Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İstilik mübadiləsi

Vikipediya, azad ensiklopediya

İstilik mübadiləsiİqlimin vacib cəhətlərindən olan atmosferin istilik rejimi atmosfer havası və ətraf mühit arasındakı istilik mübadiləsi ilə müəyyən olunur. Bu zaman ətraf mühit kimikosmik fəza və qonşuhava kütləsi və yer səthi başa düşülür. İstilik mübadiləsi radiasiya yolu ilə, başqa sözləhavadan şüalanma və Günəş radiasiyasının hava ilə udulması yolu ilə reallaşır. Digər tərəfdən bu hava vəyer səthi arasında istilikkeçirmə və atmosfer daxilində turbulentlik vasitəsilə baş verir. Yer səthi və atmosfer arasında istilik mübadiləsi həm də buxarlanma və növbəti kondensasiya zamanı baş verə bilər.[1]

Turbulent istilikkeçirmə

[redaktə |vikimətni redaktə et]

Troposferdəgünəş radiasiyasının birbaşa udulması çox azdır, belə ki, o havanın temperaturunu gün ərzində 0,50C qaldıra bilər. Havadan uzundalğalı şüalanma vasitəsilə istiliyin itməsi bir qədər daha çoxdur. Atmosferin istilik rejimi üçün istilikkeçirmə vasitəsilə yer səthi ilə istilik mübadiləsi həlledici əhəmiyyət daşıyır. Yer səthi ilə birbaşa təmasda olan hava kütləsi onunla molekulyar istilikkeçirmə yolu ilə istilik mübadiləsi edir. Atmosferdə daha effektiv istilik mübadiləsi turbulent istilikkeçirmə yolu ilə gedir. Turbulentlik nəticəsində atmosferdə havanın tez qarışması baş verir ki, bu da atmosferin qatları arasında istilik mübadiləsi yaradır. Turbulentlik prosesi həm də yer səthindən havaya və ya tərsinə istilik mübadiləsi yaradır. Məsələn, turbulentlik prosesi nəticəsində yer səthində hava soyuyursa onun yerinə fasiləsiz olaraq yuxarı qatlardan isti hava daxil olur. Bu proses hava qatı ilə yer səthi arasında istilik mübadiləsini tənzimləyir. Yer üzərində havanın soyuması elə də çox olmur, lakin bu atmosferin daha güclü qatlarına yayılır. Atmosferin daha yuxarı qatları üçün yer səthi ilə istilik mübadiləsi az əhəmiyyət daşıyır. Bundan başqa istilik mübadiləsi havanın adveksiyası yolu ilə də baş verə bilər.[2]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Матвеев Л.Т. Основы общей метеорологии. Физика атмосферы. Л. 1965.
  2. С.П.Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

İstilik miqdarı

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İstilik_mübadiləsi&oldid=7432607"
Kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp