14 may 1948-ci ildə bəyan edilmiş olanİsrailin Müstəqillik Bəyannaməsi və yaİsrailin İstiqlaliyyət Bəyannaməsi (ivr. הכרזת העצמאות,Rom: Hakhrazat HaAtzma'ut və yaivr. מגילת העצמאות,Rom: Megilat HaAtzma'ut) ingilis mandatının başa çatdığı gündə, yeni müstəqil bir dövlət olanİsrail dövlətinin rəsmi olaraq yaradıldığını bütün dünyaya elan etmişdir. BəyannaməniDavid Ben-Qurion oxumuş və eyni zamanda özü də yeni ölkənin ilk baş naziri olmuşdur. Müstəqillik bəyannaməsinin imzalandığı gün olan 5 İyar günü İsraildə bayram günü kimi qeyd olunur.[1]