İran–Roma müharibələri və yaPersiya–Roma müharibələri —Roma (sonralarBizans) ilə Parfiya (sonralarSasanilər) dövlətləri arasında baş tutan bir sıra müharibələrin ümumi adı. Birinci müharibələr ardığıllığıParfiya ilə Roma arasında baş tutmuş, sonralar 226-cı ildə Parfiyanın ərazisindəSasanilər sülaləsinin hakimiyyətə gəlməsi ilə ikinci mərhələyə keçmişdir.[1][2]
Bu müharibələr dörd əsr ərzində davam etsə də, tərəflərdən heç biri əhəmiyyətli uğur əldə edə bilməmişdi. Hər iki imperiya sözügedən döyüşlərlə eyni vaxtda öz sərhədləri daxilində başqa müharibələr aparmış, həmçinin mürəkkəb daxili problemlərlə məşğul olmuşdur. Əsas əməliyyatlarErmənistan vəMesopotamiya kimi sərhədyanı bölgələrdə aparılmış, buradakı şəhərlər, istehkamlar, vilayətlər tez-tez ələ keçirilir, talan edilir və əl dəyişdirirdi. Sərhəd II əsrdə Dəclə çayının yuxarı axınına keçdi və bundan sonra bir neçə dövr oldu ki, Ermənistanda vəQafqazda sərhəd kifayət qədər uzun müddət stabil qalmışdı.
İran–Roma müharibələri zamanı resursların ifrat dərəcədə sərf edilməsi hər iki imperiya üçün son nəticədə fəlakətli olmuşdu. Bu müharibələrə üçüncü tərəf, yəniƏrəb xilafəti son qoymuşdur. Ərəb istilaları VII əsrin ortalarındaİranı darmadağın etmiş və VII–X əsrlərdəBizans-ərəb müharibələrinə çevrilmişdir.