Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

İrfan Xan

Vikipediya, azad ensiklopediya
İrfan Khan
hind.इरफ़ान ख़ान
Doğum tarixi7 yanvar1967(1967-01-07)
Doğum yeriCaypur,Racastan,Hindistan
Vəfat tarixi29 aprel2020(2020-04-29)[1][2][…](53 yaşında)
Vəfat yeri
Vəfat səbəbiNeyroendokrin şiş[4]
Fəaliyyətiteatr aktyoru, kino aktyoru, televiziya aktyoru, aktyor
Fəaliyyət illəri1988–2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahabzadə İrfan Əli Xan (7 yanvar 1967 – 29 aprel 2020)[5] — əsasən Hindistan kinosunda, həmçinin də Britaniya və Amerika filmlərindəki işləri ilə tanınmış olan hind aktyorudur.

Mediada hind kinosunun ən yaxşı aktyorlarından biri kimi qeyd edilmiş olan[6][7] Xanın karyerası 30 ildən çox davam etmiş və o bu uzun müddət ərzində Milli Film Mükafatı, Asiya Film Mükafatı və dörd Filmfare Mükafatı daxil olmaqla çoxsayda mükafatlar əldə etmişdir. 2011-ci ildə isə Hindistanın dördüncü ən yüksəkmülki mükafatı hesab olunan Padma Şri ordeni ilə təltif edilmişdir.[8]

2017-ci ilə kimi onun filmləri dünya miqyasında ümumilikdə film kassalarından 3,6 milyard dollar gəlir əldə etmişdir. 2018-ci ildə isə Xananeyroendokrin şiş diaqnozu qoyulmuşdur.[9][10] O, 2020-ci il aprel ayının 29-da 53 yaşında qaraciyərində və bağırsaqlarında əmələ gəlmiş olan kütlədən dünyasını dəyişmişdir. XanThe Guardian jurnalının Piter Bradşou adlı jurnalisti tərəfindən "Hindistan və Britaniya filmlərinin görkəmli və xarizmatik ulduzu" kimi təsvir edilmişdir.

Şəxsi həyatı

[redaktə |vikimətni redaktə et]

23 fevral 1995-ci ildə Xan yazıçı və NSD məzunu olan Sutapa Sikdar ilə ailə həyatı qurmuşdur. Bu izdivac sevgiyə əsaslanan evlilik idi.[11] Bu evlilikdən onların iki oğlu dünyaya gəlmişdir.[12]

2012-ci ildə isə birinci adını "İrfan"dan "İrrfan"a dəyişdirmişdir; O, bunun səbəbini adındakı əlavə “r” səsini çox sevməsi ilə əlaqələndirmişdir.[13] Daha sonra o, "Xan" sözünü öz adından çıxarmışdır və bunun səbəbini də 2016-cı ildə verdiyi müsahibəyə görə işlərində öz nəslinin deyil, məhz onun özünün adı olması ilə əlaqələndirmişdir.[14]

Xəstəliyi və ölümü

[redaktə |vikimətni redaktə et]

2018-ci ilin mart ayında Xan, ona neyroendokrin şiş diaqnozu qoyulması ilə bağlı birtweet yazaraq sağlamlıq vəziyyətini açıqlamışdır.[15] O, bir ilİngiltərədə müalicə aldıqdan sonra 2019-cu ilin fevraayındaHindistana geri qayıtmışdır.[16]

28 aprel 2020-ci ildə o,Mumbaydakı Kokilaben Dhirubhai Ambani Xəstəxanasına yerləşdirilmiş və burada oyoğun bağırsaq infeksiyası üçün müalicə almağa başladı.[17] Növbəti gün isə 53 yaşında infeksiyadan vəfat etmişdir. Onun 93 yaşlı anası Saeda Begum isə ondan cəmi 4 gün əvvəl, aprel ayının 25-dəCaypurda vəfat etmişdir.[18]

Amitabh Baççan, Himeş Reşammiya, Ram Kapur və Kamal Haasan da daxil olmaqla, bir çoxBollivudun məşhur şəxsləri, ölümündən sonra onun ölüm xəbərini internetdə yerləşdirmişdirlər.[19][20] Onun ölümündən 24 saat sonra isə, 2013-cü ildə istehsal edilmiş film olan D-Day filminin ulduz aktyoruRişi Kapurleykozdan vəfat etmişdir.[21]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Fallece Irrfan Khan, el actor indio conocido por 'La vida de Pi', a los 53 años (isp.).Madrid: 2020.
  2. Bollywood Mourns Irrfan Khan, Versatile Actor Who Touched Millions (ing.).New York,Los Angeles, CA:Variety Media,Penske Media Corp., 2020. ISSN0042-2738
  3. Muere Irrfan Khan, actor de «Slumdog Millionaire» y «La vida de Pi» (isp.). //ABCSevilla: 2020. ISSN1136-0143
  4. Muere el actor Irrfan Khan (‘Slumdog Millionaire’, ‘Jurassic World’) (isp.).Heraldo de Aragón, 2020.
  5. "Irrfan Khan, actor extraordinaire and India's face in the West, dies at 53". Hindustan Times(ingilis). 29 aprel 2020.13 iyun 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 aprel 2020.
  6. Anderson, Ariston."'Jurassic World' Actor Irfan Khan on Upcoming Film: "It Will Be Like a Scary Adventure"". The Hollywood Reporter. 10 dekabr 2014.8 oktyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 oktyabr 2015.
  7. Iqbal, Nosheen."Irrfan Khan: 'I object to the term Bollywood'". the Guardian. 25 iyul 2013.9 oktyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:28 oktyabr 2015.
  8. "Padma Awards"(PDF). Ministry of Home Affairs, Government of India. 2015.15 noyabr 2014 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:21 iyul 2015.
  9. France, Lisa Respers."'Life of Pi' star Irrfan Khan reveals he has a rare tumor". CNN.16 mart 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 mart 2018.
  10. "Life of Pi actor has rare tumour". BBC News(ingilis). 16 mart 2018.13 iyun 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 mart 2018.
  11. "Irrfan Khan Wiki Bio Actor - 14 Amazing Secrets !! 2020". The Ideal Thought(İngilizce). 3 may 2020.16 may 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:3 may 2020.
  12. "Irrfan Khan's Wife Sutapa Sikdar was His Reason to Live, Here's a Look Back at Their Love Story". News18. 29 aprel 2020.29 aprel 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 aprel 2020.
  13. "Paan Singh Tomar has become a symbol: Irrfan". IBN Live. 4 mart 2012.7 mart 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 mart 2012.
  14. "Why Irrfan Khan dropped Khan from his name".5 may 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 aprel 2020.
  15. "Irrfan Khan has neuroendocrine tumour, is travelling abroad for treatment". Hindustan Times(ingilis). 16 mart 2018.26 mart 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:26 mart 2018.
  16. "Actor Irrfan dies at 53 in Mumbai after two-year battle with cancer". India Today.29 aprel 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 may 2020.
  17. "Irrfan Khan admitted to ICU at Mumbai's Kokilaben hospital". Hindustan Times. 28 aprel 2020.3 may 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 may 2020.
  18. "Irrfan Khan's last words were about his late mother". www.msn.com.16 may 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 may 2020.
  19. "'Left too soon': Tributes pour in on social media as Irrfan Khan passes away".29 aprel 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29aprel 2020.
  20. "Irrfan Khan, actor of 'Maqbool' and 'Angrezi Medium', passes away at 53; tributes pour in". The Economic Times. 29 aprel 2020.30 Nisan 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 aprel 2020.
  21. "Bollywood Reels From Deaths of 2 Stars in 2 Days, The New York Times".30 aprel 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 may 2020.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İrfan_Xan&oldid=7630802"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp