Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İsmayıl Qəribov

Vikipediya, azad ensiklopediya
İsmayıl Qəribov
İsmayıl Məcnun oğlu Qəribov
Doğum tarixi(109–110 yaş)
Doğum yeriAzərbaycan,Ağdaş
Vəfat yeriAğdaş rayonu
VətəndaşlığıAzərbaycanAzərbaycan
MilliyyətiAzərbaycanlı
AtasıQəribov Məcnun
AnasıQəribova Məleykə
Elm sahəsikimya
Elmi dərəcələrikimya elmləri doktoru (1973), professor (1974)
İş yeriTibb Universiteti
TəhsiliV.İ. Lenin ad. Azərbaycan Pedaqoji İnstitutu
Tanınıralim,professor

İsmayıl Qəribov - kimya elmləri doktoru (1973),professor (1974)

Həyatı

[redaktə |vikimətni redaktə et]

İsmayıl Qəribov1915-ci ildəAğdaş şəhərində anadan olmuşdur. Ağdaşda orta məktəbi bitirdikdən sonra V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiyafakültəsinə qəbul olmuşdur.1939-cu ildə həmin institutu bitirərək doğmarayonuna qayıtmış və burada orta məktəblərdəixtisası üzrəmüəllim işləmişdir.Ailəli olmuşdur.5 övlada malik.Ən tanınmışı Qəribov Fuad İsmayıl oğlu olmuşdur.

Fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

İ. Qəribov1943-cü ildəGəncə Zərdabi adına Pedaqoji İnstitutuna müəllim dəvət edilmiş, oradakimya kafedrasının müdiri vəzifəsində işləməyə başlamışdır. O,1967-ci ilə kimi həmin institutda çalışmışdır. 1967-ci ildən etibarənBakıda "Vedeqo" adlı Ümumittifaq Elmi-Tədqiqat İnstitutundalaboratoriya müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. Sonra o,Azərbaycan Tibb İnstitutunda kimya kafedrasındadosent, bir müddət keçdikdən sonra isə professor vəzifəsini tutmuşdur. M. Qəribov1973-cü ildə kimya elmləri doktoru elmi adını almışdır. Azərbaycan Tibb İnstitutunda işlədiyi dövrdə professor M. Qəribovun rəhbərliyi altında 3 nəfər elmlər namizədi hazırlanmışdır. O, 70-ə yaxın elmiməqaləninmüəllifidir.[1]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Faiq Şükürbəyli. "Ağdaş tarixin yaddaşında-I kitab", Bakı ,2013, səh.158
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İsmayıl_Qəribov&oldid=5509419"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp