni
  • Şimal Liqası — sədri Umberto Bossi
  • Demokratik Partiya — sədri Pyer Luici Bersani
  • Dəyərlər İtaliyası- sədri Antonio Di Pietro
  • Xristian və Sagçı Demokratlar Birliyi — sədri Pyer Ferdinando Kazini

KİV

[redaktə |vikimətni redaktə et]

Televiziya

[redaktə |vikimətni redaktə et]

RAİ (Radio Televisione Italiana) — İtaliyanın hökumətə bağlı milli kanalıdır. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.

Əhalisi

[redaktə |vikimətni redaktə et]

İtaliya əhalisi təxminən 59 milyondur. Etnik qruplar; italyanlar — 94%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (2018-ci il üçün); kişilərdə — 82.5 yaş, qadınlarda — 85 yaş.

Din

[redaktə |vikimətni redaktə et]

Ölkənin 90%-ni katoliklər, 10%-ni isə protestant, yəhudi və müsəlmanlar təşkil edir.

Mədəniyyəti

[redaktə |vikimətni redaktə et]

İqlimi

[redaktə |vikimətni redaktə et]

İqlimi subtropik və mülayim Aralıq dənizi iqlimidir. İqlimin müxtəlifliyi coğrafi uzunluqla izah edilir. İtaliyanın şimalında, Padan ovalığında subtropikdən mülayimə keçid iqlimi hökm sürür — isti yay (iyul +22C + 24 °C) və soyuq qış (yanvar, təxminən 0). İtaliyanın ada hissəsində iqlim Aralıq dənizi iqlim tipidir, ilin 2/3 hissəsi orada açıq mavi səma, isti və quru yay (iyulda +26C), qış idə isti və mülayim hava (yanvarda +8C +10C) müşahidə olunur. Alp dağlarını çıxmaq şərtilə qar nadir hallarda yağır. Alp dağlarında 1500 m.-dən hündür ərazilər ilin 200 günü qar ilə örtülüdür. Yarımadanın cənubunda martdan oktyabra kimi quru, isti Saxara küləyi- "sirokko" əsir. Bu dövrdə temperatur +35 °C kimi yüksəlir.

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:İtaliya iqtisadiyyatı

İtaliya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyini" qapayır. AdambaşınaÜDM göstəricisi İtaliyada32956 (BVF) dollardır (nominal). Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri də İtaliyadır. Burada həyat səviyyəsi həttaABŞ,Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyükturizm regionlarından olan, dünyada 3-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya,Avropada 5-ci ən böyükavtomobil istehsalçısıdır.

İtaliya300 min kvadrat kilometr ərazidə yerləşən iri dövlətdir və bu göstəriciyə görəQərbi Avropada yalnızFransadan,İspaniya dan vəAlmaniyadan geri qalır.İtaliya əhalisinin sayı58 milyon nəfərdir. Onların94%-iitalyanlardır. Əslən İtaliyadan olanların 20 milyondan çoxu xaricdə yaşayır (əsasən ABŞ-də, Fransada, AFR-də vəArgentinada). İtaliya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə materiallarının idxalından kifayət qədər güclü asılılıqda qalır,emaledici sənaye isə əsasən idxal olunanxammalla işləyir. İtaliyanın iqtisadi-coğrafi vəziyyəti — Aralıq dənizi hövzəsinin mərkəzi (Avropanın cənubu,Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri —SiciliyaSardiniya) — hələ qədimdən Avropa ölkələri ilə, həmçininYaxın ŞərqŞimali Afrika ölkələri ilə xarici iqtisadi əlaqələrin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spesifikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möhkəmləndirilməsini diktə edir.

İkinci dünya müharibəsindən sonraİtaliya iqtisadiyyatı çox möhkəmləndi. Ölkə dünya bazarında bərqərar oldu və kök saldı. Kapitalın yığılma sürətinə görə İtaliya yalnızYaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövrdə İtaliya ÜDM-in orta illik artım sürətinə və əmək məhsuldarlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. Bununla yanaşı, tarixi, siyasi və sosial xarakterli bir sıra səbəblər iqtisadi inkişaf prosesini səngidirdi. Ona görə də iqtisadiyyatın inkişaf dinamikası istehsalın yüksək inkişaf sürəti və iqtisadi enişlərin, staqnasiyaların növbələnməsi ilə xarakterizə olunurdu. XX əsrin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir.

Kənd təsərrüfatı məhsulları

[redaktə |vikimətni redaktə et]

Meyvə, tərəvəz, üzüm, kartof, şəkər çuğunduru, soya, buğda, zeytun, mal əti, süd məhsulları, balıq.

Bayram və istirahət günləri

[redaktə |vikimətni redaktə et]

6 yanvar, pasxa bazar ertəsi, 25 aprel — faşizmdən qurtuluş günü, 1 may — əmək günü, 2 iyun — respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust — Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr — milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır).

Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma — Petr, Milan — Amvrosiy, Turin — İoann və s.

İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.

Xarici siyasət

[redaktə |vikimətni redaktə et]

İtaliya Respublikasının xarici işlər nazirliyinə nazir başçılıq edir. Ona bilavasitə tərkibində hüquqi şöbə və parlamentlə əməkdaşlıq üzrə şöbə olan katiblik, həmçinin daxili nəzarət xidməti tabedir. XİN vəzifə pilləsində növbəti şəxs XİN ali məmurlarından ibarət xarici işlər üzrə Şura ilə sıx işləyən dövlət katib yardımçısıdır. Ardıcılıqla sonra baş katib və ona yardım edən baş katibin müavini gəlir. Nazirliyin strukturu üç departamentdən ibarətdir: xarici siyasi fəaliyyətinin koordinasiya departamenti, xarici siyasi təhlil və planlaşdırılma departamenti; əməliyyat işi departamenti. Öz növbəsində, departamentlər idarələrə bölünürlər. Xarici siyasi koordinasiya departamentinə Avropa idarəsi, Amerika idarəsi, aralıq dənizi və Yaxın Şərq ölkələri idarəsi, Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi daxildir. Xarici siyasi təhlil və planlaşdırılma departamentinə aşağıdakı idarələr daxildir: avropa inteqrasiya idarəsi; çoxtərəfli siyasi münasibətlər və insan hüquqları idarəsi; çoxtərəfli iqtisadi və maliyyə əməkdaşlığı idarəsi; mədəniyyət sahəsində əməkdaşlıq idarəsi; konsulluq idarəsi; əməkdaşlığın inkişafı üzrə idarə; kadrlar idarəsi; inzibati idarə.

Üçüncü departamentə İtaliya Respublikasının dövlət protokolu xidmətləri, nazirlik və xaricdəki diplomatik nümayəndəliklər üzrə müfəttişlik, informasiya və mətbuat idarəsi, müqavilə-hüquq idarəsi, sənədləşmə və arxivlər idarəsi, informasiya texnologiyları idarəsi və Diplomatiya institutu daxildir.

İtaliya haqqında maraqlı faktlar

[redaktə |vikimətni redaktə et]
  • İtaliyada uşaq evləri yoxdur.
  • İtaliyada kimsəsiz ev heyvanları yoxdur.
  • SiciliyaKalabriyanın biznesmənlərinin 80%-imafiyaya xərac verirlər.
  • İtaliyanın adıyunan sözü italiosdan (buzov) əmələ gəlib.
  • Siciliya adasında yerləşənSirakuza şəhəri bir zamanlar ən böyük yunan şəhəri olmuşdur.
  • İtaliya turistlərin ziyarət sayına görə dünyada dördüncü yerdədir. Hər il bura 40 milyondan çox turist gəlir.

Elm və mədəniyyət

[redaktə |vikimətni redaktə et]

Ev heyvanları

[redaktə |vikimətni redaktə et]
  • Romalılar pişiklərə qarşı həssas yanaşırlar. Pişiyi öldürmüş şəxs10 000 avro cərimə və 3 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Romada 300 minə qədər pişik var.

Pizza, spagetti və s.

[redaktə |vikimətni redaktə et]
  • İlkpizza satılan yerin adıAntica Pizzeria Port’Alba olmuşdur. O, 1830-cu ildəNeapolda açılmışdı.
  • İtaliyada 140 növdən çoxspagetti var. Orta hesabla bir İtaliyalı ildə 25 kiloqram spagetti istifadə edir.
  • İtaliyalılar ən məşhur şirin deserti —tiramisu — XVII əsrdə yaradılmışdır. Məcazi mənadatira mi su sözləri "məni xoşbəxt edir" deməkdir.
  • İtaliyalıların qəhvə növü Avropada çox məşhurdur. O,espresso adlanır. Bu sözün həqiqi mənası"bu anda, sizin üçün hazırlanmış" deməkdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Legge 15 Dicembre 1999, n. 482 (it.).
  2. 12https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD.Dünya Bankı.
  3. "UNSD — Methodology". unstats.un.org.30 avqust 2017 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 iyul 2020.
  4. "Italy – Facts, Geography, & History". Encyclopedia Britannica.25 fevral 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 fevral 2020.
  5. Carl Waldman; Catherine Mason.Encyclopedia of European Peoples. Infobase Publishing. 2006. səh. 586.ISBN 978-1-4381-2918-1.28 noyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 fevral 2013.
  6. Lazenby, John Francis.Hannibal's War: A Military History of the Second Punic War. University of Oklahoma Press. 4 fevral 1998. səh. 29.ISBN 978-0-8061-3004-0 – Internet Archive vasitəsilə.Italy homeland of the Romans.
  7. Maddison, Angus.Contours of the World Economy 1-2030 AD: Essays in Macro-Economic History. OUP Oxford. 20 sentyabr 2007.ISBN 978-0-19-922721-1.26 iyul 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 iyul 2020 – Google Books vasitəsilə.
  8. Sée, Henri."Modern Capitalism Its Origin and Evolution"(PDF). University of Rennes. Batoche Books.7 oktyabr 2013 tarixindəorijinalından(PDF) arxivləşdirilib.İstifadə tarixi:29 avqust 2013.
  9. Jepson, Tim.National Geographic Traveler: Italy. National Geographic Books. 2012.ISBN 978-1-4262-0861-4.19 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 iyul 2020.
  10. Bouchard, Norma; Ferme, Valerio.Italy and the Mediterranean: Words, Sounds, and Images of the Post-Cold War Era. Palgrave Macmillan. 2013.ISBN 978-1-137-34346-8.20 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 dekabr 2015.
  11. "Unification of Italy". Library.thinkquest.org. 4 aprel 2003.7 mart 2009 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:19 noyabr 2009.
  12. "The Italian Colonial Empire". All Empires.24 fevral 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:17 iyun 2012.At its peak, just before WWII, the Italian Empire comprehended the territories of present time Italy, Albania, Rhodes, Dodecanese, Libya, Ethiopia, Eritrea, the majority of Somalia and the little concession of Tientsin in China
  13. Jon Rynn."WHAT IS A GREAT POWER?"(PDF). economicreconstruction.com.28 aprel 2017 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:15 mart 2017.
  14. "IMF Advanced Economies List. World Economic Outlook, April 2016, p. 148"(PDF).21 aprel 2016 tarixindəarxivləşdirilib(PDF).
  15. CIA."Appendix B. International Organizations and Groups". World Factbook. 2008.9 aprel 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 aprel 2008.
  16. Country and Lending Groups.Arxiv surəti 2 iyul 2014 tarixindənWayback Machine saytındaArxivləşdirilib 2014-07-02 at theWayback Machine World Bank. Retrieved 1 avqust 2016.
  17. The Economist Intelligence Unit's quality-of-life indexArxiv surəti 21 may 2019 tarixindənWayback Machine saytındaArxivləşdirilib 2012-08-02 at theWayback Machine, Economist, 2005
  18. "The World Health Organization's ranking of the world's health systems". Photius.com.5 yanvar 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 sentyabr 2015.
  19. Canada Among Nations, 2004: Setting Priorities Straight. McGill-Queen's Press – MQUP. 17 yanvar 2005. səh. 85.ISBN 978-0-7735-2836-9.20 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2016. ("The United States is the sole world's superpower. France, Italy, Germany and the United Kingdom are great powers")
  20. Sterio, Milena.The right to self-determination under international law : "selfistans", secession and the rule of the great powers. Milton Park, Abingdon, Oxon: Routledge. 2013. səh. xii (preface).ISBN 978-0-415-66818-7.13 avqust 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2016. ("The great powers are super-sovereign states: an exclusive club of the most powerful states economically, militarily, politically and strategically. These states include veto-wielding members of the United Nations Security Council (United States, United Kingdom, France, China, and Russia), as well as economic powerhouses such as Germany, Italy and Japan.")
  21. Michael Barone."The essence of Italian culture and the challenge of the global age". Council for Research in Values and philosophy. 2 sentyabr 2010.22 sentyabr 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:22 sentyabr 2012.

Mənbə

[redaktə |vikimətni redaktə et]
⛭
İtaliya mövzularda
İtaliya
⛭
İtaliyaİtaliyanın inzibati bölgüsü: zonalar, vilayətlər, əyalətlər

Zonalar

Vilayətlər

Əyalətlər

Şimal-qərb
Şimal-şərq
Mərkəzi İtaliya
Cənub
Adalar
 Muxtar vilayətlər
⛭
EU members and candidates
⛭
Avropa Birliyi üzvü və üzvlüyə namizəd dövlətlər
Birlik üzvləri
Almaniya  •Avstriya  •Belçika  •Bolqarıstan  •Kipr  •Çexiya  •Danimarka  •Estoniya  •Finlandiya  •Fransa  •İrlandiya  •İspaniya  •İsveç  •İtaliya  •Latviya  •Litva  •Lüksemburq  •Macarıstan  •Malta  •Niderland  •Polşa  •Portuqaliya  •Rumıniya  •Slovakiya  •Sloveniya  •Xorvatiya  •Yunanıstan
EU members and candidates
Üzvlüyə rəsmi namizəd dövlətlər
Keçmiş üzvlər
⛭
İttifaq üzvləri
Namizəd ölkələr
⛭
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İtaliya&oldid=8382429"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp